KÖHNƏ VERSİYA            

Şərqin azadlıq məşəli – Azərbaycan Xalq Cümhuriyyəti

Image

Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbay­can xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi ha­disə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan xalqının dövlətçilik anlayışı, dövlətçilik təcrübəsi və ənənələri 100 illərlə təşəkkül və təkmilləşmə dövrünü yaşayıb. Uzun bir tarixi dövr ərzində xalqımız xarici təhlükələrə qarşı öz mövcudluğunu və identikliyini qoruyub saxlamaq, özünəməxsus mədəni keyfiyyətlərini hifz etməklə yanaşı, dünyanın fikir-ideya tarixinə və bəşəri dəyərlərin formalaşmasına da öz töhfələrini vermişdir. Uzun əsrlər boyu xalqımız yaratdığı zəngin mədəniyyəti daim cilalamış, onu ictimai həyata məharətlə tətbiq etməyi bacarmış və tarixin yeni dövründə mütərəqqi cəmiyyətlər sırasında öz layiqli yerini tutmuşdur. 

Xalqımızı səciyyələndirən başlıca ta­rixi xüsusiyyətlərdən biri də məhz onun dəyəryaratma kimi tarixi rolunu aramsız şəkildə və getdikcə artan vüsətlə yerinə yetirməsi olmuşdur. Azərbaycan xalqı həmişə zamanın çağırışlarını düzgün dəyərləndirmək iqtidarında olmuş və ic­timai– siyasi, mədəni, eyni zamanda, ge­osiyasi proseslərin iştirakçısı kimi özünü ifadə etmək bacarığını tarixin bütün mər­hələlərində ortaya qoymuşdur. 

XX əsrin əvvəllərində dünyanın qa­baqcıl dövlətlərinin və millətlərinin uni­versal hüquq və azadlıqlar ideyasını hələ yenicə mənimsəməyə başladığı bir vaxtda Azərbaycan xalqının öz istiqlaliy­yəti, hüquq və azadlıqları uğrunda mü­barizəyə başlaması da bu qəbildən olan müstəsna örnəklərdən biridir. Bu müba­rizənin başlıca hədəfi Rusiya imperiya­sından azad olmaq, Azərbaycan xalqı­nın itirilmiş dövlətçilik ənənələrini bərpa etmək və yeni formalaşdırılacaq dövlət modelində irqindən, dinindən, milliyyə­tindən asılı olmayaraq bütün insanların azad və xoşbəxt yaşaması üçün demok­ratik, hüquqi prinsiplərin hökm sürdüyü bir cəmiyyətin yaradılması idi.

Xalqın öz milli dövlətini qurmaq uğrunda bu şərəfli mübarizəyə qalxdığı dövr Birinci Dünya müharibəsinin yenicə başa çatdığı, bey­nəlxalq hüquq normalarının hələ oturuş­madığı, mürəkkəb geosiyasi proseslə­rin baş verdiyi ağır bir dövr idi. Dövrün mürəkkəbliyinə baxmayaraq, Azərbay­can ziyalılarının apardıqları ardıcıl siyasi mübarizənin uğurla nəticələnməsini şərt­ləndirən bir sıra ciddi amillər də mövcud idi. Bu böyük mücadilənin milli tariximizin köklərindən qaynaqlanan və özünə yaxın dövrün axtarışlarından qidalanan, hətta müəyyən intellektual-ideoloji bazaya ma­lik olan ənənələri vardı. 

Hələ XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatı, daha sonra milli mət­buatın təməlinin qoyulması, tənqidi ruhlu realistik-demokratik ictimai-ədəbi mühitin meydana gəlməsi Azərbaycanda siyasi elitanın formalaşmasında, xalqımızın mil­li özünüdərk ideyalarının güclənməsində, çar mütləqiyyəti və müstəmləkəçilik reji­minə qarşı ardıcıl mübarizənin təşkilin­də önəmli rol oynamışdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sa­bir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və digər görkəmli şəxsiy­yətlərin davamlı səyləri nəticəsində Azər­baycanda milli teatrın, milli məktəbin və milli mətbuatın yaranması cəmiyyəti bu proseslərə hazırlayan vacib hadisələr idi. 

