KÖHNƏ VERSİYA            

Avropa “yaşıl enerji” tələbatının ödənilməsində də Azərbaycana yüksək etimad göstərir...

Image

Bu günlərdə Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan birgə müəssisənin yaradılması barədə memorandum imzalayıb. Belə ki,  Rumıniyanın “Transelectrica” elektrik şəbəkələr operatoru Azərbaycanın “Azərenerji” ASC, “Gürcüstan Dövlət Elektrik Şəbəkəsi” və Macarıstanın MVM şirkəti ilə mərkəzi Rumıniyada yerləşən “yaşıl enerji” üzrə birgə müəssisənin yaradılması barədə Anlaşma Memorandumu imzalayıb.

“Transelectrica”nın məlumatında bu xüsusda deyilir: “Müəssisənin əsas məqsədi “Yaşıl enerji dəhlizi” layihəsinin həyata keçirilməsidir. Bununla bağlı saziş dörd ölkənin hökuməti tərəfindən imzalanıb. “Yaşıl enerji dəhlizi” - Avropa Komissiyanın dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətinin reallaşdırdığı layihədir. Bu layihə regional enerji potensialını möhkəmləndirəcək və Avropa İttifaqının enerji keçidinin məqsədlərinə uyğun olaraq rəqabətqabiliyyətli qiymətlərlə bərpaolunan mənbələrdən elektrik enerjini təmin edəcək”. Layihənin məqsədi Avropa və Qafqaz regionlarında “təmiz enerji” istehsalının və mübadiləsinin qiymətləndirilməsi, bu cür mübadiləni asanlaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasıdır. 

Qeyd edək ki, yaxın gələcəkdə Azərbaycandan Avropaya ilkin mərhələdə 4 qiqavat həcmində “yaşıl enerji” ixracı nəzərdə tutulur. O da mühüm məqamdır ki, Azərbaycanın dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasına töhfə verməsi üçün bərpaolunan enerji poten­sialı kifayət qədərdir. Belə ki, təsdiqlən­miş proqnozlara görə, ölkəmizin quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sek­torunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymət­ləndirilir. Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizində yüksək bərpaolunan enerji potensialına malik ol­duğunu təsdiqləyib.  Ümumiyyətlə, enerji resursları ilə zəngin olmasına və dünyada bu resursların ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Ölkədə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. 2020-ci ildən “Masdar”, “ACWA Power”, BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy”, “A-Z Czech Engineering” və “Baltech” şirkətləri ilə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb. Artıq ötən il “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan 230 meqavat gücündə “Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. 

Hazırda proseslər göstərir ki, Azərbaycan Avropa İttifaqı (Aİ) üçün, karbohidrogen tədarükü üzrə olduğu kimi, “yaşıl enerji” sahəsində də etibarlı tərəfdaşa çevriləcək. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Aİ-nin öz enerji təhlükəsiliyinin təmin olunmasında ölkəmizə verdiyi önəmin bariz nümunəsidir. Bu kontekstdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması yönündə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in mühüm əhəmiyyəti var. Bu tərəfdaşlıq Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında bugünə kimi oynadığı rolun keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edəcək. Azərbaycan yaxın gələcəkdə özünün enerji ixracında bər­paolunan enerjinin payını kəskin artır­mağı hədəfləyib. Qafqazda yaradılmaqda olan “yaşıl enerji” dəhlizi, o cümlədən Qara dənizin dibi ilə çəkiləcək kabelin də Azərbaycanın resurslarına hesablandığı heç kimə sirr deyil. “Yaşıl enerji” dəhlizi işə düşənə kimi isə Azərbaycan ənənəvi resurslarla Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdə davam edəcək. Bu xüsusda İtaliya Asiya İnstitutunun baş katibi Domeniko Palmieri qeyd edir ki, Azərbaycan Avropanın, o cümlədən də İtaliyanın enerji təhlükəsizliyinə fundamental töhfə verir. O bildirib ki, Azərbaycan, xüsusilə enerji sektorunda İtaliyanın strateji tərəfdaşıdır və ölkəmizin enerji təhlükəsizliyinə fundamental töhfəsi var: “Biz bunu Ukrayna böhranı zamanı TAP boru kəməri vasitəsilə təbii qaz axınının artması ilə gördük. TAP-ın nəqletmə imkanlarının gələcəkdə iki dəfə artırılması isə mövcud strateji əlaqələri möhkəmləndirəcək”. Domeniko Palmieri bildirib ki, İtaliya şirkətləri üçün Azərbaycanın bərpaolunan enerji sektorunda da müxtəlif imkanlar mövcuddur. Bunun üçün cari tendensiyaları və perspektivli biznes sahələrini müəyyən etmək vacibdir: “Ümid edirəm ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək. İlk növbədə, İtaliya öz milli maraqları baxımından Avropa İttifaqında Aİ ilə Azərbaycan arasında münasibətlərə yönəlmiş tədbirlərin daşıyıcısı ola bilər. Bakının ev sahibliyi edəcəyi COP29 bu mənada düşünmək üçün mühüm məqam ola bilər”.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031