Məktəbəhazırlıq qruplarında tədris prosesi bu gün başa çatır
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında ötən il oktyabrın 1-dən başlanan tədris prosesi mayın 31-də başa çatır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən mətbuata verilən açıqlamada deyilir ki, dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər.
Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Bununla yanaşı, məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
Mətləb