KÖHNƏ VERSİYA            

Azərbaycan dünyanı inandırdı - Fransa Kaledoniyada qəddar müstəmləkəçilik siyasəti aparır...

Image

Fransanın Sakit okeanda yerləşən Yeni Kaledoniyadakı müstəmləkəçilik siyasətini ən qəddar üsullarla davam etdirməsi artıq beynəlxalq miqyasda da xüsusi diqqət cəlb etməkdədir. Şübhəsiz ki, dünyanın diqqətinin bu məsələyə yönəldilməsində Bakı Təşəbbüs Qrupu mühüm rol oynayıb və oynamaqdadır. 

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir. Fransanın Yeni Kaledoniyadakı son zorakılıqlarının da dünyanın diqqət mərkəzinə gəlməsində Bakı Təşəbbüs Qrupu mühüm rol oynayıb. Xatırladaq ki, Paris Yeni Kaledoniyanın aborigen sakinləri olan kanakların sayını nəzarətdə saxlamaq və onların ada dövlətində mütləq çoxluq olmasını önləmək üçün konstitusiya dəyişikliyinə gedir. Dəyişikliyə əsasən, Yeni Kaledoniyada 10 ildən artıq yaşayan hər kəsə yerli seçkilərdə səsvermə hüququ verilir. Bu isə 1998-ci ildə Fransa hakimiyyəti və Yeni Kaledoniyanın yerli hökuməti arasında imzalanmış razılaşmanın pozulması deməkdir. Çünki həmin razılaşmaya əsasən, səsvermə siyahısına həmin razılaşma qüvvəyə minən ana qədər arxipelaqda yaşayan sakinlər və onların övladları daxil edilmişdi. Dəyişiklik adaya son illərdə Fransadan köçən və Yeni Kaledoniya sakinlərinin 20%-ni təşkil edən yeni sakinlərə də səsvermə hüquq vermiş olur. Rəsmi Paris bu addımı atmaqla adada hər il daha da azalan fransız əhalinin sayını artırmağa, onlardan “beşinci kolon” kimi istifadə etməyə və aborigen kanakların müstəqillik istəyini sıfırlamağa çalışır. Təbii ki, bu da Yeni Kaledoniyanın aborigen əhalisinin etirazlarına səbəb olur. Bu etirazları isə Fransa güc yolu ilə, digər təzyiqlər vasitəsilə yatırmağa çalışır. Elə Azərbaycan da bu haqsızlığıa etiraz edir. Baş verənləri artıq dünya mediası da xüsusi diqqət edir. Məsələn, Böyük Britaniyanın “Daily Express” nəşrinin yaydığı məlumatda deyilir ki, Fransa prezidenti Emmanuel Makron özünün demokratiya carçısı olduğunu israrla iddia edir. Gürcüstan xalqı küçələrə axışarkən, Makron bunu alqışlamışdı. Ancaq eyni zamanda o, Yeni Kaledoniya kimi kiçik bir ölkədə yerli əhalinin öz hüquqları və müstəqillik uğrunda nümayişlərini hərbi güc tətbiqi ilə dayandırmaq üçün mindən çox hərbçi göndərib. Xəbərdə Makronun guya Yeni Kaledoniyadakı gərginliyin səbəbi kimi Azərbaycanı ittiham etməsi “qəribə” adlandırılıb. Bildirilib ki, Parisin anti-Azərbaycan mövqeyinin 17 000 km uzaqlıqdakı müstəqillik mübarizəsi ilə heç bir əlaqəsi yoxdur, daha çox Fransanın daxili siyasəti ilə bağlıdır. 

