KÖHNƏ VERSİYA            

Hakimiyyətə dartınan keşişin faşist damğası açıldı - kilsə biabır oldu...

Image

Bir aya yaxındır baş nazir Nikol Paşinyanın istefasını tələb edən keşiş Baqrat Qalstanyan və yüzədək tərəfdarı hələ mayın 27-dən Sərdarabad abidəsinə gələrək burada çadır qurmuşdular. 

Əsas məqsədlərdən biri də Paşinyanın abidəni ziyarət etməsinin qarşısını almaq idi. Qalstantanyan Paşinyanın müxtəlif səbəblərdən, o cümlədən qorxusundan Sərdarabad abidəsinə gəlməyəcəyini iddia etmişdi: 

“Onun bizim ölkəmizlə, onun rəmzləri ilə daha heç bir əlaqəsi yoxdur. O, artıq real və tarixi Ermənistan haqqında absurd bəyanatlarını verib. Görünür, bura da tarixi Ermənistandır. Bunun onun beynindəki real Ermənistanla əlaqəsi yoxdur. İkincisi, ola bilsin, ona xaricdən əmr ediblər ki, bura gəlməsin”.

Keçmiş prezident Robert Köçəryanın “Hayastan” fraksiyasının deputatları da Nikol Paşinyana Sərdarabad abidəsinə gəlməməyi məsləhət görmüşdülər. Amma radikalların bütün təhdidlərinə baxmayaraq, Paşinyan  Sərdarabad abidəsinə gəlib və çıxış da edib. Əksinə, Erməni Kilsəsinin rəhbəri katolikos II Qareginin xatirə kompleksinə girişinə maneələr yaradılıb. Qaregin və başqa ali ruhanilər Sərdarabad abidəsinə Paşinyan buranı tərk edəndən az sonra gəliblər. Ermənistan hökumətinə yaxın bilinən “Baqramyan 26” teleqram kanalı bildirir ki, abidə ərazisində II Qareginə hücum edilib. Kanal bildirib ki, Qaregin əməlinin cavabını alıb: “İndi o, əkdiyini biçir”. Qeyd edilib ki, hüquq-mühafizə orqanları Sərdarabad memorialına yaxınlaşan II Qareginin yolunu kəsib, onun memorial kompleksə daxil olmasına maneə yaradılıb. Katolikos və əshabələri polislərlə toqquşub. Qeyd edək ki, indiyədək Ermənistanın tarixində belə hadisə baş verməyib. Maraqlıdır ki, cəmiyyət bunu normal qarşılayıb.  Ekspertlər isə qeyd edir ki, baş verənlər kilsənin də erməni cəmiyyətində dayağının olmadığını göstərir.  Hər halda, Sərdarabad abidəsində baş verənlər də bunu təsdiq edir. Burada onu da xatırladaq ki, Sərdarabad qalası İrəvan xanı Hüseynqulu xan Sərdar tərəfindən təxminən 1810-cu ildə tikilib. Qala 1928-ci ildə, İrəvan xanının qızğın müqavimətinə baxmayaraq, Rusiya generalı Paskeviçin nəzarətinə keçib. Ermənistana gəlincə, artıq görünən odur ki, kilsənin də Paşinyana qarşı etirazı fiaskoya uğrayır. Elə bu fonda hakimiyyət kilsənin etirazına daha sərt reaksiya sərgiləməyə başlayıb və təşkil olunan aksiyaların iflasa uğradığını bildirib. Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Qagik Melkonyan  qeyd edir: “2018-ci ildəki antihökumət etirazları ümumxalq hərəkatı idi, bu səbəbdən onu indiki və ya əvvəlki hərəkatlarla eyniləşdirmək olmaz. Onda heç kim düşünmürdü ki, hakimiyyət dəyişəcək. Ona qədər də, 2003, 2008 və 2015-ci illərdə etirazlar keçirilmişdi. Onda heç nə etmək mümkün olmamışdı. 2018-ci ildə isə ümumxalq hərəkatı başladı. Bu isə o deməkdir ki, etirazlarda 200 mindən çox adam iştirak edirdi. Rayonlar da nəzərə alınarsa, etirazçı sayı 500 min nəfərdən çox idi”. Melkonyan deyib ki, indiki hərəkatda xəstəxanaya gedən maşınların yolunu kəsirlər: “Mənim üçün o qədər də mühüm deyil ki, “Vətən naminə Tavuş” hərəkatının baş nazirliyə namizədi kim olacaq. Ən mühümü ölkədə baş verənlərdir”. Deputat vurğulayıb ki, Erməni Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın namizədliyini keçirə bilməsələr, başqa namizəd irəli sürə bilərlər: “Bunun əhəmiyyəti yoxdur. Ən əsası odur ki, hər şey qanun çərçivəsində baş versin. Onlar ümidlərini 2026-cı il seçkilərinə bağlayıb işləməlidirlər ki, tərəfdarlarının sayı azalmasın”. Melkonyan iddia edib ki, etirazçıların sayı getdikcə azalır: “Bununla belə, “Vətən naminə” hərəkatının lideri öz namizədliyini baş nazir vəzifəsinə elan edəndən, özünü az qala hökumət başçısı sayır, göstərişlər verir”.

