KÖHNƏ VERSİYA            

Enerji keçidində dünya oyunçusuna çevrilirik - Azərbaycanda "Yaşıllar partiyası" hələ yoxdur…

Image

Elçin Bayramlı: “Bizdə də belə bir partiyanın olması, aktiv fəaliyyət göstərməsi, proqramlar təklif etməsi, “yaşıl enerji”yə keçid sahəsinə töhfə verməsi çox müsbət hal olardı”

Müasir dünyada əsas prioritet məsələlərdən biri “yaşıl enerjiyə”, “yaşıl iqtisadiyyat”a keçidlə bağlıdır ki, Azərbaycan da bu istiqamətdə ən vacib oyunçulardan biri kimi tanınır. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə Həmrəylik İli” elan edilib, eyni zamanda bu ilin noyabrında Bakıda COP29 (Tərəflərin Konfransı) keçiriləcək, çox sürətlə “yaşıl enerji”yə keçid prosesi baş verir,  neftdən-qazdan imtina edib ekologiyanın, iqlimin sağlamlaşdırılması uğrunda işlər görülür. 

Dövlət və ictimaiyyət səviyyəsində bu yöndə böyük işlərin getdiyi bir vaxtda Azərbaycanda hər siyasi təmayüllü partiyalar var, mövcuddur, fəaliyyət göstərir, amma dünyanın bir sıra ölkələrində rast gəlinən, əsas vəzifəsi ətraf mühitin qorunması, bu sahədə problemlərin həllinə yönəlik “Yaşıllar partiyası” deyilən bir partiya   ölkəmizdə  yoxdur, yaxud da qeydiyyatdan keçməyib.

Belə bir vaxtda “Yaşıllar partiyası”nın olmasını doğrudan da Azərbaycanın həm dövlət, həm də ictimai səviyyədə apardığı alternativ enerji mənbələrinin yaradılması, “yaşıl enerjiyə” keçid prosesinin tələbləri çərçivəsində çox təbii dəyərləndirmək olar. 

Belə bir partiyanın Azərbaycanda olmasına ekspertlər necə baxır? Məhz indiki şəraitdə belə bir partiyanın olması yaxşı olmazdımı?

Ekspert rəyinə keçməzdən əvvəl bir məlumata diqqətinizi çəkmək istəyirik. Məlumata görə, 2006-cı ildə Azərbaycanda “Yaşıllar partiyası” təsis edilib. Mətbuatda qeyd olunurdu ki, o vaxt yaranan yeni partiyanın əsas xətti ekoloji tarazılığa və sosial ədalətə nail olmaq olub. Amma təəssüf ki, partiyanın  fəaliyyəti barədə məlumatlar kasaddır.

“Bu partiya formal olaraq var, amma onun bu sahədə hansısa bir proqramını, fəaliyyətini görməmişik” 

Sosial-iqtisadi sahə üzrə ekspert, araşdırmaçı jurnalist Elçin Bayramlı “Bakı-Xəbər”ə “Əslində Azərbaycanda “Yaşıllar partiyası” var, çoxdan təsis edilib, sadəcə ortada fəaliyyəti yoxdur, formal olaraq mövcud olub. Görünür, son vaxtlar partiyaların qeydiyyatı üçün tələb olunan sənədləri toplaya və  şərtləri, tələbləri ödəyə bilmədiyi üçün yəqin ki, qeydiyyatdan keçən partiyalar sırasında deyil. Bu partiya formal olaraq var, amma onun bu sahədə hansısa bir proqramını, fəaliyyətini görməmişik. Düzdür, Avropa ölkələrində, Rusiyada və başqa ölkələrdə “Yaşıllar partiyası” var və onlar böyük proqramlar həyata keçirir, bu sahədə siyasət aparır. Bəzən hakimiyyətə də gəlirlər. Səhv etmirəmsə, Almaniyada müəyyən müddətdə “yaşıllar” hakimiyyətdə də olublar. Amma bizdə bunun perspektivi yoxdur. Çünki hakimiyyətə gəlmək cəhdləri nəzəri cəhətdən heç mümkün də deyil. Partiyalar bizdə ənəvi olaraq bir liderin ətrafında birləşib siyasi mübarizə aparmaq, siyasi hakimiyyətə gəlmək üçün fəaliyyət göstərirlər. Ona görə də “Yaşıllar partiyası”nın bu sahədə hər hansı bir perspektivini də görmürəm. Ancaq əlbəttə, bizdə də belə bir partiyanın olması, aktiv fəaliyyət göstərməsi, proqramlar təklif etməsi, “yaşıl enerji”yə keçid sahəsinə töhfə verməsi çox müsbət hal olardı” - deyə bildirdi. 