Mirzə Fətəli Axundzadə ilə başlayan yaradıcı ziyalıların intellektual hərakatı cəmiy­yətin həyatında və şüurunda köklü dəyi­şikliklər yaratmışdı. Getdikcə dərinləşən mədəni maariflənmə isə öz növbəsində siyasi təşkilatlanmaya, xalqımızın hüquq və azadlıqları uğrunda mübarizəyə qo­şulmasına təkan vermişdi. Milli azadlıq hərəkatının ilk aparıcı siyasi təşkilatları olan “Müsavat”, “Difai” kimi qurumların yaranması da müstəqilliyə gedən yolda mühüm tarixi hadisələr idi.

Bütövlükdə, İslam dünyasında si­yasi-mədəni dekadanın yaşandığı bir dövrdə Azərbaycan xalqının demokra­tik-hüquqi dövlət quruculuğu uğrunda mübarizəyə qoşulması həmin dövr üçün unikal siyasi hadisə idi. Zamanın çağırış­larına adekvat münasibət ortaya qoyan Azərbaycan aydınları hələ Çar Rusiya­sının müvafiq tribunalarından gələcək müstəqilliyə yol açan qəti mövqelərini ifadə edirdilər. Rusiyanın Dövlət Duma­larına seçilmiş F.Xoyski, A.Muradxanov, A.M.Topçubaşov, İ.Ziyadxanov kimi görkəmli nümayəndələrimiz xalqımızın haqq və tələblərini açıq şəkildə bildirir­dilər. Çar Rusiyasının zəifləməyə baş­ladığı, “xalqlar həbsxanasında” milli-i­deoloji cərəyanların gücləndiyi XX əsrin əvvəllərində isə həmin tələblər daha qətiyyətli şəkildə səslənməyə başlamış­dı. Cümhuriyyətin yaranmasına aparan yolda şərəfli mübarizə təcrübəsi keçmiş Azərbaycan xalqının əsas hədəfi çağdaş milli ideologiyanı milli ideyalar təməlində möhkəmləndirməkdən və itirilmiş dövlət­çilik ənənələrini bərpa etməkdən ibarət idi. Bu məqsədlə Məhəmməd Əmin Rə­sulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlərin öncüllüyündə Cümhuriyyət ideyalarının insanlar arasında kütləviləşdirilməsi is­tiqamətində ardıcıl tədbirlər həyata keçi­rilirdi. Əli bəy Hüseynzadənin bütünlüklə türk dünyasına tətbiq aktuallığı ilə irəli sürdüyü “türkləşmək, islamlaşmaq və av­ropalaşmaq” fikri Azərbaycan Xalq Cüm­huriyyətinin qurulmasına aparan yolda xalqımızın milli, dini köklərə, mütərəqqi və bəşəri ideyalara sadiqliyinin əyani tə­zahürü idi. 

Bu sırada ən vacib amillərdən biri də istiqlaliyyət uğrunda apardığı mübarizə­də öz xalqını azadlığa və səadətə qovuş­durmaq üçün Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərləri kimi görkəmli şəxsiyyətlərin nümayiş etdirdikləri qətiyyət və sarsılmaz iradə idi. İstiqlaliyyət yolunda, dövrün siyasi, intellektual təbəqəsinin əzmkar fəaliyyəti və on minlərlə soydaşımızın həyatını itirdiyi amansız mücadilə Azər­baycan Xalq Cümhuriyyətinin yaranması ilə tariximizin ən parlaq səhifəsini yazdı.

1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demokratik, dünyəvi respub­likanın yaradılması nə qədər əlamətdar idisə, Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündən sonra baş verən zəncir­vari hadisələr də öz əhatə və təsir da­irəsinə, siyasi-mənəvi yükünə görə bir o qədər vacib əhəmiyyət daşıyırdı. Ol­duqca mürəkkəb siyasi-hərbi şəraitdə istiqlaliyyəti elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk gündən demokratik, hüquqi dövlət quruculuğu, universal insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sistemli təd­birlər həyata keçirməsi çar mütləqiyyə­tindən qurtulmuş digər xalqların da yeni dövlətçilik təcrübəsinin formalaşmasına, modernləşən dünya praktikasına uyğun­laşmasına ciddi təsir göstərdi.

