KÖHNƏ VERSİYA            

Qərb Rusiya-Ukrayna savaşını yeni dünya müharibəsinə çevirir

Image

Rusiya və Ukrayna arasında davam edən savaş daha təhlükəli mərhələyə keçir. Söhbət müharibənin miqyasının böyüməsindən gedir. Belə ki, artıq mövcud vəziyyətdə Qərbin Rusiya ilə açıq konfrontasiyaya getdiyi özünü qabarıq büruzə verir. Qərb növbəti “qırmızı xətlərin” keçilməsinə razılıq verməklə savaşın miqyasının genişlənməsinə zəmin yaradır. 

Belə bir vaxtda Qərb ölkələrinin bir-birinin ardınca verdiyi açıqlamalar indi xüsusi diqqət cəlb edir. Məsələn, Polşa müdafiə nazirinin müavini Sezari Tomçik “Radio Zet” radiostansiyasının efirində mühüm bir açıqlama verib: “Polşa Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbə vurması üçün Varşavadan aldığı silahlardan istifadə etməsini məhdudlaşdırmır. Ukraynaya tədarük etdiyimiz Polşa silahları ilə bağlı heç bir məhdudiyyət yoxdur”. Onun sözlərinə görə, Varşava hazırda Ukrayna üçün 45-ci hərbi yardım paketini hazırlayır. Bir müddət öncə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Aİ-nin müdafiə nazirlərinin iclasından sonra indiyədək yalnız bir və ya iki ölkənin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsi üçün təchiz etdikləri silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olduğunu bildirib. NATO-nun Baş katibi Yens Stoltenberq isə həmin iclasda alyans dövlətlərinin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsi üçün qoyduqları məhdudiyyətləri götürüb-götürməmək barədə fərdi qərar qəbul etdiklərini qeyd edib. Amma artıq durum dəyişib. Hətta iş o yerə çatıb ki, Baltikyanı ölkələr və Polşa, Rusiya döyüş meydanında uğur qazanacağı təqdirdə, öz qoşunlarını Ukraynaya göndərəcəyini istisna etmir. Almaniyanın “Der Spiegel” nəşri yazır ki, ötən həftə Estoniyanın paytaxtında keçirilən xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Lennart Meri konfransı çərçivəsində Baltikyanı ölkələrin parlamentariləri Almaniya hökumətinin nümayəndələrinə Berlinin Ukraynadakı müharibə ilə bağlı siyasətinin nəticələri barədə xəbərdarlıq ediblər. Xüsusilə, söhbət Ukrayna ordusunu uzaqmənzilli silahlarla təmin etməkdən imtina və Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə Qərb silahlarını vurmağı qadağan etməsindən gedir: “Onların arqumenti ondan ibarətdir ki, əgər ruslar Ukraynanın şərqində strateji irəliləyiş əldə edə bilsələr, vəziyyət dramatik şəkildə gərginləşə bilər. Baltikyanı siyasətçilər xəbərdarlıq ediblər ki, bu halda Latviya, Litva, Estoniya və Polşa rus qoşunlarının öz sərhədlərinə yerləşdirilməsini gözləməyəcək, özləri Ukraynaya qoşun yeridəcəklər. Bunun nə demək olacağı isə aydın idi: NATO müharibənin tərəfinə çevriləcək”. Bu fonda o da bəlli olub ki, Böyük Britaniya Ukraynaya göndərdiyi “Storm Shadow” raketləri ilə Rusiyadakı hədəfləri vurmağa icazə verib. Ukraynanın strateji sənaye sahələri nazirinin müşaviri Yuri Sak bu barədə “Bloomberg” agentliyinə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin artıq həmin raketlərdən istifadə etdiyini bildirib. Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevin Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərində hücumlar həyata keçirməyə icazə verilib-verilməyəcəyi barədə sualı cavablandırarkən qeyd edib: “Mən Zelenski ilə çox müntəzəm ünsiyyət qururam. Ukrayna ordusunun necə hərəkət edəcəyi onların işidir. Amma fəxr edirəm ki, Ukraynanı daha uzaq mənzilli silahlarla təmin edən ilk ölkə bizik”. Britaniya baş nazirinin sözlərinə görə, dünya “Soyuq müharibə”dən sonra heç vaxt olmadığı qədər qeyri-müəyyən və təhlükəli olub: "Yeganə sual təhlükəsizliyinizi kimə etibar etməkdir".

