KÖHNƏ VERSİYA            

Avropa Birliyində misilsiz ikiüzlü qanun - miqrantlar varlı ölkələrə buraxılmayacaq...

Image

Xəyal Bəşirov: “Bu Avropanın ikiüzlü siyasətinin məntiqi nəticəsidir” 

Avropa İttifaqı (Aİ) Şurası Aİ-nin miqrasiya standartlarının sərtləşdirilməsini özündə ehtiva edən Miqrasiya və Sığınacaq üzrə Paktı təsdiqləyib.

“Aİ Şurası Avropanın miqrasiya siyasətinin köklü islahatını təsdiqləyib. Buraya qaçqınların nizamlı şəkildə gəlişini tənzimləməyə, səmərəli və vahid prosedur yaratmağa və yükün ədalətli bölüşdürülməsinə kömək edəcək bir sıra qaydalar daxildir”. Bu sözügedən qurumun mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edilir ki, bu geniş miqyaslı “islahatlar kompleksi”nin   2015-ci ildən “inkişaf” etdirildiyi bildirilir.  Pakt həmçinin sığınacaq və ya yaşayış icazəsi verilməyən bütün şəxslərin Avropa ölkələrindən qovulması prosedurunu sadələşdirir. Bundan əlavə, Aİ ölkələrində miqrantların kvota ilə məskunlaşmasının məcburi prinsipi tətbiq edilir, lakin zəngin Aİ ölkələri qəbul olunmayan hər bir miqrant üçün Aİ büdcəsinə cərimə ödəməklə onların sayını azalda bilər. Bu tədbirlərdən əldə olunan gəlirlər Aİ sərhədlərinin və miqrasiya düşərgələrinin təchiz edilməsinə yönəldilməlidir.

İndi Avropa Komissiyası bu islahatların praktikada həyata keçirilməsi üçün yol xəritəsi təqdim etməli və Aİ ölkələri bu paktın müddəalarını öz miqrasiya qanunvericiliyinə daxil etməlidir. Bu fikirlərdə erməni mediasında yayılan məlumatda səsləndirilib. 

Bilindiyi kimi, Avropada yeni miqrant paktı qəbul olunub. Burda ölkələrin arasında miqrantların xaotik gəlməsinin qarşısını almaq üçün onların mütəşəkkil gəlişi bir norma kimi müəyyənləşdirilib. Ölkələr üzrə kvotalar müəyyənləşdirilib ki, hər ölkəyə nə qədər miqrant gələ bilər. Eyni zamanda onların ölkələrdən çıxarılması qaydası təsbit olunub. Ən maraqlısı budur, burada varlı ölkələrə fərqli münasibət sərgilənir, onlar üçün belə bir hüquq tanınır ki, varlı ölkə kvotada müəyyənləşdirilmiş saydan az qaçqın, miqrant qəbul etmək istəyirsə ixtisara saldığı hər bir miqrant üçün pul ödəməlidir. Çoxlu sayda miqrant qəbul etməmək üçün varlı ölkələrin cərimə ödəməyə pulu var, pulunu ödəyəcək, az sayda miqrant qəbul edəcək. Əslində, Avropa bu siyasətlə miqrant köçünün ağırlığını kasıb ölkələrin çiyninlərinə qoyur. Bu Avropada kasıb ölkələrə qarşı bir təzyiqdi, həm miqrantların Avropaya axının qarşısını almaq üçün inzibati qaydada yeni bir metoddur.

Miqrant kasıb Avropa ölkəsinə niyə gedir? Təbii ki, getmək istəmir. Avropaya yüz nəfər gedəcəkdisə indi 95 nəfər gedəcək, 5 nəfərin azalması da Avropa üçün bir qazancdı. Yəni miqrantlara qarşı yeni qanunveticikidə Avropa Birliyi öz ölkələri arasında ayrı-seçkilik siyasəti yeridir. Bu o deməkdir ki, Avropa İttifaqında misilsiz ikiüzlü qanun qəbul olunub. 

