Yeniyetmə taekvondoçularımız Multi Avropa Oyunlarında 6 medal qazanıb
24-26 may tarixlərində Ankarada taekvondo üzrə Multi Avropa Oyunları keçirilir. Yarışın ilk günündə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının 6 idmançısı fəxri kürsüyə yüksəlib. Bu barədə baki-xeber.com-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.
Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Məryəm Cəfərova (41 kq) ikinci yeri tutub. Gülay Əliyeva (44 kq), Əli Həsənzadə (33 kq), Hüseyn Abbaslı (37 kq) və Hüseyn Məmmədov (+65 kq) isə bürünc medala layiq görülüblər.
İradə SARIYEVA