Bunlar fonunda “The New York Times” öz mənbələrinə istinadən qeyd edir ki, ABŞ prezidenti Cozef Bayden Ukraynaya Rusiyanın dərinliyinə amerikan istehsalı silahla zərbə icazəsi verməyə getdikcə daha da yaxındır, Ağ Evdə bu mövqeyə yenidən baxılmasını qaçılmaz hesab edirlər: “Bayden Ukraynadakı müharibədə onun ən mühüm qərarlarından biri ola biləcək şeyə – amerikan silahı ilə Rusiya ərazisinə zərbələr endirməyə qoyulan qadağanın ləğvinə yaxınlaşır”. Mənbələr bildiriblər ki, Baydenin müşavirləri münaqişənin nüvə rəqibi ilə birbaşa qarşıdurmaya çevrilməsi ehtimalından narahat olsalar da, sözügedən “mövqeyin dəyişməsinin qaçılmaz olduğuna inanırlar”. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ağ Ev artıq mövcud risqləri nəzərə alaraq mövcud siyasəti yenidən nəzərdən keçirməyə başlayıb. Məqalədə vurğulanıb ki, Vaşinqton amerikan istehsalı silahlarla Rusiyanı vurmağa icazə versə belə, Ukrayna hədəflərin seçimi və silahdan hansı şəkildə istifadə olunacağına dair “sərt məhdudiyyətlərlə” üzləşəcək. Fransa da öz silahları ilə Rusiya ərazisinə zərbələr endirilməsinə məhdudiyyət qoymur. Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo isə qeyd edir ki, fransalı hərbi təlimatçılarının Ukraynaya göndərilməsinin müzakirəsi total münaqişənin yeni mərhələyə keçməsindən xəbər verir. Siyasətçi fransalıların əksəriyyətinin bu yolla eskalasiyanın artmasının əleyhinə olduğunu vurğulayıb. O, həmçinin Ukraynada müharibəni dayandırmağa və sülh əldə edilməsi yollarını axtarmağa çağırıb. Qeyd edək ki, Ukrayna ordusunun baş komandanı Oleksandr Sırski fransalı təlimatçıların ölkədəki təlim mərkəzlərinə səfərlərinə icazə verdiyini deyib və Parisin təlim keçmək üçün Ukraynaya təlimatçılar göndərmək təşəbbüsünü alqışlayıb. Hazırda görünən odur ki, Böyük Britaniya, Kanada, Latviya, Litva, Hollandiya, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya Federasiyasındakı hədəfləri vurmağa razılıq verib. Rusiya prezidenti Vladimir Putin isə qeyd edir ki, Moskva Ukraynanın Rusiya Federasiyasına zərbə endirməsinə imkan verən təkliflərlə bağlı bəyanatları diqqətlə izləyir: “NATO ölkələrinin, xüsusən də Avropanın nümayəndələri nə ilə oynadıqlarını bilməlidirlər. Onlar yadda saxlamalıdırlar ki, bir qayda olaraq, kiçik ərazisi, çox sıx əhalisi olan bir dövlətdir. Onlar Rusiya ərazisinə dərin zərbələr endirməzdən əvvəl bu amili nəzərə almalıdırlar”.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri uzaqmənzilli silahlardan istifadə edəcəyi təqdirdə Rusiya yenidən “bufer zonası” ilə bağlı qərar qəbul etməli olacaq. Putin qeyd edib ki, Qərb qoşunlarının Ukraynaya daxil olması yaxşı və düzgün qərar deyil: “Bu, eskalasiyadır və Avropada ciddi münaqişəyə və qlobal münaqişəyə doğru daha bir addımdır. Onlara ehtiyac varmı?  Ukrayna ərazisində Qərb təlimatçıları itkilər verir. Bunlar muzdlulardır, amma orada muzdlular adı altında mütəxəssislər var. Uzaqmənzilli dəqiq silahlarla bağlı sual var idi. Bəs bu silahlara kim nəzarət edir, onları kim saxlayır? Təbii ki, bu eyni təlimatçılar muzdlu əsgər kimi maskalanırlar. Onlar mövcuddur və itkilər verirlər. Burada yeni heç nə yoxdur. Efirdə ingilis nitqini eşidirik, sonra fransız, polyak. Biz bilirik ki, onlar oradadır”. Onun sözlərinə görə, Ukrayna ərazisində mövcud olan xarici kontingent Rusiya Silahlı Qüvvələrinin hədəf bölgəsində olacaq: “Müxtəlif kontingentlərə gəlincə, mən bu barədə artıq danışmışam. Sonra Polşa hakimiyyəti bəyan edir ki, onlar öz kontingentlərini göndərməyə hazırdırlar. Polşa nitqini eşidirik, Polşadan çoxlu muzdlular var”. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031