KÖHNƏ VERSİYA            

Xankəndidə ermənilərin 30 ildə tikdiyi binaların aqibəti necə olsun? - “Avropa” oteli...

Image

Faiq İsmayılov: “Bu, Azərbaycan dövlətinin daxili işidir, separatçı tör-töküntülərinin bu işə qarışmağa ixtiyarı yoxdur” 

Xankəndidə həyata keçirilən tikinti-quruculuq işləri, separatçıların qanunsuz olaraq inşa etdikləri yöndəmsiz  tikililərin sökülməsi erməniləri yaman narahat edir. Elə rəy yaratmağa çalışırlar ki, bunların qanunsuz tikililəri, separatizm atributları ilə “bəzədikləri” binalar guya “tarixi abidə” imiş, biz bilməmişik. İndiyə qədər çox cəfəngiyatlar danışıblar, hazırda da o əyri yolu tutub gedirlər.  

Ləğv olunmuş oyuncaq rejimin keçmiş “mədəniyyət, gənclər və turizm naziri” Sergey Şahverdyan Xankəndidəki “Avropa” hoteli ilə bağlı danışıb, deyib ki, azərbaycanlılar Xankəndidə “Avropa” hotelini yenidən qururlar. Hətta iddia edib ki, guya azərbaycanlıların o hoteldə çoxdan gözü olub (?) və buna görə də müharibə zamanı o binanı “atəşə tutmayıblar”. Bu adamcığaz unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman mülki obyektləri və sivilləri gülləyə tutmayıb, onun davası separatçılarla olub, separatzimin kökünü kəsib. Bundan başqa, o da ənənəvi olaraq “mədəni dəyərlərdən” danışıb, halbuki, orada onların heç bir mədəni dəyəri olmayıb və yoxdur. Separatizm atributları ilə süslədikləri qanunsuz tikliləri abidə sayırlarsa, görün, bu toplumun dünyagörüşü, mədəni səviyyəsi, abidə haqda anlayışı hansı şəkildədir. 

Xankəndidəki Avropa hotelinin aqibəti necə olacaq? Bu otel erməni separatçıları dövründə tikilib, yoxsa Sovet dövründə bizim tikdiyimizdi, onlar sonra dəyişdiriblər? Bunu əgər ermənilər tikibsə, saxlamağa dəyərmi? Ermənilərin orda tikdiklərini saxlamaq nə dərəcədə düzgündü? Onu restavrasiya etmək, yaxud söküb fərqli yerdə tikmək daha yaxşı olardı?

“Onların hotel adlandırdığı bu tikilinin bünövrəsi Sovet dövründə qoyulub” 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, onların Avropa hoteli adı verdiyi tikili Sovet dövründə inşa olunub, sonradan onlar oranı genişləndiriblər, əlavələr edib memarlıq quruluşunu dəyişiblər. “Onların hotel adlandırdığı bu tikilinin bünövrəsi Sovet dövründə qoyulub. Yəni əvvəl belə bir bina vardı, ermənilər onu bərpa edib, erməni stilinə uyğunlaşdırıblar. Əvvəllər o sadə bir tikili idi, bir tərəfindən yaşayış yeri kimi istifadə edilirdi, o biri tərəfi qonaq evi idi. O vaxtlar qonaq evləri vardı. Kommunist Partiyası Mərkəzi Komitəsi dövründə bütün rayonlarda qonaq evləri vardı, hörmətli qonaqlar gedib orda qalırdılar. Ermənilər “bərpa” deyirlər, təbii, burada normal bərpadan söhbət getmir. Bu bina onlara aid idisə niyə sonradan onun memarlıq quruluşunu dəyişirdilər? Əvvəlki qaydada qalardı. Əgər sökmək qəbahətdirsə, bəs onda siz özünüz niyə tarixi əhəmiyyətli binlarımız sökmüsünüz? 

