Xameneyi Paşinyana "İran- Ermənistan münasibətlərinin düşmənləri var" la nə demək istədi....
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Prezident İlham Əliyevin İran səfirliyini ziyarət etməsi və İranın dini lideri Xameneyinin Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüş zamanı səsləndirdiyi fikirlər barədə paylaşım edib. A.Quliyev öz paylaşımında yazır: "Prezident İlham Əliyev İran səfirliyini ziyarət edərək dedi ki, mərhum prezident İbrahim Rəisi Azərbaycan xalqının və dövlətinin böyük dostu idi..
Paşinyanı Tehranda qəbul edən Ali dini rəhbər Xameneyi isə dedi ki, "Rəisi Ermənistanla sərhəd məsələsində çox həssas idi, bu həssaslığı və diqqəti nəzərə almaq lazımdır, İran- Ermənistan münasibətlərinin DÜŞMƏNLƏRİ var...
Görəsən Ali dini lider "DÜŞMƏNLƏR" deyərkən kimləri nəzərdə tutdu....
Dəyişilməli olan, ancaq dəyişməyən şeylər var, deyəsən...."
Mətləb