KÖHNƏ VERSİYA            

Aviaqəzalara qurban getmiş prezidentlərin uzun siyahısı var...

Image

İran prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması təyyarə qəzaları nəticəsində həyatını itirən dövlət başçıları mövzusunu gündəmə gətirib.

Qeyd edək ki, İran prezidenti ilə yanaşı xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin qubernatoru Məlik Rəhməti, Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşim və prezident qvardiyasının rəhbəri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də qəza nəticəsində həlak olub. 

İndi isə gəlin, aviasiya qəzalarında həlak olan dövlət başçılarının siyasına baxaq. Xarici mətbuata istinadən təqdim etdiyimiz xronologiyada çox diqqət çəkən faktlarla tanış olacaqsınız. 

Aviaqəzalarda həlak olan dövlət başçıları kimlərdir?

Məlum olan ilk fakt Paraqvay prezidentinin ölümü ilə nəticələnən aviasiya qəzasıdır. 

Belə ki, 1940-cı ilin 7 sentyabrda Altos şəhəri (Paraqvay) yaxınlığında Paraqvay Hərbi Hava Qüvvələrinə məxsus Potez 25 TOE təyyarəsi Asunsiondan San-Bernardinoya gedərkən qəzaya uğrayıb. Təyyarədə üç nəfər - Paraqvay prezidenti, marşal Xose Feliks Estiqarribia, onun həyat yoldaşı Culiya Miranda Kueto və pilot mayor Karmelo Peralta olub. Onların hamısı qəza nəticəsində həlak olub. 

Digər bir aviaqəza isə 17 mart 1957-ci ildə baş verib. Belə ki,  Balamban şəhəri yaxınlığında (Sebu adası, Filippin) Duqlas C-47 Skytrain sərnişin təyyarəsinin (qeydiyyat nömrəsi 2100925) qəzaya uğraması nəticəsində onun göyərtəsində olan 26 nəfərdən 25-i, o cümlədən Filippin Prezidenti Ramon Maqsaysay, eyni zamanda bir sıra dövlət məmuru və jurnalist həyatını itirib. 

İstintaqın nəticələrinə görə, qəzaya qalxma zamanı təyyarənin elektrik enerjisinin kəsilməsinə səbəb olan sağ mühərrikin karbüratorunun ötürücü valının sıradan çıxması səbəb olub.

13 aprel 1966-cı ildə isə İraq Hərbi Hava Qüvvələrinə məxsus “de Havilland DH.104 Dove 1” sərnişin təyyarəsi (qeydiyyat RF392) İraqın cənubunda Bəsrə hava limanından 10 km aralıda qəzaya uğrayıb. Qəzada ölkə prezidenti Əbdül Salam Aref ölüb. Versiyalardan birinə görə, fəlakətin səbəbi Bəəs Partiyasına rəğbət bəsləyən hərbçilərin təxribatı olub. 

27 aprel 1969-cu ildə Boliviya prezidenti Rene Barriendos Ortuño Arke qəsəbəsi (Boliviyanın mərkəzindəki Koçabamba departamenti) yaxınlığında helikopter qəzası nəticəsində həlak olub. Helikopter elektrik xətti ilə toqquşub.

24 may 1981-ci ildə Ekvador Hərbi Hava Qüvvələrinə məxsus “Beechcraft Super King Air” (qeydiyyat HC-BNG) təyyarəsi dağların yaxınlığındakı təpəyə çırpılıb. Təyyarədə Ekvador prezidenti Xayme Roldos Aqilera, onun həyat yoldaşı Marta Bukara və Ekvadorun müdafiə naziri Marko Subia Martinez də daxil olmaqla 12 nəfər olub. Hamısı da həyatını itirib. Fəlakətin dəqiq səbəbləri müəyyən edilməyib, araşdırmalar bir neçə dəfə bərpa olunub. Müxtəlif vaxtlarda pilot səhvindən tutmuş sui-qəsdə qədər ayrı-ayrı versiyalar irəli sürülüb, amma heç biri öz təsdiqini tapmayıb. 

31 iyul 1981-ci ildə Panama Hərbi Hava Qüvvələrinə məxsus “De Havilland Canada DHC-6 Twin Otter” yüngül təyyarəsi (quyruq nömrəsi FAP205) Koklesito aerodromunun (Panamanın mərkəzi Kokle əyaləti) yaxınlığında çətin hava şəraitində eniş edərkən dağla toqquşub və yerə düşüb. Təyyarədə olan hər kəs, o cümlədən Panamanın faktiki lideri, general Omar Torrixos Herrera həlak olub. 1983-cü ildə aparılan araşdırmaya görə, qəzaya pilotların səhvləri səbəb olub.