O ki qaldı oradakı tikililərə, yaşayış evlərinə, hotellərə, inzibati binalara, onları bərpa etmək, təmir etmək, yenidən qurmaq Azərbaycanın haqqıdır. Dövlətin şəhərsalma proqramına, şəhərin baş planına uyğun olaraq  binalar bərpa da edilə, yaxud söküb yerində başqası da tikilə bilər. Bu heç bir problem törədən məsələ deyil. Bu baxımdan, “Avropa” hotelinin nə əhəmiyyəti var ki, bunlar hay-küy salırlar? İstər Xankəndidə, istər Şuşada, istər Xocalıda olsun, bərpa eidlən, yaxud sökülüb yenidən tikilən binların mübahisəyə səbəb olması düzgün yanaşma deyil. Yenidən bərpa olunur. Əgər bina sökülürsə belə, buna heç kəs heç nə deyə bilməz, çünki bu, dövlətin əmlakıdır, istəsə söküb yerində daha yaxşısını, daha təmtaraqlısını tikə bilər, tikəcək də. Bu cür süni mübahisələrin yaradılması yolverilməzdir. Bu hotelin də, oradakı başqa tikilərin də ermənilərə heç bir aidiyyəti yoxdur. Separatizm dövründə onlar “bərpa-quruculuq” adı altında saxtalaşdırma ilə məşğul olublar. Xankəndi şəhərinin mərkəzi 15, ətrafı isə 27 məhəllədən ibarət olub. Xankəndinin tarixi məhəllələrini “yox” edib yerində qondarma tikililər inşa ediblər. Məsələn, qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” dövründə yüzlərlə tarixi evlərimizi söküb  yerində Xankəndi dairəvi parkını saldılar. Evlərimizin yerində park salıb orada daşnak Stepan Şaumyanın abidəsini qoydular. Bundan sonra orada olan bütün məscidlərimizi sökdülər, məhv etdilər, dağıtdılar, bu gün biri də qalmayıb. Halbuki, hər məhəllənin öz məscidi vardı. Onlar sonradan orada irili-xırdalı 3 kilsə tikiblər. Bu kilsələri Azərbaycan dövlətinin razılığı olmadan separatçılar özləri öz başlarına tikiblər. Bizim dövlətimiz bunu sökə də bilər. Dini abidələrə, dini yerlərə böyük hörmətimiz var, ölkəmizdə müxtəlif xalqlar yaşayır, onlarla daim əlaqədə oluruq, dini bayramlarında iştirak edirik. Heç bir xalqla düşmənçiliyimiz yoxdur. Ermənilər isə özlərini normal aparmadılar, separatizmə uydular. 

Onu da deyim ki, qanunsuz tikililərlə ermənilər Xankəndini müasir şəhər etdilər. “Qarabağ” hoteli ilə yanaşı barmaqla sayılacaq bir neçə köhnə tikili qalıb, qalanlarının hamısının memarlıq quruluşunu dəyişdiriblər. Xankəndi Pedaqoji İnstitutunun binası köhnədən qalma idi, amma ermənilər sonradan o binaya əlavələr ediblər. Bunu elə-belə demirik, əlimizdə ciddi faktlar var. Onlar xəstəxana binası tikiblər, onu da bir neçə Avropa ölkəsinin puluna inşa ediblər. O da müasirdir. Xankəndi Dövlət Dram Teatrından və bəzi digər binalardan başqa nə görürük, hamısını yenidən “qurublar”. İndi o binaları sökmək, yenisini tikmək, yaxud bərpa etmək dövlətimizə aid məsələdir. Bu, Azərbaycan dövlətinin daxili işidir, separatçı tör-töküntülərinin  bu işə qarışmağa ixtiyarı yoxdur”-deyə F.İsmayılov qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

SON XƏBƏRLƏR

18.01.2025 | 22:34
Hökümə Əliyevanın atasının kartından pul oğurlayan şəxs həbs edildi - FOTO

18.01.2025 | 21:20
Kiyevlə London arasında “100 illik tərəfdaşlıq” sazişi... İngiltərə Ukraynada hərbi baza yerləşdirəcək – Kreml narahatdır...