Bu ayrı seçkilik siyasətini necə qiymətləndirirsiniz?

“Çünki o qanunun qəbul edilməsini, o sənədlərin imzalanmasını diqtə edən, drijor həmin o dövlətlərdir” 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu həqiqətən də çox aktual mövzudur. “Ümumiyyətlə, dünyanın ən çox təşkilatlanmış regionu kimi, Avropa bir sıra məsələlərdə açıq şəkildə ikiüzlü siyasət ortaya qoyur. Bu təkcə Avropa İttifaqına üzv olan çoxlu dövlətlərə aid deyil, ABŞ-da da eyni mövqe sərgilənir. Yəni onlar başqalarına rəva bildiklərini özlərinə rəva bilmirlər, yaxud da tam əksinə. Əslində miqrat məsələsi Avropa üçün kifayət qədər ciddi problemə çevrilib. O problemin mənşəyinə nəzər yetirsək görərik ki, elə onun mənbəyi məhz Avropanın, kollektiv Qərbin yürütdüyü ədalətsiz, qərəzli siyasətdir. Onlar dünyanı bir-birinə qarışdırıblar. Avropaya miqrantlar hardan gedir? O miqrantlar Avropanın “qızıl gül”, “narıncı”, “rəngli inqilab”lar etdiyi ölkələrdən   qaçıb  gedirlər. “Ərəb baharı”adı altında “demokratiya” ixrac etdiklərini dilə gətirərək ərəb ölkələrini darmadağın edib ordakı insanları evlərindən, yerlərindən, yurdlarından qaçqın və məcburi köçkün vəziyyətə saldılar, onlar da bundan sonra kütləvi şəkildə Avropaya üz tutublar. Məsələn, Liviyada, İraqda, Suriyada, Misirdə, Yəməndə, bir sıra digər dövlətlərdə hansı proseslər oldu? İnqilablar baş verdi, o dövlətlərin ərazisində demək olar ki, dövlət yoxdur, oralarda terrorçu təşkilatlar fəaliyyət göstərir. Oranın sakinləri üçün sakit həyat yaşamağa görə Avropaya və başqa ölkələrə üz tuturlar. Bir tərəfdən dünyanı qarışdırıb insanları öz yurdlarından, evlərindən didərgin salırlar, başqa bir tərəfdən də onların Avropaya üz tutmasının qarşısını almaq üçün belə mürtəci qanunlar, sənədlər imzalayırlar. Təbii ki, bu Avropanın ikiüzlü siyasətinin məntiqi nəticəsidir. Orada nə üçün inkişaf etmiş, böyük maliyə resursları, iqtisadi cəhətdən güclü olan dövlətlərə münasibətdə bu qanunu monipulyasiya etmək, bu paktdan öz maraqları üçün istifadə etmək imkanları yaradılıb? Çünki o qanunun qəbul edilməsini, o sənədlərin imzalanmasını diqtə edən, drijor həmin o dövlətlərdir, Fransadır. Avropa İttifaqının, Avropa məhkəsinin, ATƏT-in, Avropa Şurası və digər təşkilatların bütün qurumlarını, bütün orqanlarını öz dar maraqlarına xidmət etməyə məcbur edən Fransa kimi dövlətlərdir. Ona görə də həmin o qanunlarda da, paktlarda, yaxud digər sənədlərdə də onların maraqları əsas götürülür. Şübhəsiz ki, bu da  bir daha insanların hüquqlarının kobud şəkildə pozulması deməkdir”-deyə X.Bəşirov bildirdi. X.Bəşirovun sözlərinə görə, bu gün dünyanın müxtəlif regionlarında baş verən proseslərdə bir insana görə Avropanın bütün təsisatları, təşkilatları, onların maliyə resursları ilə dolanan “Amnesty International”, Human Rights Watch, Sərhədsiz repartyorlar və başqa bu kimi təşkilatlarv