E.Bayramlı hesab edir ki, bizə bu sahədə partiyadan daha çox QHT-lər, ekologiya ilə bağlı ictimai təşkilatlar, ictimai platformalar lazımdır. O qeyd etdi  ki, bu sahədə “Yaşıllar hərəkatı” kimi könüllülük əsasında fəaliyyət göstərən platformaların olması daha faydalı olardı. “Bizdə bir sıra ekoloji təşkilatlar var ki, dövlət fondlarından, beynəlxalq fondlardan yaxşı qrantlar alırlar, amma faktiki olaraq onlar şablon tədbirlərin keçirilməsi, buklet çapı və sair bu kimi işlərlə məşğul olurlar, o qrantlar boşuna gedir, heç bir effekt vermir. Yaxşı olardı ki, dövlət bu sahədə bir proqram hazırlasın və işi praktik olaraq QHT-lər vasitəsilə görsün. Ekoloji təşkilatlara qrantlar ayrılsın və onlardan praktik işlər tələb olunsun. Məsələn, yaşıllıqların salınması, müxtəlif ərazilərin təmizlənməsi, su hövzələrindəki ekoloji çirklənmənin aradan qaldırılması, zavod və fabriklərin atmosferə atdığı tullantıların azaldılması, filtrlərlə təmin olunması ilə bağlı monitorinqlər aparılmalıdır. Tutaq ki, meşələrdə monitorinqlər aparıla bilər ki, necə qorunur. Meşə yanğınlarına qarşı maarifləndirici tədbirlər həyata keçirmək olar. Yəni bu kimi işləri daha çox ictimai təşkilatlar etməlidir. Amma bizdə bu iş bir az zəifdir. Çünki ictimai təşkilatlar elə də effektiv işləmir, ictimaiyyət də maarifləndirmə işində o qədər də könüllü iştirak etmir. Cəmiyyətin özünün ekoloji təfəkkürü olmalıdır. Bu məsələlərdə dövlətin heç bir iştirakı olmadan öz ərazisində, öz həyətində bunlara riayət edə bilər”-deyə bildirən E.Bayramlı hesab edir ki, vətəndaşlar könüllü olaraq yaşıllıq, ekoloji yönümlü platformalara qoşulmalıdır. O vurğuladı ki, hansısa bir QHT yaşıllaşdırma kampaniyası elan edirsə vətəndaş olaraq orda iştirak etməliyik.

E.Bayramlının sözlərinə görə, dövlətin işinə hər bir vətəndaş dəstək verməlidir. E.Bayramlının sözlərinə görə, bu istiqamətdə hansısa siyasi partiyadan nə isə gözləmək olmaz. Onun fikrincə, çünki o partiyanın nə kütləvi üzvləri, nə də maliyyə imkanları olacaq, uzaqbaşı bəyanat verib bir-iki maarifləndirici çıxışlar edə bilərlər ki, bunun da təsiri minimum olardı. “Belə partiyanın olması daha yaxşı olardı, amma onun olmasından ciddi bir dəyişiklik gözləməyə də dəyməz... Bu sosial sahədir, siyasi mübarizə sahəsi deyil. Burda sosial və ekoloji təşkilatlar iştirak etməlidir və dövlətin bu istiqamətdə proqramları həyata keçirilməlidir” - deyə qeyd edən E.Bayramlı hesab edir ki, “yaşıl enerji”yə keçid prosesinin daha da sürətləndirilməsi üçün daha çox sosial və ekoloji sahədə olan təşkilatlar dövlətə dəstək ola bilər. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031