KÖHNƏ VERSİYA            

Qurbanəli Quluzadə - təki şəhidlərimiz bizə halallıq versin... - FOTO

Image

Onun haqqında məlumat toplamağa çalışıram. Müxtəlif xəbərləri oxuyuram: Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İkinci Qarabağ savaşının şəhidi.

Torpaq azadlığı, ərazi bütövlüyü uğrunda savaşmaq, şəhid olmaq qürurvericidi.Həm də ağrılıdı. Müharibə səbəbkarlarını lənətləyirsən. Müharibənin aldığı canlar sarsıdır bütün varlığını.

2001-ci il 25 iyunda Bakının Binə qəsəbəsində dünyaya gəlib Qurbanəli Elşad oğlu. Ailənin ilki olub. Uşaqlıqdan yunan-roma güləş növü ilə məşğul olub. Şeir yazıb.

 Binə qəsəbəsində Birinci savaşın şəhidləri Rasim Sadıxov adına 136 və  Əmirəhməd Quliyev adına 121 nömrəli məktəbdə oxuyub.

Xuraman Cəfərova  136 nömrəli məktəbdə Qurbanəliyə dərs deyən müəllimlərdən biridir: İllərdir məzunu olduğum məktəbdə işləyirəm. Yüzlərlə məzunum olub. Qurbanəli müəllimlərin yaddaşında qalan, sevilən şagirdlərdən olub. Çox sakit, mədəni, təhsilə önəm verən, müəllim adını uca tutan bir ailədə böyüyüb. Özü də elə idi: sakit, mədəni, çalışqan, dürüst. Onda bir kobud hərəkət görmədim illər ərzində. Üzündə nur vardı. Həmişə o nurlu simasını xatırlayıram. Müəllimin də, xalqın da sərvəti Qurbanəli kimii oğullardır.

Sinif rəhbərinin qəfil ölümündən sarsılan Qurbanəli məktəbini dəyişir.
 121 nömrəli məktəbdə də  şagird kimi kollektivin hörmətini qazanır. Onun haqqında bütün müəllimləri, dostları danışmaq istəyirdi. Uşaq birliyinin rəhbəri Sevda Əliyeva kövrəlir: Qurbanəli hamımızın sevimlisi idi. Şeir yazırdı. Utancaq olsa da, son zəngdə bədahətən şeir deməyini unutmuram. O, bizim fəxrimiz olub həmişə. Təşkilatcı Elnarə Kərimova, psixoloq Samirə Rzayeva danışdıqca Qurbanəli Quluzadəni görürdüm elə bil: sevimli, məsuliyyətli, mədəni, diqqətli, çalışqan...

121 nömrəli məktəbdə Qurbanəlinin sinif rəhbəri olan Əvəz Rüstəmov Birinci Qarabağ savaşının iştirakçısı olub. Könüllü özünümüdafiə batalyonunda döyüşüb. 1994-cü ildə tərxis olunandan bu günə kimi müəllim işləyir. Vətənpərvər şagirdlər yetişdirib. Onların çağırışaqədərki hərbi hazırlığına xüsusi diqqət yetirir. Ona görə məzunları həqiqi hərbi xidmət zamanı həmişə fərqlənir, təşəkkürnamələr alırlar: 1991-94-də döyüşlərdə olmuşam. Bütün hadisələrin, çətinliklərin canlı şahidi olsam da, məğlub kimi yaşamaq ağır gəlirdi. Özümü günahkar bilirdim.  Tez-tez bu haqda danışardıq. Şagird gündəliklərində olan qara işğal tarixlərinə baxa bilmirdim.  Çox çətin idi. Bunları hiss edirdi Qurbanəli. “Müəllim, narahat olma, o torpaqları biz azad edəcəyik” - deyirdi əminliklə. Səsində, özündə bir inam vardı. O torpaqları azad etməliydik. Şagirdlərimi də, öz övladlarımı da buna hazırlayırdım. İki oğlum da İkinci Qarabağ savaşına yollandı. O da buna hazır idi. Onun qələbəyə inamı məlhəm kimiydi, məlhəm də oldu.  

27 sentyabr 2020-ci ildə savaş başlayanda Qurbanəlinin həqiqi hərbi xidmətindən bir il ötürdü. Xidmətə gedəndə “Torpaqları azad etməyə gedirəm” demişdi doğmalarına. Hiss etmişdi qalib olacağını. Füzuli, Cəbrayıl, Hadrutun azadlığı uğrunda döyüşlərdən keçdi igid əsgərimiz. 21 oktyabrda Xocavəndin azadlığı uğrunda gedən ağır döyüşlərdə  aldığı qəlpə yarasından şəhid oldu.

Eışad Quluzadə: Oğlum sanki müharibə olacağını bilirdi. Əsgər getmədən “torpaqları biz azad edəcəyik” deyərdi. Arada zəngləşirdik. Müharibə başlayanda heç nə bildirmədi. Son danışıqlarımızda elə halallıq istəyirdi. Öz özümə sual verirəm ki, o niyə bizdən halallıq istəyirdi? Biz ondan halallıq istəməliyik. Nə deyim? Təki şəhidlərimiz bizə halallıq versin. Təki Qurbanəli kimi bu vətəni düşmənlərdən qoruyan oğullarımız çox olsun.