ayrı-ayrı dövlətlərə qarşı səfərbər olunurlar, hücuma keçirlər. X.Bəşirovun bildirdiyinə görə, təbii ki, o iki üzlü siyasətin məntiqi nəticəsi olaraq bu gün Cənubi Qafqaz regionunda iki ölkədə, Gürcüstanda və Ermənistanda etiraz aksiyaları keçirilir. O, vurğuladı ki, Gürcüstanda baş verən etiraz aksiyaları onların maraqlarına zidd olduğuna görə ən xırda detalına qədər bunu şişirdib beynəlxalq ictimaiyyətə  göstərirlər, amma Ermənistanda yaşanan proseslər Rusiyaya qarşı olduğu səbəbindən həmin o proseslərin ayrı-ayrı dövlətlərin və təşkilatların nəzarəti altında olan media orqanlarında görə bilmərik. “Niyə? Çünki onların maraqlarına uyğun deyil. Bu qədər ikiüzlü siyasət, bu qədər əsassız, absurd, qərəzli və ədalətsiz mövqe nümayiş etdirmək qəbul edilmiş sənədlərdə də, paktlardada, qanunlarda da, digər beynəlxalq sənədlərdə də öz əksini tapmaqdadır. Düşünürəm ki, əslində burda 10 minlərlə, 100 minlərlə, bəzən milyonlarla qaçqın və məcburi köçkünün həyatını, sağlamlığını, yaşamaq hüququnu, digər hüquq və azadlıqlarını bir kənara qoyub öz dövlətlərinin, öz xalqlarının, özlərinin maraqlarına xidmət edən sənədlər qəbul edirlər. Çünki bunların əlindədir. Bundan sonra nəinki yeni miqrantlara, qaçqınlara, məcburi köçkünlərə qarşı hücuma keçəcəklər, hətta illər əvvəl Avropaya gedən və onların maraqlarına zidd olan dövlətlərin insanlarına qarşı da ova başlayacaqlar. Həmin o insanları ölkədən çıxarmaq üçün əllərində rəsmi sənəd olacaq. Nə qədər ki, beynəlxalq humanitar hüququn bütün prinsiplərinə daban-dabana zidd olsa belə, onların maraqlarına uyğundursa, o cür hərəkət edəcəklər. Onlar üçün əsas öz maraqlarının təmin edilməsidir, beynəlxalq hüquq da, beynəlxalq humanitar hüquq da, BMT-dən tutmuş ən sonuncu təşkilata qədər onların maraqlarına xidmət etməlidir. Əks təqdirdə həm həmin o təsisatlar, həm də o sənədlər qüvvədən düşmüş hesab olunacaq. BMT yaradılarkən kimin üçün yaradıldı? Hələ də o təkilatın Təhlükəsizlik Şurasının beş daimi üzvü olan dövlətlər üçün yaradılıb, onların maraqlarına xidmət edir. Avropa İttifaqı 1950-ci ildə 6 dövlət tərəfindən yaradılıb və bu gün də həmin o dövlətlərin marağına xidmət edir. NATO 1949-cu ildə 12 dövlət tərəfindən yaradılıb, bu gün də həmin dövlətlərin maraqlarını təmin edir. O cümlədən də Avropa Şurası, ATƏT və başqa təşkilatlar. Eyni siyasət bu gün də davam etdirilir. Bir tərfdən, demokratik dövlətlər, demokratiyanı ixrac edən, yayan dövlətlər kimi özlərini reklam edirlər, digər tərəfdən də demokratiyanın əleyhinə olan addımlar atırlar, sənədlər qəbul edirlər. Təbii ki, gələcəkdə milyonlarla miqrantın hüquqlarının ən kobud şəkildə pozulmasına, tapdalanmasına gətirib çıxaracaq ki, bu da o dövlərin yürütdüyü ikiüzlü siyasətin  tərkib hissəsindən biri olacaq”-deyə X.Bəşirov qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031