18.01.2025 | 20:09
Rusiya Ukraynanın Kurskda ələ keçirdiyi torpaqların 60 faizini geri aldı - Ukrayna qoşunları mühasirədə...

18.01.2025 | 18:19
Qədim adı Bərəkət olan, göllər şəhəri adını alan İsparta...

18.01.2025 | 18:15
ABŞ-ı dünyada hörmətdən salan Bayden və Blinken (2 BB) oldu...

18.01.2025 | 16:37
Rusiyada Azərbaycana qarşı media kampaniyalarını "FSB" idarə edir...

18.01.2025 | 16:21
Gürcüstan seçkilərinin regionda sakitliklə nə əlaqəsi? - İlham Əliyev cavabladı...

18.01.2025 | 16:14
Vəkillərlə aqrar sektorun əməkdaşlığı başladı - kimə nə fayda?

18.01.2025 | 15:55
Hökumə Əliyevanın ailəsinin pulu necə oğurlanıb? - Bank detalları açıqladı...

18.01.2025 | 15:31
Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edənlər tapıldı, pul geri qaytarıldı...

18.01.2025 | 15:03
"Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik" - Ceyhun Bayramov

18.01.2025 | 14:51
"Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq" - Hakan Fidan

18.01.2025 | 14:45
Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi açıqlandı - 20 milyard...

18.01.2025 | 14:40
XİN: "Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək"

18.01.2025 | 14:27
Hakan Fidan: "Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək"

18.01.2025 | 13:53
"Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir" - Ceyhun Bayramov

18.01.2025 | 13:48
Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq...

18.01.2025 | 13:47
"Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir" - Nazir

18.01.2025 | 12:43
Nobel Komitəsinə açıq məktub - Qorbaçovun mükafatdan məhrum edilməsi barədə tarixi qərara imza atın...

18.01.2025 | 12:30
Ceyhun Bayramov və Hakan Fidan regional və qlobal vəziyyəti müzakirə ediblər - FOTO

18.01.2025 | 12:00
Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib

18.01.2025 | 11:50
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi

18.01.2025 | 11:31
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ

18.01.2025 | 11:30
Makron Livana "lağım atdı"...

18.01.2025 | 11:23
Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlandı

18.01.2025 | 11:14
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq - külli miqdarda pulları oğurlandı

18.01.2025 | 10:32
Bu aktyor "Kuruluş Osman"dan ayrılır

18.01.2025 | 10:28
24 yaşı var, həftədə 1 milyon funt sterlinq qazanacaq...

18.01.2025 | 10:16
Saatlıda narkotika satanlar saxlanılıb

18.01.2025 | 10:00
Rusiyadan Kiyevə raket hücumu - azı 4 nəfər həlak olub

18.01.2025 | 09:30
"Kommunizmin şərindən qorxmayan Azərbaycan xalqı azadlığa can atdı" - amerikalı konqresmenlər

18.01.2025 | 09:27
Qəbiristanlıqlar bələdiyyələrə pulsuz verildi, bələdiyyələr isə qəbir yerlərini satır...

18.01.2025 | 09:00
Daha 42 ailə Cəbrayıla yola salınıb

18.01.2025 | 08:43
Mənzillərin qiyməti artır, sökülmüş evlərə görə kompensasiyalar artmır...

17.01.2025 | 23:35
Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəməri çəkiləcək...

17.01.2025 | 23:03
Kobaxidze Əliyevə "bizə də nümunəsiniz" dedi... niyə ?

17.01.2025 | 22:36
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı - FOTO

17.01.2025 | 21:28
Bakının bu bələdiyyələri “kupçasız” əmlaklardan da vergi tələb edir...

17.01.2025 | 21:12
Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

17.01.2025 | 20:59
ABŞ-la strateji sənəd imzalayan ölkələr - heç kim ərazi bütövlüyünü bərpa edə bilmədi...

17.01.2025 | 20:44
Rusiyada Azərbaycana qarşı qərəzli media kampaniyası - strateji müttəfiqliyə sarsıdıcı zərbə...

