KÖHNƏ VERSİYA            

Prezident Xocalıdan olan araşdırmaçı jurnalistə də ev hədiyyə etdi... - MÜSAHİBƏ

Image

Səriyyə Müslümqızı: “Elə hiss etdim ki,  evimin itən açarını cənab Prezident və Mehriban xanım sanki hardansa tapıb mənə verdilər”

Xocalı sakini, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist, “Təzadlar” TV-nin əməkdaşı Səriyyə Müslümqızı (Cəfərova) 32 ildən sonra öz doğma evinə qayıdıb, ata evinin işığını yandırıb, ocağını şənləndirib. 

28 may Müstəqillik Günündə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən Xocalıda xocalılılara mənzillərinin açarları təqdim edilib və bu səadəti yaşayanlardan biri də Səriyyə Müslümqızı olub. 

- Xocalını, ana yurdunuzu necə gördünüz?

- Çox duyğulandım, çox həyəcanlandım. Mən öz ana yurdumu 32 il sonra tamam başqa bir formada gördüm. Evlər çox müasir üslubda tikilib, çox gözəl dizayn verilib. Siz özünüz də yəqin kadrlardan gördünüz.

- Bəli.

- Cənab Prezident də dedi ki, evlər çox yüksək səviyyədə təmir edilib. 

Amma evimizdə anamdan qalan heç bir nişanə tapa bilmədim, hər şey dəyişib, amma sevindim, qürurlandım ki, Xocalı azaddır və biz azad Xocalıdayıq. 

- 32 ildən sonra Xocalıda keçirdiyiniz ilk gecənin təəssüratları necədir? Rahat uyuya bildinizmi? 

- İnanın, o qədər hüzurlu, o qədər rahat yatdım ki, sanki anamın qucağında yatdım. Hətta 32 il əvvəl keçirdiyimiz qorxulu, həyəcanlı gecələri də bir anlıq unutdum, biz evdə də yata bilmirdik, zirzəmidə gecələyirdik. Amma 32 ildən sonra mən zirzəmidə yox, öz evimdə yatdım. Özümü ana qucağında hiss etdim. 

- Evinizin açarını sizə Mehriban Əliyeva təqdim etdi. Adınız çəkiləndə hansı hisslər keçirdiniz?

- Adım çəkiləndə o qədər qarmaqarşıq duyğular, hisslər keçirdim ki, sözlə ifadə edə bilmirəm, həyəcandan əllərim titrəməsin deyə özümü toparlamağa çalışdım. Çünki mən Xocalıdan çıxanda evimin açarını belə götürə bilməmişdim. Elə hiss etdim ki,  evimin itən açarını cənab Prezident və Mehriban xanım sanki hardansa tapıb mənə verdilər (qəhərlənir). 

- Xocalıda yaşamağın mənası nədir, anlamı nədir Sizin üçün?

- Xocalıda yaşamaq məsuliyyətdir. Hər kəs bu məsuliyyəti dərk etsə çox yaxşı olar. Çünki Xocalı qanına bələnən, qanlı köynək bir şəhərdi. Eyni zamanda bu şəhəri bizim adını bilmədiyimiz, şəxsən tanımadığımız oğullar azad edib. O oğullar ki, Xocalı soyqırımı zamanı hələ anadan olmamışdılar. Ona görə də Xocalı məsuliyyətli bir yerdir. 

- Xocalı soyqırımı gecəsində ananız da, əminiz oğulları da, bir çox yaxınlarınız, elliləriniz da şəhid olub...

- O gecə anamı və üç əmim oğlunu şəhid vermişəm... 

Kiçik bir haşiyə çıxmaq istəyirəm: atam rəhmətə gedəndə mənim bir yaşım olub. Atamın atası, Müseyib babam İkinci Dünya müharibəsindən qayıtmayıb, məzarı belə olmayıb, adı itkin kimi gedib. İllərlə Tamaşa nənəm onun yolunu gözlədi. Yadınızdadır, o illərdə radioda   Böyük Vətən müharibəsində itkin düşən azərbaycanlılar barədə məlumat verilirdi. Biz həmişə o verilişi gözləyirdik, deyirdik ki, görəsən babamızın adı da nə vaxtsa o itkinlərin siyahısında  çəkiləcəkmi? Kaş ondan bir nişanə qalaydı, adı çəkiləydi. Amma illər boyu gözləsək də ondan bir soraq çıxmadı. Taleyə, qismətə bax ki, onun yurduna gəlin gələn anamın da, əmim oğlanlarının da taleyi çox faciəli oldu. Onlar bizə əmioğlu yox qardaş olublar, çünki atamızı itirdikdən sonra bir ocaqda böyüdük...

- Söz yox ki, indi ananızın da, başqa xocalıların da ruhları şaddır. Cənab Prezidentlə söhbətinizdə də dediniz ki, mənim anamın oğlu olmayıb, onun ocağını yandırmağı özümə borc biliurəm. Bu ocağı yandırdınız...

- Bəli, anamın oğlu yoxdur, amma bu gün mən onun çırağını yandırıram. 

- Cənab Prezidenti evinizə dəvət etdiniz, çox böyük məmnuniyyətlə qəbul etdi. Evinizin ilk qonağı Prezident oldu...Prezidentin Sizin evə gəlməsi Sizin üçün nə deməkdir?