Bəlkə də həmin dövrdə yeni­cə müstəqilliyini bəyan etmiş Xalq Cümhuriyyəti ərazi bü­tövlüyünə təhdidləri, gərgin siyasi vəziy­yəti əsas gətirərək, milli hökumət insan hüquq və azadlıqlarının təmin edilməsi məsələsini ikinci plana keçirə bilərdi. La­kin Azərbaycanın siyasi fikir xadimləri, milli hökumətdə təmsil olunan görkəmli şəxsiyyətləri üçün hüquq və azadlıqlar heç bir halda prioritetliyini azaltmadı. Təsadüfi deyildir ki, vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bü­tün xalqların və hər kəsin milli, dini, irqi və cinsi mənsubiyyətindən asılı olmaya­raq, bərabərhüquqlu inkişafı üçün mün­bit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsin­də birbaşa öz əksini tapmışdı. 18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən, qadınlara səsvermə hüququnun verilmə­si isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilmə­si mümkün olmayan elə bir demokratik dəyər idi ki, bu fakt azadlıq və demokra­tiya beşiyi sayılan Avropa ölkələrində bu gün də heyranlıq və qibtə doğurmaqda­dır. Universal dəyərlərə, insan hüquq və azadlıqlarına təminat yaradan prinsipləri dövlət idarəetməsinin əsas prinsiplə­ri kimi qəbul etməklə Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk gün­lərindən etibarən Şərqin, İslam və Türk dünyasının mütərəqqi dövlət modeli kimi qəbul edilməyə və fəaliyyət göstərməyə başladı.

Beləliklə, bütün regionun siyasi mən­zərəsini dəyişən Azərbaycan Xalq Cüm­huriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq miqyasda dövlətçiliyin əsaslarının möh­kəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun əldə edil­məsi məqsədilə ardıcıl tədbirlər həya­ta keçirilməyə başlandı. Ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanun­verici, icraedici və məhkəmə hakimiyyə­tinə bölünməsi prinsipi əsasında orqanik dövlət idarəetməsinin əsasının qoyulma­sı, milli valyutanın tədavülə buraxılması, kifayət qədər peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradıl­ması qısa müddət ərzində həyata keçiril­miş mühüm tədbirlər idi. 

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuş­muş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkü­lünə yol açdı. İl yarımlıq fəaliyyəti döv­ründə parlament tərəfindən qəbul olunan qanunlar Xalq Cümhuriyyətinin müstəqil­liyinin möhkəmləndirilməsinə, ölkədə siyasi və iqtisadi tərəqqiyə, mədəniyyət, maarif və təhsil sahələrində ciddi irəlilə­yişə səbəb oldu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti qarşısında əsas hə­dəf kimi dayanan siyasi, iqtisadi, mədəni, təhsil, ordu quruculuğu istiqamətində ən qabaqcıl qayda və standartların ölkədə tətbiqini həyata keçirməklə, həm parla­ment, həm də milli hökumət bütün qüv­vələrini səfərbər etmişdi.

Tarix boyu Qafqaz birliyi ide­yasına, regionda konstruktiv əməkdaşlıq mühitinin forma­laşmasına böyük zərbə vuran ermənilər XX əsrin belə həssas dönəmində də öz məkrli planlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirdilər. 114 min kvadratkilometrlik əraziyə sahib olan Xalq Cümhuriyyətinin bütün bölgələrdə öz suverenliyini təmin etməsinə başlıca maneə törədən erməni-daşnak birliklə­rinin dağıdıcı fəaliyyəti ölkədə islahatlar prosesini, quruculuq tempini ləngidir­di. Yenicə yaranmış dövlət bütün siyasi səylərini, maliyyə və hərbi resurslarını daşnak-bolşevik birləşmələrinin təcavü­zünün qarşısının alınmasına yönəltməyə məcbur edilirdi. Yalnız 3 aydan sonra – 1918-ci ilin sentyabrında Nuru paşa­nın rəhbərliyi ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının xaricdən dəstəklənən erməni-daşnak birliklərindən tam təmiz­lənməsindən sonra Xalq Cümhuriyyəti hökuməti ölkə ərazisində əhəmiyyətli dərəcədə sabitliyin bərqərar edilməsinə nail oldu və siyasi-diplomatik fəaliyyət­də, iqtisadi-sosial sahələrdə ciddi uğurlar əldə edilməyə başlandı.