Əmisi Xeybərin sözlərinə görə, Qurbanəli əsgər getməyini gözləyirdi, hazırlaşırdı. Tez-tez “Əmi, mən əsgər gedim, erməniləri torpaqlarımızdan çıxaracağıq”- deyirmiş əmisinə:  Bilmirəm, hardan idi bu hiss onda? Müharibə başlayanda da qələbəyə əminliklə danışardı. Deyirdim ki, onları qoymayın bir addım da qabağa gəlsinlər. “İrəli nədir? Biz irəli gedirik, bir qarış da geri çəkilmirik. Hər qarış torpağımızı da azad edəcəyik”-belə olurdu cavabı. 

Quluzadə Sahib: İndi yanımızda deyil qardaşım, çətindi. Amma mən onun qələbə sevincli, qürurlu səsini eşidirəm elə bil.  Hərbi xidmət zamanı da, müharibədə də deyirdi ki, əlayam.  “Bütün torpaqları azad edəcəyik” - sözü bu idi.. Gedişim kimi dönüşüm də olacaq, amma qalib kimi. Qalib oldu. Onun yaşadığı qürur güc verir bizə.  Ordumuz həmişə belə güclü olsun. Heç vaxt məğlub olmayaq. Ən böyük arzum budur.

Şəhidlər haqqında yazanda dostları, döyüş yoldaşları, müəllimləri, ailə üzvləri ilə söhbətləşməli olursan. Asan olmur. Ən çətini analardı. Nə deyəcəyini, söhbətə necə başlayacağını bilmirsən.

 Elmira xanım: Çox sakit, sevimli idi oğlum, bir başqaydı. Hamıya yaxşılıq etmək istəyirdi. Orta təhsilini başa vurandan sonra ali təhsil almaq istəyirdi. Sonra qərar verdi ki, əsgər gedim, gələndən sonra oxuyaram. Həqiqi hərbi xidmətini Qusarda keçirdi. O zamandan fərqlənmişdi. Komandirləri də razı idi, tərifləyirdilər həmişə. Fəxri-fərmanlar almışdı. Müharibədə olduğunu da demədi, “təlimdəyik” dedi. Torpaqların azad olunmasını çox istəyirdi. Mübariz İbrahimov onun üçün nümunəydi. Qarabağ hadisələri, Xocalı faciəsi ilə barışa bilmirdi. Elə bil bu savaşa hazırlaşırdı. Dostları da qəhrəmanlıqlarından çox danışır.

Həsən Ələkbər oğlu Quliyev 44 günlük savaşın iştirakçısıdır: Bir var müharibə haqqında eşidirsən, filmlərə baxırsan, bir də var müharibədəsən. Elə olurdu addım-addım irəliləyirdik. Ölümün gözünə baxa-baxa qorxmursan heç. 21 oktyabr ağır gün idi. “X” təpəsini almalıydıq. Axşam 9-10 arası yola çıxdıq. Hava dumanlı idi. 5 addım irəlini görmək olmurdu. Bir-birimizin çiynindən tutub irəliləyidik. İstiqamətdən yayınmışdıq. Yolumuzu tapmalıydıq. Tapşırığı yerinə yetirməliydik. Durmadan yol gedirdik. Səhərə yaxın bir az dincəlmək qərara alındı. Bir ev tapdıq. Ermənilər D30 topu ilə bizi vurmağa başladı. Ağır döyüş oldu. Yaralılarımız, şəhidlərimiz oldu. Qubadan olan yaxın dostum Əliyev Həmzə də, Qurbanəli də həmin gün şəhid oldu. Özümə gələ bilmirdim. Orda bir günün döyüş dostunu on ilin dostundan daha yaxşı tanıyırsan, daha doğma olur. Susuzluqdan əziyyət çəkəndə son bir udum suyunu sənə verən Qurbanəli kimi döyüş dostunu necə unutmaq olar? Onları itirmək çox ağırdı. Qalib olmağımız bu ağrıları yaşamağa kömək edir.Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm.

 Qurbanəli Quluzadə Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şəxsi şücaəti və igidliyinə görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 Oğul gedib. Can gedib. Oğul yarası ağlayır. Can yarası ağrıyır. Göz yaşının, bu ağrının məlhəmi əsir torpaqların azadlıq nəfəsidir. Təltifləri düşünürsən: Cəbrayılın, Qubadlının, Füzulinin, Xocavəndin, Şuşanın azadlığına görə. “Vətən uğrunda” “İgidliyə görə” təltif olunmaq  ləyaqətli, məğrur olmaqdı, uca olmaq, ucada olmaqdı. Belə yaşamaq da var.  Qurbanəlilər də ləyaqəti, məğrurluğu ilə ucadılar. Ucadadılar!

Kamalə Abiyeva.
Aprel,2024








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031