"Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir" - Prezident Xocalı soyqrımı haqqında
Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir.
Bunu Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə görüşü zamanı deyib.
"Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın", - deyə dövlət başçısı bildirib.