Xətai rayonunda avtomobil 5 yaşlı uşağı vurub
Paytaxtda daha bir yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Bakının Xətai rayonunda baş verən yol qəzasında azyaşlı xəsarət alıb. Avtomobil yolu keçən 2019-cu il təvəllüdlü Süleymanlı Məryəm Mehdi qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Mətləb Salahov