KÖHNƏ VERSİYA            

Çoxsaylı xarici diplomatlar Laçın İqlim Fəaliyyəti Dialoqunda...

Image

Həkəri çayına forel balıqlar buraxıldı...

Mayın 24-də Laçın şəhərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin - səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə Laçın İqlim Fəaliyyəti Dialoqu keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, ölkəmizdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində COP29-la əlaqədar təqdimat mərasimi olub.

Təqdimatda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Cənubi Qafqaz bölgəsində yeni reallıqların yarandığını vurğulayıb. Hazırda laçınlı keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqlarını, Laçının və Azərbaycanın işğaldan azad olunmuş digər ərazilərinin dirçəldiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Təbiət bu füsunkar diyarı öz rəngləri ilə mükafatlandırıb, hər künc-bucaq yaşıllıqlarla, çiçəklərlə bəzədilib. Bu gün biz Azərbaycanın COP29 gündəliyinin başqa bir unikallığı olan sülh quruculuğu prosesində də baş verən iqlim fəaliyyətindən danışacağıq. Bu, Ermənistan və Azərbaycan arasında sülh quruculuğu prosesi nəticəsində yaranıb. Laçın şəhərinə aparan yol Ermənistan sərhədinə çox yaxındır. Həkəri çayının qarşı tərəfində ermənilərə məxsus dirək və bayraqları görürük. Azərbaycan Ermənistanla mülki sərhəd, normal sərhəd qurmaq niyyətindədir”.

Azərbaycanın qarşıya qoyduğu məqsədlərə nail olmağı hədəflədiyini və bunun üçün bütün səyləri gücləndirmək niyyətində olduğunu deyən Hikmət Hacıyev bildirib ki, yaşıl enerjinin müsbət cəhəti hər yerdə istehsal oluna bilməsi ilə bağlıdır. Lakin bunun üçün yatırımlara, innovasiyalara ehtiyac var. Buna isə yalnız tərəfdaşlıq və əməkdaşlıq sayəsində nail olmaq olar. Biz bu məqsədə bir-birimizi dəstəkləyərək nail ola bilərik. Əgər biz COP29-un ev sahibi kimi uğurlar qazansaq, bu, bütün dünya üçün faydalı olar.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, Ermənistanın işğalı nəticəsində bu regionda bütün infrastruktur tamamilə dağıdılıb. Laçının bir çox yerində isə tank və piyada əleyhinə minalar basdırılıb. Bu minalar mülki vətəndaşların ölümünə səbəb olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçında və ətraf ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir.

Laçının Azərbaycanın ən gözəl şəhərlərindən biri olduğunu vurğulayan M.Məmmədov deyib: “2023-cü ilin sentyabrından bəri Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz Laçının Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə qürur duyuruq”.

Laçınlı keçmiş məcburi köçkünlərin artıq doğma evlərinə geri qayıtdıqlarını qeyd edən xüsusi nümayəndə deyib: “Bir il əvvəl keçmiş məcburi köçkünlərin ilk hissəsi Laçına qayıtdı və burada Prezident İlham Əliyev yeni evlərin açarlarını onlara təqdim etdi. Bu gün 730 ailə - 2766 nəfər Laçın rayonuna qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük”.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev COP29-a hazırlıq prosesində əməkdaşlığın önəmini vurğulayaraq bildirib: “Biz sizi COP29 ilə bağlı bütün hazırlıqlarda məhsuldar olmağa və bu tədbirin gündəliyini fəal şəkildə hazırlamaq üçün dəvət edirik. Düşünürəm ki, müzakirə olunacaq məsələlər çoxdur”.

Bu mötəbər tədbirə hazırlıq işlərindən danışan Muxtar Babayev deyib: “Bizim komandamız artıq bir neçə aydır ki, COP29 üçün hazırlıqlar görür. Bugünkü tədbir isə sizin təkliflərinizi dinləmək üçün bir fürsətdir. Ümidvarıq, bütün ölkələr COP29 ilə bağlı anlayış və həmrəylik göstərəcəklər. Onlar öz səylərini birləşdirərək bir-birinə daha yaxın olacaq, bu da məsələləri həll etməyimizə kömək edəcək”.

