Zelenski Ukraynada ABŞ-a yaxın məmurları vəzifədən uzaqlaşdırmağa başladı...
Ukrayna prezidenti Zelenski ABŞ administrasiyasına yaxın olduğu düşünülən bəzi məmurları vəzifədən uzaqlaşdırmağa başlayıb. Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Məlumata görə, Zelenski Vaşinqtonun Rusiya ərazisinə hücum üçün Amerika silahlarından istifadəyə icazə verməməsi və Baydenin İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməmək qərarından narazı qalıb. Qeyd edilir ki, Zelenski məhz bundan sonra Ukrayna hakimiyyətində Bayden administrasiyasına yaxın olduğu bildirilən bəzi məmurların vəzifədən kənarlaşdırılmasına qərar verib.
TAHİR