Artıq 1918-ci ilin dekabrında Bakıda yeni hökumətin formalaşdırılmasından dərhal sonra müttəfiq dövlətlərin Ba­kıdakı nümayəndəsi general Tomson Azərbaycan hökumətini tanıması barədə xüsusi bəyanat verdi. Həmin bəyanatda bütün Azərbaycan ərazisində milli hö­kumətin qanuniliyi təsdiqlənir və müttə­fiq hərbi qüvvələr komandanlığının bu hökumətə dəstək göstərəcəyi bildirilirdi. Həmçinin, milli hökumətin nümayəndələri ilə mütəmadi görüşlərdən sonra general Tomson Paris Sülh Konfransında Xalq Cümhuriyyəti nümayəndələrinin iştirakı­na dəstəyini də ifadə etdi. Eyni zamanda, Balkan yarımadasında və Qafqazdakı Böyük Britaniya qoşunlarının baş koman­danı, general Corc Miln də İngiltərənin Azərbaycan hökumətini ölkə ərazisində yeganə qanuni hakimiyyət kimi tanıdığını bəyan etdi.

Milli hökumətin qarşısında daya­nan əsas vəzifələrdən biri dünyanın si­yasi nizamının yenidən quruluş aldığı bir zamanda Paris Sülh Konfransında müttəfiq dövlətlər tərəfindən Azərbay­can Xalq Cümhuriyyətinin tanınmasını, dünyanın aparıcı dövlətləri ilə diploma­tik əlaqələrin yaradılmasını təmin etmək idi. Həmin dövrdə Birinci Dünya mühari­bəsindən qalib çıxmış Antanta İttifaqına daxil olan dövlətlərin birlikdə və hər biri­nin ayrıca olaraq Qafqazda və xüsusilə Azərbaycanda mühüm siyasi-iqtisadi, hərbi məqsəd və maraqları var idi. Xalq Cümhuriyyəti hökumətinin qarşısında isə gərgin siyasi-hərbi şəraitdə, məhdud re­surslarla dövləti və milli maraqların mü­dafiə olunması kimi olduqca çətin vəzifə dayanırdı. 

Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransında iştirak edən nü­mayəndə heyətinin Xalq Cümhuriyyə­tinin dünya birliyi tərəfindən tanınması üçün ardıcıl səyləri qısa müddət ərzində öz bəhrəsini verdi. 1919-cu ilin mayında Azərbaycanın istiqlaliyyəti məsələsi ABŞ Prezidenti Vudro Vilsonun təşəbbüsü ilə ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökuməti rəhbərlərinin təmsil olunduğu Dördlər Şurasının iclasında geniş müza­kirə edildi. 1920-ci ilin yanvarında isə Bö­yük Britaniyanın təşəbbüsü ilə çağırılmış Paris Sülh Konfransı Ali Şurasının sessi­yasında Xalq Cümhuriyyəti də daxil ol­maqla, Cənubi Qafqaz respublikalarının müstəqilliyinin tanınması məsələsi qaldı­rıldı. Həmin ilin 11 yanvar tarixində Paris Sülh Konfransının Ali Şurası tərəfindən qəbul edilmiş qərarda müttəfiq dövlətlər tərəfindən Azərbaycanın de-fakto tanın­ması bəyan edildi.

Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ölkənin ictimai-siyasi həya­tında olduğu kimi, mədəni, ədəbi, təhsil sahəsində də ciddi canlanmaya səbəb oldu. 1918-ci ilin avqustunda “Xalq ma­arifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələ­rində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universi­tetinin nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşə­kar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.

