KÖHNƏ VERSİYA            

Fransada eyni vaxtda daxili sosial etirazlar və müstəmləkə üsyanları başladı...

Image

Məhərrəm Zülfüqarlı: “Baş verən bu proseslərin, etirazların, tətillərin, Yeni Kaledoniyada yaşanan dəhşətlərin əsas səbəbi Makron hakimiyyətinin yarıtmaz siyasətidir”

Bu gün Fransanın daxilində bir sıra ciddi proseslər baş verir. Emmanuel Makron hakimiyyətinin yürütdüyü siyasət bu ölkəni əməlli-başlı qarışdırıb. 

Bir tərəfdə Yeni Kaledoniyada müstəqillik uğrunda hərəkat başlayıb, başqa fransız müstəmləkələrində də yavaş-yavaş etirazlar üzə çıxır, Yeni Kaledoniya blokadaya alınıb, hava limanı bağlanıb, 3 minə yaxın polis qüvvələri ora yeridilib, bunlarla paralel olaraq Fransanın özünün daxilində də böyük sosial gərginliklər var. Ayrı-ayrılıqda mühafizə işçiləri, nəqliyyatçılar, səhiyyə işçiləri, bank işçiləri, sosial sahədə çalışanlar, pilotlar tətil edir, pensiyaçılar, fermerlər etiraz aksiyaları keçirirlər. 

Hətta bir müddət əvvəl  Fransada xəstəxana, ictimai nəqliyyat və muzeylərin işçiləri Paris-2024 Yay Olimpiya Oyunları zamanı tətil etmək planlarını açıqlayıblar. 

İyulun 26-dan avqustun 11-dək keçiriləcək olimpiada zamanı Fransa paytaxtına 16 minə  yaxın insanın gələcəyi gözlənilir. Bu vaxt müddəti təşkilatçılar tərəfindən xüsusi olaraq seçilib. Çünki iyulun sonu və avqustun əvvəlində bir çox parislilər yay tətilinə çıxırlar. İctimai nəqliyyatın və infrastrukturun yükü xeyli azalmış olur. "Financial Times"da qeyd olunur ki, olimpiada zamanı bir çox dövlət sektorunda işçilər yay tətilindən məhrum olacaq, işləmək məcburiyyətində qalcaqlar. Həmin işçilər artıq indidən narazılıq bildirməyə başlayıblar. Bunun müqabilində işçilər bonuslar, əlavə iş haqqı və uşaq baxımı üçün müavinət istəyirlər.

Fransanın Ümumi Əmək Konfederasiyasının rəhbəri Sofi Binetin sözlərinə görə, hökumət olimpiadanın problemsiz keçməsini istəyirsə, bu tələbləri şərtsiz qəbul etməlidir. Güman edilir ki, oyunlara ev sahibliyi etməklə Fransanın nüfuzu yaxşılaşacaq, ölkə büdcəsinə əlavə pullar gələcək. Bunun üçün dövlət sektorunun işçiləri mütləq təzminat almalıdırlar.

Həmkarlar ittifaqları tibb bacılarının, polis məmurlarının və maşinistlərin iş şəraitinin dəyişməsinin, maaşları inflyasiya ilə ayaqlaşa bilmədiyi üçün yaşayış səviyyəsinin aşağı düşməsindən qəzəbləndiklərini bildirirlər.

Məsələn, Paris bölgəsinin ictimai nəqliyyat qrupu olan RATP həmkarlar ittifaqının lideri Fransua-Havier Haroul bildirib ki, dəmiryol işçiləri artıq hökumətin şirin vədlərinə tox olduqların bildiriblər. Bundan başqa, bu ilin yanvar ayında Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin polis əməkdaşlarına 1900 avroya qədər bonuslar veriləcəyini açıqlamışdı. Lakin polis işiçləri qeyd edirlər ki, bu baradə hələ heç bir rəsmi açıqlama yoxdur.

Bunlardan başqa, olimpiyaya hazırlıq çərçivəsində miqrantlar üçün olduqca çətin şərait yaradılıb, onların və kasıb əhalinin şəhərin mərkəzindən ucqarlara köçürülməsi ilə bağlı plan işə salınıb. Kasıbları və kasıb miqrantları paytaxtın mərkəzindən yığışdırırlar, onları aparıb şəhərin kənarında şəhərciklərdə, çadırlarda yerləşdirirlər. Əhalinin sosial vəziyyətinə görə açıq-aşkar ayrıseçkilik siyasəti aparılır.   

