Qazaxın azad olunan kəndlərindən GÖRÜNTÜLƏR...
Media nümayəndələri Qazaxın işğaldan azad olunmuş Qızılhacılı kəndindən sonra Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərində olublar.
Trend-in Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, mediatur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə baş tutub. Media nümayəndələri sərhədçilərin xidməti ilə yerində tanış olublar.
Burada erməniləri törədikləri vandalizmini yaxın görüblər. Jurnalistlər kənddə dağıdılmış evlərlə tanış olublar.