KÖHNƏ VERSİYA            

Vüqar Rəhimzadə: Bütövləşən müasir müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir

Image

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin  yaradılmasının 106-cı ildönümü tamam olur. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-ci il mayın 28-də istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdilər.  Bununla da Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmış oldu. Müstəqil, azad, demokratik respublika qurmağı qarşıya məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik  dövçlətçilik ənənələrinə malik olan xalqımızın köləlik zəncirini qırıb atmağa,  öz müqəddaratını təyin etməyə qadir olduğunu özünün əməli fəalihyyəti  ilə sübuta yetirdi.  Cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti sonrakı tarixi mərhələlərdə müsəlman Şərqində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, demokratiya ənənələrinin formalaşmasına böyük təsir göstərdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yenicə fəaliyyətə başlayan çoxpartiyalı sistem əsasında formalaşmış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyimizin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində müstəsna  rol oynadı. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.

Cəmi 23 ay ömür  sürən Azərbaycan Xalq Cümhuriyyəti qısamüddətli fəaliyyətindən sonra məlum səbəblərdən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra - 1991-ci ildə  bərpa edə bildi. Müstəqilliyimizin bərpasının ilk günlərində Azərbaycan dövləti özünü Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etməsinə baxmayaraq,  əsl müstəqilliyimiz  Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə bu mühüm məqamı xüsusi  qeyd edib ki, hələ müstəqilliyimizin bərpasından xeyli əvvəl - 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin   təşəbbüsü və rəhbərliyi ilə  Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sessiyasında Azərbaycan  Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirildi,  Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini  bərpa etməsindən sonrakı ilk illərdə yaşanan faciələri, müstəqilliyimiz üçün yaranan real təhlükələri xatırladaraq  bildirib ki, həmin illərdə respublikaya rəhbərlik edənlərin idarəçilik təcrübəsinin yoxluğu, ən əsası dövlət maraqlarını öz şəxsi ambisiyalarına qurban vermələri ölkəni ağır vəziyyətə salmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq, siyasi və iqtisadi böhran  hökm sürürdü. Başqa sözlə, Azərbaycanın parçalanması, vətəndaş qarşıdurmasının yaşanması həmin dövrün reallıqları idi. Yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı belə bir son dərəcə  çətin vəziyyətdə özünün əzəli xilaskarına- Ulu Öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir dövrün başlanğıcı oldu. Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən  Ümummilli Lider dövlətin sükanı arxasına keçdiyi ilk gündən onu qorumağın hər kəsin vətəndaşlıq borcu olduğunu bəyan etdi. İlk olaraq bu çağırışı etdi ki, suverenliyimizi daimi etmək, müstəqilliyimizi qorumaq üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları vahid amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, ürəyində kök salmış sonsuz Vətən, xalq sevgisi Azərbaycanı  ağır vəziyyətdən xilas etdi. Dahi rəhbər yeni Azərbaycan qurdu. O Azərbaycan ki, bu gün möhtəşəm qalibiyyəti, tarixi zəfərləri ilə dünyanın diqqətindədir. O Azərbaycan ki, bu gün üçrəngli Dövlər  Bayrağı azad Qarabağ və Şərqi Zəngəzurda əzəmətlə dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi,  biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!   

Vüqar Rəhimzadə vurğulayıb  ki, Ümummilli Lider xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanın dövlət müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl sonrakı dövrdə Azərbaycanın davamlı uğurlarını şərtləndirdi. 2003-cü ildən başlayaraq Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı yeni zirvələrə yüksəltdi. Ötən 20 ildən artıq müddətdə dünyaya təkmil inkişaf modelini təqdim edən Azərbaycanın sözünün imzası qədər dəyəri artdı. Hər sahədə inkişaf, tərəqqi geniş vüsət almağa başladı. Hər bir ölkənin inkişafında vacib amil olan iqtisadi inkişafın təmin edilməsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrildi. Ümummilli Lider Heydər Əliyevin  böyük uzaqgörənliklə atdığı addımların uğurlu nəticələrini bugünkü Azərbaycanın reallıqlarında görürük. Bu gün artıq əminliklə söyləyə bilirik ki, dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyası Azərbaycana möhtəşəm  uğurlar qazandırıb və bu proses uğurla davam etməkdədir.  Həm də onu əminliklə vurğulaya bilirik ki, təbii resurslarımızdan səmərəli istifadə Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal enerji layihələrinin icrasında özünün aydın ifadəsini tapır. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqətindədir.  “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il sonra, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycana diqqət və marağın, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisi oldu. Fərəhli haldır ki, əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması ilə çoxtərəfli çərçivədə uğurla davam etdirildi.  2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam tərkibdə icrasının başa çatması ilə Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində yeni mərhələ başladı. Həmçinin Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu bu gün neft gəlirlərinin idarə edilməsində şəffaflığı qorumaqla ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqyisadi layihələrin uğurlu icrasını təmin edir. Azərbaycanın iqtisadi imkanlarının artması siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.

YAP Xətai rayon təşkilatının sədri uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdən böyük qürur hissi ilə bəhs edib. Vurğulayıb ki, 1993-cü ildən başlanan yol Azərbaycanı 30 il işğal altında qalan torpaqlarına qovuşdurdu, tarixi ədalət bərpa edildi. Müstəqilliymizin, suverenliyimizin qarantı olan ordumuzun gücü, qüdrəti, tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdə öz sözünü dedi. Çoxəsrlik tarixinin ən qürurverici  dövrünü yaşayan Azərbaycanın tarixi Zəfəri  son üç ildə bu şanlı Qələbənin davamı ilə müşayiət olunur. 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başladı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Son üç ildən artıq dövr  azad olunmuş ərazilərimizin bərpası, yenidən qurulması, soydaşlarımızın  Böyük Qayıdış ilə diqqətdədir. Bayramlarımızı, tarixi günlərimizi  bu gün bütün ölkə ərazisində qeyd etməyimiz hər birimizi qürurlandırır. Bu xoşbəxt günləri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin digər bayramlarımız kimi, Müstəqillik Gününü də işğaldan azad edilmiş ərazilərimizdə qeyd etməsi xalqımızın bayram sevincini ikiqat artırır.  Bu gün Ağdam rayonuna səfər edən Prezident İlham Əliyev bir neçə kəndin təməlini qoyub. Ötən il isə dövlətimizin başçısı Laçın və Kəlbəcər rayonlarında oldu, Laçın şəhərinə qayıdan əhali ilə görüşdü və onlara evlərin açarlarını təqdim etdi. Laçınlılarla görüşündə Prezident İlham Əliyev bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün Laçın şəhərinin yeni siması müstəqil dövlətimizin nə qədər güclü olmasını bir daha göstərir.

Son bir ildə həm işğaldan azad edilmiş ərazilərimizin bərpası işində, həm də soydaşlarımızın qayıdış ünvanlarının sayında böyük yeniliklər var. Bütün bunlar uğurlu və düşünülmüş siyasətin nəticəsidir. Azərbaycan xalqı bu il  28 May - Müstəqillik Gününü ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda bayram edir. Bu il 28 May-Müstəqillik Günü ərəfəsində Qazaxın 35  ilə yaxın düşmən tapdağı altında olan 4 kəndinin bir güllə atılmadan Azərbaycana qaytarılması  Cənubi  Qafqazda yeni reallıqlar yaradan qüdrətli Azərbaycan dövlətinin, onun qətiyyətli Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin  daha bir möhtəşəm Zəfəridir. Bütövləşən müasir müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir.








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031