Makron hökumətinin yarıtmaz siyasəti bu iki məsələnin üst-üstə düşməsində nə qədər rol oynayır? Başqa nə kimi səbəblər var ki, eyni vaxtda həm daxildə, həm də müstəmləkələrdə belə gərginlik yaranmağa başlayıb? Fransada eyni vaxtda  baş verən daxili sosial etirazlar və müstəmləkələrdə qarşıdurmalar təsadüfdürmü? Bunları təsadüf saymaq olar, yoxsa rəsmi Parisin yarıtmaz siyasəti bu halları yaradıb?

“Nə daxildəki sosial problemləri həll edir, etirazçıları, tətilçiləri razı salmaq istəyir, nə də müstəmləkələrdən əl çəkir, bütün bu amillər isə hazırkı vəziyyətin yaranmasına səbəb olur” 

AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu hadisələrin paralel baş verməsi qətiyyən təsadüfi deyil və bu, Makron hökumətinin ölkənin daxili ilə maraqlanmaması, yeni müstəmləkəçilik havasında olması ilə bağlıdır. O vurğuladı ki, Makron ölkənin daxilindəki vəziyyəti düzəltmək əvəzinə başqa ölkələrin işinə qarışmaqla məşğul olur, müstəmləkəçilik həvəsini təmin etməyi daha üstün bilir. “Müasir dövrdə Fransa Avropa İttifaqının aparıcı dövləti olsa da, problemlər içindədir. Eyni zamanda baş verən bu proseslərin, etirazların, tətillərin, Yeni Kaledoniyada yaşanan dəhşətlərin əsas səbəbi Makron hakimiyyətinin yarıtmaz siyasətidir. Çünki onun daxili siyasəti iflic vəziyyətdədir, daxillə maraqlanmır, fikri-zikri müstəmləkələrində öz hakimiyyətini möhkəmləndirmək, yeni müstəmləkələrə sahib olmaqdır. O, normal daxili siyasət aparsaydı eyni zamanda bu qədər problem baş verməzdi, Yeni Kaledonioya da, başqa müstəmləkələr də azadlığa çıxardılar. Amma o bunları nəzərə almadı, öz istədiyini edir. Fransız xalqının problemlərini həll etmək əvəzinə öz yarıtmaz siyasəti ilə onlara daha çox problem yaradır. Bütün baş verənlərin məsuliyyətini Fransa hökuməti daşıyır. Nə daxildəki sosial problemləri həll edir, etirazçıları, tətilçiləri razı salmaq istəyir, nə də müstəmləkələrdən əl çəkir, bütün bu amillər isə hazırkı vəziyyətin yaranmasına səbəb olur”-deyə M.Zülfüqarlı qeyd etdi.    

M.Zülfüqarlının sözlərinə görə, Fransa təkcə daxili problemlə qarışılaşmayıb, həmçinin öz müttəfiqləri ilə münasibətlərdə də problemlər içindədir. “Məsələn, Makronun irəli sürdüyü “Avropa ordusu” yaratmaq fikri Amerika siyasətinə uyğun olmadığı üçün bu ölkələrin münaisbətlərinə sərinlik gətirir. Bundan başqa, İngiltərə və Amerikanın təsirilə Avstraliya Fransadan təyyarə almaq üçün böyük məbləğli müavilələr imzalasa da, amma sonra Makronun yarıtmaz siyasəti nəticəsində bu müavilədən imtina etdi, təyyarə almağı dayandırdı. Bununla da Fransa böyük maddi ziyan çəkdi. Fransanın Cənubi Qafqazda yeritdiyi siyasət də, ermənipərəstliyi də Azərbaycan xalqını hiddətləndirir”.

Bizim mətbuatda Fransanın müstəmləkələrində gedən proseslərin daha çox izləndiyini deyən M.Zülfüqarlı bildirdi ki, bütün bunlar Fransa xalqının növbəti seçkilərdə Makron kimi yarıtmaz siyasət aparan bir şəxsə səs verməyəcəyini deməyə əsas verir. O hesab edir ki, Makron hakimiyyətdən getdikdən və orada normal hakimiyyət qurulduqdan sonra Fransanın həm daxilindəki problemlər həll oluna, həm də Fransa qanlı əllərini müstəmləkələrinin üzərindən çəkə, o xalqlar azadlığa çıxa bilər, bu da həm daxili, həm də xarici böhrandan Fransanı xilas edəcək. “Hələlik isə böhran günü-gündən daha da dərinləşir, bu saysız istiqamətləri əhatə edir. Bütün baş verənlərə görə məsuliyyət Makron hakimiyyətinin üzərinə düşür”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA      







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031