KÖHNƏ VERSİYA            

Avropadan dönən liderlərin həyatı təhlükəli olmağa başlayır...

Image

Bəzi Qərb ölkələrinin digər dövlətlərin daxili işlərinə müdaxilə cəhdi getdikcə daha təhlükəli xarakter alır. Hətta bəzi dövlətlər bu fonda terror və sui-qəsdlə də hədələnir. Hər halda, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin dedikləri bunun əyani təsdiqidir. 

O, Avropa İttifaqının təhdid və hədələrinə məruz qalıb. Buna səbəb gürcü hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulunda israrlı olmasıdır. 

Son günlərə qədər Qərb ən müxtəlif formada bu qanunun qəbuluna əngəl olmağa çalışıb. Lakin nəticə hasil olmadığından artıq şantaja və hədələrə al atılır. Bununla bağlı İrakli Kobaxidze qeyd edir ki, “Xarici agentlər haqqında” qanunla bağlı müzakirələr zamanı Avropa komissarlarından biri onu Slovakiyanın baş naziri Robert Fitsonun həyatına son sui-qəsd nümunəsi ilə qorxudub: “Hətta Qərbdən uzun müddətdir davam edən şantaj fonunda Avropa komissarlarından biri ilə telefon danışığında mənə qarşı hədə heyrətləndirici idi. Avropa komissarı mənimlə söhbətində bu qanuna veto aradan qaldırılarsa, Qərb tərəfdaşlarının görə biləcəyi bir sıra tədbirləri sadalayıb və daha sonra qeyd edib: “Fitso ilə hansı hadisənin baş verdiyini gördünüz, çox diqqətli olmalısınız”. Kobaxidze deyib ki, Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd cəhdi ilə bağlı ölkələrdən birinin xüsusi xidmət orqanlarının izi aşkarlanıb və bu dövlət qlobal müharibə tərəfdarları ilə xüsusilə sıx bağlıdır. Xatırladaq ki, Fitsoya bir həftə bundan əvvəl silahlı sui-qəsd edilib və ona beş dəfə atəş açılıb. Öz növbəsində Gürcüstan müxalifəti “Gürcü arzusu” hökumətini Moskvaya işləməkdə ittiham edir. Avropa Komissiyasının təmsilçisi Kobaxidzenin iddiasına cavab olaraq “Politico” portalına bunun “həqiqət olmadığını”, rəsmi cavabın tezliklə veriləcəyini bildirib. Sözçü bunu da deyib ki, Kobaxidze iddiasını əsaslandırmaq üçün heç bir sübut təqdim etməyib. Gürcüstanın ən böyük müxalifət partiyası – Birləşmiş Milli Hərəkatın lideri Tina Bokuçava baş naziri “addımbaşı şübhəli qəsd nəzəriyyələri səsləndirməkdə” ittiham edib: “Son həftələrdə Gürcüstanda keçirilən etirazlar göstərdi ki, gürcü cəmiyyəti öz gələcəyini Avropada görür. Bu uydurma iddialar çətin ki, nəyisə dəyişsin”.

Qeyd edək ki, Avropa İttifaqının bir neçə ölkəsi – Estoniya, Çexiya, Niderland və İsveç Gürcüstan iqtidarı “Xarici agentlər haqqında” qanunu qəbul edəcəyi təqdirdə Tiflisə sanksiyalar qoyulmasına çağırıb. Avropadakı diplomatik mənbələr bildirir ki, söhbət həm də Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş rejiminin dayandırılmasından gedir. Gürcüstanda qalmaqallı qanun layihəsinə qarşı etirazlar artıq bir aydan çoxdur davam edir. Müxalifət və vətəndaş cəmiyyəti fəalları bildirirlər ki, sözügedən qanun Rusiyanın “xarici agent” qanununun analoqudur. Qanun layihəsini parlamentə təqdim etmiş hakim “Gürcü arzusu” partiyası isə israr edir ki, bu qanun ifadə azadlığı da daxil azadlıqlara qarşı nəzərdə tutulmayıb və onun qəbulundan məqsəd sadəcə olaraq, xarici maliyyələşdirmənin şəffaflığının təmin olunmasıdır. İqtidar qanunun qəbul edilməsində israrlı görünür. Qanun üçüncü və sonuncu oxunuşda qəbul edilsə də, Gürcüstan prezidenti Salome Zurabişvili ona veto qoyub. Lakin “Gürcü arzusu” partiyası parlamentdə mütləq çoxluğa malikdir və prezidentin vetosu asanlıqla ləğv oluna bilər. Bunun üçün səsvermənin artıq gələn həftə keçiriləcəyi gözlənilir. Avropa İttifaqı liderlərinin bu məsələyə gələn həftə baxacaqları istisna olunmur. Gürcüstana qarşı mümkün sanksiyalar məsələsi təkcə Aİ-də müzakirə olunmur. Bundan əvvəl bir sıra ABŞ siyasətçiləri bir neçə dəfə Gürcüstan hökumətinə xəbərdarlıq ediblər. Onlar deyiblər ki, Gürcüstana qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər, o cümlədən maliyyə aktivlərinin dondurulması, sözügedən qanunla bağlı olan məmurlara və onların ailə üzvlərinə viza qadağanının qoyulması kimi məhdudiyyətlər tətbiq oluna bilər. “Politico” nəşri də yazır ki, amerikalı senatorlar xarici agentlər haqqında qanuna görə Gürcüstan rəhbərliyinə qarşı sanksiyaların tətbiqi, eləcə də demokratiyanın dəstəklənməsi və “zərərli kənar müdaxilələrə” qarşı mübarizə məqsədilə Gürcüstanda fəaliyyət göstərən QHT-lərə daha 50 milyon dollar ayrılması haqqında qanun layihəsi hazırlayıblar. Məhdudiyyətlər haqqında qanun layihəsi demokrat Cin Şahin və Respublikaçı Cim Riş tərəfindən hazırlanır. Sanksiyaların “Gürcüstanın Avro-Atlantik inteqrasiyasına mane olması”, “korrupsiya, insan hüquqlarının pozulması və xarici agentlər haqqında qanunun qəbuluna cəhd və ya onun qəbuluna kömək edən tədbirlərə” görə tətbiq edilməsi təklif edilir. Məhdudiyyətlərə Gürcüstan rəhbərliyinin nümayəndələrinin Birləşmiş Ştatlara girişinə qadağa, insan hüquqları və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ABŞ-Gürcüstan strateji dialoqunun dayandırılması da daxildir. ABŞ dövlət katibi Entoni Blinken də bildirib ki, ölkəsi və Avropa İttifaqı Gürcüstana qarşı xarici agentlər haqqında qanun layihəsinə görə tədbir görməyi planlaşdırır. O, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında Gürcüstanda baxılan qanun layihəsini şərh edərkən deyib: "Biz buna cavab olaraq nə edə biləcəyimizi çox diqqətlə nəzərdən keçiririk".

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031