17.01.2025 | 20:41
Trampın komandası Rusiya əleyhinə "Geniş miqyaslı strateji sanksiyalar paketi" hazırlayır...(?)

17.01.2025 | 20:29
Bir azdan Ermənistan sərhədlərini Amerika mütəxəssisləri qoruyacaq...

17.01.2025 | 20:18
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandı

17.01.2025 | 20:15
Paşinyan İlham Əliyevin 2 mühüm şərtini yerinə yetirir - birini tezliklə, digərini yayda...

17.01.2025 | 20:07
Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük

17.01.2025 | 20:01
Məxfi ABŞ-Azərbaycan danışıqları açıldı - Azərbaycana qarşı işləyən qurum bağlandı...

17.01.2025 | 19:48
Avropa xofda - Tramp Qrenlandiyanı hərblə tuta bilər...

17.01.2025 | 19:34
Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...

17.01.2025 | 19:20
Sabiq prezident Olland hakimiyyətə qayıdır, Makron gedir, Yeni Xalq Cəbhəsi yarandı...

17.01.2025 | 19:07
Dövlətçilik tariximizdə suverenlik anlayışı - hüquqi və praktik tərəflər...

17.01.2025 | 18:52
Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

17.01.2025 | 18:38
Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

17.01.2025 | 18:24
Kommunikasiyalar üzrə danışıqlarda uğursuzluq Qərbin Ermənistana təsirləri ilə bağlıdır?

17.01.2025 | 18:24
“Yalquzaq” tamaşaçılara təqdim olundu

17.01.2025 | 18:10
Ermənistan sərhəd məsələsində loyaldır, sazişi isə sabotaj edir - ziddiyyətin səbəbləri...

17.01.2025 | 17:56
10 ildən yaşlı avtomobillərin idxalı qadağandır - praktikada nələr görürük?

17.01.2025 | 17:43
ABŞ-la birgə USAID də Azərbaycandan getdi - Baydenin növbəti uğursuzluğu...

17.01.2025 | 17:29
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

17.01.2025 | 17:25
Ermənistandakı Aİ missiyasına Azərbaycanla bağlı kəskin sual qoyuldu...

17.01.2025 | 17:20
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

17.01.2025 | 17:12
DİM qəbul imtahanlarını rəqəmsallaşdırır - kimlər nə gözləyir?

17.01.2025 | 16:55
Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında - Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

17.01.2025 | 16:51
Almaniyadan Rusiyaya çağırış - Suriyadakı bazaları bağlayın, qoşunları ölkədən çıxarın...

17.01.2025 | 16:49
"Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır" - Prezident

17.01.2025 | 16:45
Prezident: "Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır"

17.01.2025 | 16:42
"Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər" - Prezident İlham Əliyev

17.01.2025 | 16:25
Los-Ancelesdə yanğın bölgəsindəki sakinlər silahlanmağa başladı – hökumət qarətçilərin qarşısını ala bilmir...

17.01.2025 | 16:12
Şəhid mayor Kamran Fərəcovun doğum günündə məzarı ziyarət olundu - FOTO

17.01.2025 | 16:07
Sərxoş halda maşın sürən şəxs həbs edildi

17.01.2025 | 15:55
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı verdi

17.01.2025 | 15:46
Putinlə Paşinyan telefon danışığında nəyi müzakirə ediblər...

17.01.2025 | 15:34
Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17.01.2025 | 15:12
Hakan Fidan Bakıya gəlir

17.01.2025 | 15:08
BMU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17.01.2025 | 14:47
Sumqayıt polisi əməliyyat keçirdi - Kamil Məmmədov 20 kq narkotiklə tutuldu - VİDEO

17.01.2025 | 14:25
Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış əraziyə baxış keçirildi

17.01.2025 | 14:23
Prezident İlham Əliyev və Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

17.01.2025 | 14:17
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi - FOTO

17.01.2025 | 14:14
Gürcüstan Cənubi Qafqaz ölkələrinin iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031