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, ötən il Dubayda keçirilən COP28 tədbiri bütün ölkələr üçün əlverişli olub. İndi isə Azərbaycan həmin səyləri artıq konkret fəaliyyətə çevirməyə başlayıb. Azərbaycanın əsas məqsədi COP hədəflərinə nail olmaq üçün hərəkətə keçmək və daha da irəliləməkdir.

Nazir müavini bildirib: “Bizim Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə mühüm danışıqlarımız olub və bu sahədə bir çox irəliləyiş əldə etmişik. İtaliyanın G7 prezidentliyi də bizi danışıqlar aparmaq üçün dəvət edib. Konkret fəaliyyət olmadan hədəflər dəyişə bilməz”.

Energetika nazirinin müavini, “COP29 Azərbaycan” üzrə baş icraçı direktor Elnur Soltanov vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyətin dəstəyi olmadan həyata keçirilə bilməzdi. “Azərbaycanın bu məsuliyyəti öz üzərinə götürməsi təqdirəlayiqdir. Bizə dəstəyinə, fikir mübadiləsinə, o cümlədən mütəxəssislərin göndərilməsinə görə beynəlxalq təşkilatlara təşəkkür edirik”, - deyə E.Soltanov vurğulayıb.

Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan Prezidenti tərəfindən yaşıl enerji zonaları elan olunduğunu vurğulayan nazir müavini qeyd edib ki, buradakı bütün infrastruktur yaşıl enerjiyə keçid üçün uyğunlaşdırılaraq tikilir.

COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Azərbaycanın bu mötəbər tədbirə qısa müddətdə hazırlıq görməsi üçün zəngin təcrübəsinin və imkanlarının olduğunu deyib: “Azərbaycanın COP29-a hazırlığı üçün cəmi bir neçə ay vaxtı var. Adətən ölkələrin bu prosesə ev sahibliyi etməsi üçün daha çox zamanı olur”. O, COP29 inklüzivlik və bərabərlik platforması olacağına əminliyini ifadə edib.

COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova iqlim hərəkatının kollektiv hərəkata keçidlə başladığını qeyd edərək bildirib ki, hər kəs bunu öyrənməyə, tətbiq etməyə evdən başlamalıdır. Bu məsələlərdə geniş maarifləndirmə işinin aparılmasının önəmini vurğulayan L.Həsənova bu istiqamətdə müvafiq işlərə başlanıldığını, gənclərin məlumatlandırıldığını qeyd edib.

Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar və işgüzar tədbirlər departamentinin direktoru Sevda Əliyeva çıxışında COP29 ilə əlaqədar ölkəmizə gələcək qonaqların yerləşdirilməsi imkanlarından danışıb. “Biz qonaqların qalacaqları məkanların təşkili üzərində fasiləsiz çalışırıq. Burada 100-dən çox bina var. Qonaqlama prosesini yüksək səviyyədə təmin etmək çox vacibdir. “Çox şadıq ki, dünən bu barədə platforma istifadəyə verildi. COP29-un qonaqlama platforması var. Ölkədəki bütün otellər bu platformada qeydə alınmaq üçün xüsusi yoxlamadan keçib”, - deyə S.Əliyeva vurğulayıb.

Tədbirdən sonra diplomatik korpusun nümayəndələri Zerti Aqro-Sənaye Parkında olublar.

Diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verildi.

Bildirilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Bu mənada Aqro-Sənaye Parkında fəaliyyət göstərən hər bir müəssisə həm də tədris-təlim mərkəzi sayıla bilər.

Diplomatik korpusun nümayəndələri sonra “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur.

Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər.

Sonra 28 May – Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.

Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031