NATO XİN rəhbərləri Praqada toplandı
Şimali Atlantika Alyansına üzv dövlətlərin Xarici İşlər Nazirliyi (XİN) başçılarının qeyri-rəsmi görüşü Çexiyanın paytaxtında öz işinə başlayıb. NATO-nun Vaşinqtonda iyul ayında keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyan tədbirin əsas mövzusu Ukraynadakı müharibədir.
Praqadakı görüş Çex Respublikasının NATO-ya üzvlüyünün 25 illiyinə və blokun qurulmasının 75 illiyinə həsr olunub. Bu, 2002-ci ildə Praqada keçirilən sammitdən bəri NATO-nun Çexiyadakı ən böyük tədbiridir. Xarici İşlər Nazirliyinin təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq şöbəsinin direktoru David Konetski jurnalistlərə bildirib ki, iki günlük görüş nazirlərin “qarışıqlıq” yarada biləcək həssas məsələləri müzakirə etməsi məqsədilə təşkil olunub.
Mətləb