19 oktyabr 1986-cı ildə Cənubi Afrikanın şimal-şərq hissəsində, Mbuzini kəndindən 35 km məsafədə Maputo (Mozambik) marşrutu ilə uçan LAM Mozambique Airlines şirkətinə məxsusu “Tu-134A-3” sərnişin təyyarəsi (qeydiyyat nömrəsi C9-CAA)  yerə çırpılıb. Təyyarədə 44 nəfər - Mozambikin hökumət nümayəndə heyəti və Sovet uçuş heyəti olub. Qəza nəticəsində Mozambik prezidenti Samora Macel də daxil olmaqla 34 nəfər həlak olub. Sağ qalan 10 nəfər ekipaj üzvündən biri - uçuş mexaniki Vladimir Novoselov. Qəzanı araşdıran Cənubi Afrika komissiyasının qənaətinə görə, fəlakətə səbəb buludlu gecə şəraitində yerə təhlükəli yaxınlaşma siqnallarına məhəl qoymadan vizual uçuşa keçən pilotların səhvləri olub. Radio mayakının yanlış tənzimlənməsi yaxınlaşma trayektoriyasından kənara çıxması ilə nəticələnib.

1988-ci il avqustun 17-də Pakistan Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed C-130 Hercules” nəqliyyat təyyarəsi (quyruq nömrəsi 23494) Bahavalpur hava limanından havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Təyyarədə olanların hamısı- ölkə prezidenti Məhəmməd Ziya-ül-Həqin də daxil olmaqla  31 nəfər həlak olub. Sərnişinlər arasında Pakistan prezidenti ilə yanaşı, ABŞ-ın bu ölkədəki səfiri Arnold Lyuis Rafel və Qərbin hərbi yardımının əfqan mücahidlərinə ötürülməsi proqramına rəhbərlik edən Pakistan Xidmətlərarası Kəşfiyyatının baş direktoru Əbdür Rəhman Axtar da olub. Təyyarə vurulmayıb, qalıqlar üzərində heç bir partlayıcı maddənin izlərinə rast gəlinməyib. Təyyarənin “qara qutu”su  tapılmayıb və qəzanın dəqiq səbəbi heç vaxt müəyyən edilməyib.

6 aprel 1994-cü ildə Ruandanın Kiqali hava limanı yaxınlığında Ruanda prezidenti Juvenal Habyarimana və Burundi prezidenti Kiprien Ntaryamiranı daşıyan “Dassault Falcon 50” (qeydiyyat nömrəsi 9XR-NN) təyyarəsi yer-hava raketi ilə vurulub. Hər iki lider və hava gəmisində olan digər 10 nəfər həlak olub. Təyyarə dövlət başçılarının Ruandada sabitləşmə üzrə konfransda iştirak etdiyi Tanzaniyadan qayıdırmış. Cinayətin icraçıları heç vaxt müəyyən edilmədi, lakin Ruanda Hutu xalqının ekstremistləri RPF-ni və eyni zamanda ölkədə yaşayan bütün tutsiləri günahlandırdılar ki, bu da Ruandada soyqırımın başlanmasına səbəb oldu, qurbanları təxminən 1 milyon idi. 

26 fevral 2004-cü ildə Makedoniya prezidenti Boris Traykovskini daşıyan “Beechcraft Super King Air 200” (qeydiyyat nömrəsi Z3-BAB) Bosniyanın Mostar şəhəri yaxınlığında qəzaya uğradı. Prezidentlə yanaşı onu müşayiət edən 6 nəfər və iki ekipaj üzvü həlak oldu. Qəzanın pis hava şəraitində eniş zamanı pis hazırlıq və pilotun səhvləri səbəbindən baş verdiyi açıqlandı.

10 aprel 2010-cu ildə Polşa Respublikası Hərbi Hava Qüvvələrinin 36-cı Xüsusi Aviasiya Alayının Varşavadan Smolenskə xüsusi reyslə uçan Tu-154M (quyruq nömrəsi PLF 101) sərnişin təyyarəsi Smolenskdə eniş edərkən qəzaya uğradı. Təyyarədə Polşa prezidenti Lex Kaçinski və Polşa siyasi və hərbi elitasının nümayəndə heyəti vardı. 

Fəlakət qatı dumanda baş verib. Təyyarə icazə verilən hündürlükdən aşağı düşüb, sol qanadı ilə ağcaqayın ağacının zirvəsi ilə toqquşub, uçuş-enmə zolağının sonundan 200-300 m aralıda aşağıya doğru yerə düşüb və məhv olub. Laynerin bütün 89 sərnişini və yeddi ekipaj üzvü həlak olub. Dövlətlərarası Aviasiya Komitəsinin, Polşa Daxili İşlər Nazirliyinin Aviasiya Qəzalarının Təhqiqi Komissiyasının və Polşa Ali Nəzarət Palatasının ekspertlərinin rəyinə görə, fəlakətin səbəbi pilotların səhvləri və uçuşun təşkilindəki çatışmazlıqlar olub. 

Bu siyahını, hələlik, İran ali rəhbərliyinin həlak olduğu helikopter qəzası tamamlayır. Ümid edək ki, bu faciə elə sonuncu olaraq qalacaq.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031