Xalq Cümhuriyyəti dönəmində Məhəmməd Hadi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəy­li, Əbdürrəhim bəy Haqverdiyev, Abdul­la Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Almaz Yıldırım, Əzim Əzimzadə kimi görkəmli yaradıcı şəxsiyyətlərin nümunə­sində müstəqil Azərbaycanda mədəniy­yət, ədəbiyyat və incəsənət öz intibah dövrünü yaşadı. Eyni zamanda, ana di­lində qəzet və jurnalların nəşri xalqımızın mədəni inkişafında və maariflənməsində mühüm rol oynadı. Bu dövrdə nəşr edilən “Azərbaycan”, “İstiqlal”, “Açıq söz” kimi qəzet və dərgilər ölkə əhalisinə mühüm informasiyaların çatdırılmasında əsas vasitələr kimi çıxış edirdi. Azərbaycanda milli iqtisadiyyatın, milli sahibkarlığın, milli burjuaziyanın dayaqları yaradılırdı. Birin­ci Dünya müharibəsindən sonra dövlət­lərarası münasibətlərdə gərginlikliklərin yaşandığı bir zamanda Azərbaycan ən müxtəlif vasitələrlə beynəlxalq miqyasda əməkdaşlığa can atırdı. Siyasət, diplo­matiya, hərb, iqtisadiyyat, təsərrüfat, elm, təhsil və mədəniyyət sahələrinin hər biri ölkənin daxili həyatında və digər dövlət­lərlə təmaslarında yeni fəaliyyət mexa­nizmlərini hərəkətə gətirirdi. 

Belə bir ağır siyasi durumda ermə­ni birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və ölkədə sabit­liyin pozulmasına yönələn cəhdlər Xalq Cümhuriyyətinin bolşevik təcavüzünə qarşı müqavimətini zəiflədirdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələrinin Moskvaya ərazi güzəştləri müqabilində Xalq Cümhuriyyəti hökumətini devirməyi təklif etməsi əsl erməni xislətini, xəyanət­karlığını göstərən tarixi faktlardan biridir.

Cümhuriyyət qurucularının əksəriyyəti – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski, Xudadat bəy Rəfibəyli, Behbud xan Cavanşir, İsmayıl xan Ziyadxanov, Aslan bəy Səfikürdski, Səməd bəy Mehmandarov, Rüstəm xan Xoyski və başqaları yüksək təhsil almış ziyalılar, siyasətçilər idilər. Onlar yaxşı başa düşürdülər ki, yaranmış yeni tarixi-siyasi şəraitdə Azərbaycan öz böyük dövlətçilik ənənələri üzərində müstəqil demokratik respublikanı ərsəyə gətirməsə, bu imkan birdəfəlik əldən çıxacaq. Cümhuriyyətin süqutundan sonra həyatını itirmiş, əksəriyyəti isə 1920-ci ildə bolşeviklər və ermənilər tərəfindən öldürülmüş bu insanlar, əslində, böyük millət qəhrəmanlarıdır. Onlar həm də milli dövlətçilik ənənələrini dünyanın yalnız bir neçə mütərəqqi Avropa dövlətlərində və Amerika Birləşmiş Ştatlarında yenicə təşəkkül tapmağa başlayan demokratizm və respublikaçılıq təcrübəsi ilə birləşdirərək, çoxmillətli və çoxpartiyalı parlament quruculuğunda, ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququnun qanunla təsbit ediliməsi məsələsində daha irəli gedərək, xalqımızın tarixi-mədəni və ictimai-siyasi dünyagörüşünün seçkin dəyərləri üzərində Qafqazın ən böyük dövlətini yaratmışdılar. Məhz cümhuriyyətçilərin fədakarlığı sayəsində Azərbaycan bu gün də Qafqazın ən böyük dövləti olaraq yaşamaqdadır. Əgər cümhuriyyətçilər 1918-1920-ci illərdə müstəqilliyin təməlini qoymasaydılar, Azərbaycan və digər Qafqaz ölkələri XX əsrin sonlarında Sovet İttifaqından suveren respublika kimi ayrıla bilməyəcəkdilər. Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikasını cəmi 70 il ayırır. Lakin bu 70 ildə də bizi ayıran yox, birləşdirən dəyərlər xalqımızın ruhunda varislik xətti ilə yaşayıb.

1920-ci ildə Azərbaycan Xalq Cüm­huriyyətinin süqutu xalqımızın dünyə­vi-universal dəyərlərə bağlılığını, istiqlal əzmini sarsıtmadı, əksinə, öz mübarizə­sini yeni siyasi şəraitdə daha uyğun plat­formalarda aparmağa ruhlandırdı. Xü­susilə Azərbaycanının siyasi mühacirət nümayəndələri Cümhuriyyət ideyalarının yaşadılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yorulmaz səylərini davam etdirdilər.