- Mən sadə bir Xocalı sakiniyəm, sadə bir qələm sahibiyəm, böyük bir nəsli, doğmalarını itirmiş bir azərbaycanlıyam. Prezidentin dəvətimi qəbul edib evimə gəlməsi məni çox qürurlandırdı, özümü daha güvənli, daha əmin hiss etdim ki, doğmalarımı itirsəm də, mənim arxamda Azərbaycan xalqının böyük oğlu dayanıb. Bu, Prezidentin bir qələm adamına, bir Xocalı sakininə verdiyi yüksək  dəyərin   təzahürüdür. 

- Siz Xocalı harayını dünyaya yayan, bu soyqımla bağlı ən çox yazan, təbliğat aparan qələm adamısınız. Bu 32 ildə əzablı yollar keçmisiniz, Xocalı həqiqətlərini yaymaq üçün kitablar, məqalələr yazmısınız. Bu 32 ildə Xocalıya qayıtmaq ümidiniz vardımı, yoxsa ümidinizi itirmişdinizmi? 

-  Sizə tam səmimiyyətimlə deyirəm. Siz soruşun ki, sizdə o ümid hissləri heç öldümü? Kitablarıma baxsanız görərsiz, bütün kitablarımda qeyd etmişəm ki, mən bir gün mütləq Xocalıya dönəcəyəm, hökmən ata ocağımın çırağını yandıracağam. Heç zaman dönə bilməyəcəyimi ağlımın ucundan belə keçirmədim və döndüm də. 2024-cü ilin 28 mayında Müstəqillik Günündə mən ata ocağının çırağını yandırdım. Yazdıqlarım gerçək oldu. Bütün kitablarımın, minlərlə məqaləmin sonunda “mən hökmən ata ocağına, Xocalıya dönəcəyəm və Xocalıda yenə də qaragözlü balalar doğulacaq” yazırdım. 

- Xocalıya qayıdan ilk sakinlərdən biri Sizsiniz. Bu necə bir hissdir?

- İlk köç edənlər üçün bu çox məsuliyyətlidir. Mən də o məsuliyyəti dərk edirəm ki, biz sonradan gələnlərə nümunə olmalıyıq. Xocalıya qayıdan ilk sakinlər kimi bütün dünyaya mesaj verdik ki, bu torpağın əzəli  sakinləri bizik və öz doğma yurdumuza əbədi olaraq qayıtmışıq...

- Bəs köç üstə olanlara sözünüz nədir? 

- Düzdür, böyük ağrı-acılar yaşadıq, itkilər verdik, Xocalı qanlara boyandı. Bütün bunlar çox ağrılıdır. Amma hesab edirəm ki, köçüb bu torpaqda yaşamaq ən vacib məsələdir. Xocalı bizim ana yurdumuzdur. 1905, 1918 və 1992-ci illərdə Xocalı qanına bələnib, qandan köynək geyib. Mənim ulu babalarım 1905-ci ildə Xocalıda bu faciələri görüb. Biz köhnə Xocalıdan olan adamlarıq. Ulu babam burda 46 bəydən biri olan Cəfər bəydir, mən onun nəslindənəm. Əgər onlar yaşayıblarsa, ayaq üstə durublarsa, mübarizə aparıblarsa, Xocalını qurub-yaradıblarsa, bizim də boynumuzun borcudur ki, onların yolunu davam etdirək. 

Xocalıda muzeylər yaranacaq və biz öz soyqırımımızı bu yolla da tanıdacağıq. Mən 2020-ci ildə Bosniya–Herseqovinada oldum, orda Srebrenitsa anaları ilə görüşdüm. O şəhər də Xocalı kimi qana bələnib. Xocalı faciəsini biz burada yaşaya-yaşaya dünyaya çatdıracağıq...

- Mən belə bir cümlə yazdım ki, ermənilərdən alınan ən böyük intiqam Xocalıya qayıdıb soyumuş ocaqları alışdırmaq, sönən işıqları yandırmaq, evləri şənləndirməkdir...Siz necə bilirsiz?

- Bəli, bizim Xocalıya qayıtmağımız ən böyük intiqam oldu və erməni separatçılarına sübut etdik ki, bu torpağın sahibi və sakini bizik, biz öz evimizə qayıtdıq. Mənə ən təsir edən məqamlardan biri odur ki, evimiz anamın əlinin qabarı ilə tikdiyi bünövrənin üzərində təmir edilib. Əlimi o bünövrəyə qoyuram. Bu evin içində böyüdüb anam bizi...Amma 32 il bizim evdə erməni yaşayıb. Bu ev dağılmayıb. Buradan hərbi baza kimi istifadə olunub. Çünki Xocalı işğaldan azad olunanda evimizin qarşısında nə qədər UAZ və “Villis” markalı maşın olub. Yaxşı ki, biz onları əyani görmədik, onları görsəydim bu mənə daha ağır bir travma olardı. Nə yaxşı ki, Müstəqillik Günündə gəldik, ermənisiz şəhərimizə gəldik, bunun özü böyük bir xoşbəxtlikdir...   

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031