Deputat xatırladıb ki, Rusiya televiziyası mayın 26-da etiraz aksiyasına guya 100 min nəfərin çıxdığını iddia edib. Melkonyanın sözlərinə görə, Ermənistanda hakimiyyətin dəyişməsi ilk növbədə Rusiyaya lazımdır, çünki Moskva Ermənistanın daim vassal kimi qalmasını istəyir: “Biz daha onlardan icazə almırıq ki, hansı ölkələrlə əlaqələrimizi inkişaf etdirə bilərik və bu onların xətrinə dəyir. Axı biz həmişə onlardan icazə alırdıq və ya bizim əvəzimizə onlar danışırdılar”.
 Hakim partiyanın daha bir deputatı olan  Mariya Karapetyan  da müxalifəti sərt tənqid edib: “Dörd ildir ki, müxalifət eyni valı fırladır. Bizə sonuncu şans verir. Hərəkatları daimi və ya həlledici həddə çatdıracağını bildirir”. Qeyd edək  ki, keşiş Baqrat Qalstanyan mayın 26-da keçirdiyi mitinqdə də Paşinyanın istefasına çağırıb və ona sonuncu imkanı verdiyini deyib. Mariya Karapetyan bu xüsusda bildirib: “Bundan əvvəlki hərəkatlar da kifayət qədər həlledici olmayıb. Amma onlar indikindən də daha ağır sözlərlə hədələyirdilər və deyirdilər ki, onların təklif etdikləri “həll yollarını” qəbul etməsək, bizim üçün pis olacaq”. Deputat Karapetyan hakimiyyətin Qalstanyanla dialoqa niyə girməməsi barədə suala cavab verərkən deyib: “O faşistdir. Biz faşistlə nəyi müzakirə etməliyik?”. Bu arada Ermənistanın “Qraparak” nəşri yazıb ki, müxalifət Paşinyanı istefaya göndərmək üçün hüquqi prosedur məsələsində də uduzub: “Mayın 9-da ilk mitinqdə Baqrat Srbazan tələsik bəyan edib ki, Paşinyan könüllü getməsə, o zaman müxalifət fraksiyaları onun vəzifədən uzaqlaşdırılması üçün parlamentdə etimadsızlıq nümayiş etdirmə prosesinə başlayacaq. Bu məqsədlə Baqrat Srbazan mitinq zamanı parlament qüvvələrinin bəzi deputatları ilə məsləhətləşib. Artıq növbəti mitinqdə o, “müstəqil” İşxan Zakaryanla iki dəfə görüşdüyünü, onun prosesə qoşulacağına və təşəbbüsü təqdim etmək üçün çatışmayan 1 səsi təmin edəcəyinə söz verdiyini bildirib. Lakin bəzi məlumatlara görə, etimadsızlıq prosesini qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəliblər və Baqrat Srbazan son günlər parlament qüvvələrinin nümayəndələri ilə söhbətlərində dolayı mətnlə buna eyham vurub. Hərəkat liderinin sözlərinə görə, Nikol Paşinyanın etimadsızlıq təşəbbüsünü uğursuz etmək üçün hər şeyi edəcəyi indiki mərhələdə prosesi parlamentə gətirmək məqsədəuyğun deyil”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031