1991-ci ildə milli müstəqilli­yimizin bərpa edilmə­sindən sonra milli dövlətçilik tariximizin qürur mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti irsinin dərindən araşdı­rılması istiqamətində mühüm addımlar atılmış, AXC dövründə hökumətdə təmsil olunmuş nümayəndələrin və digər milli aydınların həyat və fəaliyyətinə dair yüz­lərlə araşdırma işləri işıq üzü görmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin ya­ranmasını xalqımızın istiqlaliyyət arzusu ilə əlaqələndirən Heydər Əliyev deyirdi: “Müsəlman Şərqində ilk demokratik cüm­huriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azad­lıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğuları­nı gücləndirmiş, milli dirçəliş, milli oya­nış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi Azərbaycan Respubli­kasında cümhuriyyətçilik dəyərlərinin və ideyalarının yaşadılması istiqamətində dövlət səviyyəsində tədbirlər müntəzəm şəkildə həyata keçirilməkdədir. Hələ 1998-ci ildə ümummilli lider Heydər Əli­yev tərəfindən imzalanmış sərəncama uyğun olaraq, Azərbaycan Xalq Cümhu­riyyətinin 80 illik yubileyi bütün respublika ərazisində silsilə tədbirlərlə qeyd edilmiş, Cümhuriyyət irsinin təbliğatı istiqamə­tində maarifləndirici tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2003-cü il tarixli sərəncamına uyğun olaraq, Bakı şəhə­rində Azərbaycan Xalq Cümhuriyyətinə abidənin ucaldılması Cümhuriyyət dəyər­lərinin əbədiləşdirilməsi istiqamətində atılmış vacib addım olmuşdur. 2008-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncamın im­zalanması milli dövlətçilik tariximizin par­laq nümunəsi olan Xalq Cümhuriyyətinin irsinə və dəyərlərinə yüksək ehtiramın daha bir bariz göstəricisi idi. 

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və AXC-nin 100-cü ildönümünün dünya­nın demək olar ki, bütün ölkələrində qeyd edilməsi tariximizin qürurverici səhifəsini, həmin dövrün istiqlal və azadlıq müca­hidlərinin həyat və fəaliyyətini bir daha xatırlamaq, öyrənmək və təbliğ etmək üçün gözəl imkan yaratmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti za­man baxımından az müddətdə mövcud olsa da, mahiyyət etibarilə Azərbaycan xalqının dövlətçilik təfəkküründə dərin iz­lər buraxdı. Xalqımız Cümhuriyyət dönə­mində daha da zənginləşmiş mili-mənəvi dəyərləri qoruyub saxladı, hətta Sovet hakimiyyəti illərində də özünün dövlət­çilik atributlarına dərin ehtiramını ürə­yində yaşatdı. Cümhuriyyət dönəmində möhkəmlənib inkişaf etdirilmiş dövlətçilik şüuru, milli-mənəvi dəyərlər, milli özünü­dərkin yetişməsi Sovet İttifaqının süqu­tundan sonra Azərbaycanın müstəqil­liyinə yenidən qovuşmasında həlledici amil oldu. Azərbaycan Xalq Cümhuriyyəti qarşısına qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun xalqı­mızın şüurunda bərqərar etdiyi istiqlaliy­yət məfkurəsi demokratik, hüquqi dövlət prinsiplərinə əsaslanan müstəqil Azər­baycanın yenidən qurulmasında əvəzsiz rol oynadı. 

Bu gün siyasi sabitliyin, dayanıqlı in­kişafın ünvanı olan Azərbaycan Respub­likası – varisliyinin şərəfini bayrağından ideallarınadək qürurla daşıdığı Azərbay­can Xalq Cümhuriyyəti dövründə ger­çəkləşdirilməsi mümkün olmayan ideya və məqsədləri əzmkarlıqla həyata keçir­məkdədir. Azərbaycan Xalq Cümhuriyyə­tinin yaranması və mövcudluğu uğrunda mübarizə aparmış şəxsiyyətlərin ruhuna ən böyük ehtiram da məhz demokratik, hüquqi dövlət quruluşunun əsaslarını möhkəmləndirməkdən, insan inkişafına əsaslanan rifah dövləti yaratmaq uğrun­da ardıcıl fəaliyyəti davam etdirməkdən ibarətdir.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031