Nəşrdə Fransanın müstəmləkəçiliyinin acınacaqlı və qanlı tarixindən də bəhs edilib. Həmçinin Makronun müstəmləkəçilik üçün addım atmaq və qərarlar qəbul etmək ehtiyacı patriarxal imperializm adlandırılıb. Böyük Britaniyanın “The Sunday Times” qəzeti də Fransanın amansız müstəmləkəçilik tarixinin ölkənin Yeni Kaledoniya siyasətinə təsirinə diqqət çəkərək bunun Emmanuel Makronun prezidentliyi dövründə ən ciddi böhrana çevrildiyindən bildirib: “1931-ci ildə Fransa öz imperiyasının müxtəlif guşələrini nümayiş etdirmək üçün bir sərgi təşkil edib. Orada Sakit okeandakı Yeni Kaledoniyadan olan 100 kanak sərgilənib. Onların paltarını çıxarıblar və Parisdə Bulon meşəsindəki zooparkda təhlükəli adamyeyənlər kimi nümayiş etdiriliblər, orada onlar çiy ət yeməyə və “vəhşisayaq” rəqslər etməyə məcbur ediliblər... Fransanın qəddar müstəmləkəçilik tarixi onun bugünkü siyasətinə güclü təsir göstərir...Bu durumda yeddi nəfərin ölümünə səbəb olan Yeni Kaledoniyadakı iğtişaşlar Makronun prezidentliyinin ən pis böhranlarından birinə çevrilib... Fransa yadları 140 adalıq ərazidə yerləşən 270 000 nəfəri qızışdırmaq üçün köhnə müstəmləkə küskünlüyü kartları ilə oynamaqda ittiham edib: sosial şəbəkədə “EndFrenchColonialism” həştəqi ilə yazılan postlar Fransanın Ermənistana dəstəyindən narazı olan Rusiyanın müttəfiqi Azərbaycana aid edilib”. Yazıda Makronun adaya əziyyətli səfərindən də söz açılıb: “Makron Fransadan 17 000 km məsafədə yerləşən Cənubi Sakit okean arxipelaqına 24 saatlıq uçuş edib və beləliklə, Fransadan mümkün ola biləcək ən uzaq məsafəyə getmiş olub. O, barrikadalardan yayınmaq üçün hava limanından birbaşa Numeadakı polis qərargahına helikopterlə uçmalı olub”.  Nəşr fransalı diplomatik mənbəyə istinad edərək sözügedən dənizaşırı ərazinin Paris üçün xüsusi önəm daşıdığına diqqət çəkib: “O qeyd edib ki, Yeni Kaledoniyada hibrid avtomobillərdə akkumulyatorların, həmçinin sikkələrin, zirehlərin və turbin qanadlarının hazırlanmasında istifadə olunan nikelin dünya ehtiyatlarının dörddə biri var”. Bildirilib ki, Fransa lideri məmləkətinə qayıtmazdan öncə Parisə loyal və müstəqil tərəfdarları ilə görüşdə sonradan adaya gələn fransalılara səsvermə hüququ qazandıran islahatın ertələnməsinə razılaşıb. Qeyd olunub ki, məhz bu dəyişikliyin gündəmə gəlməsi Yeni Kaledoniyada çaxnaşmaya yol açmışdı. Nigeriyanın “Blueprint” nəşri isə yazır ki, imperiyalar dövrü bitib və artıq fransız qanunvericilərinin davamlı olaraq başqalarında günah atmaqdansa, yerli əhalini dinləməsinin vaxtı çatıb. Fransanın öz vətəndaşları belə, bu açıq-aşkar yeni müstəmləkəçiliyə görə utanır və Parisdəki etiraz aksiyalarında kanak müstəqillik bayrağı dalğalanır. Lakin, bu reallıqlara daha çox diqqət yetirmək və Fransanın yayındırıcı taktikasına aldanmamaq lazımdır: “Hər şeyi xarici müdaxilənin üstünə atmaq kanak xalqının iradəsini inkar edir ki, bu da müasir Fransada müstəmləkə təfəkkürünün davam etməsinin başqa bir nümunəsidir. Yeni Kaledoniyadakı əsl xarici müdaxilə, neokolonial parislilər tərəfindən qaydaların kinli manipulyasiyasıdır”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031