KÖHNƏ VERSİYA            

Saatlıq minimum əməkhaqqı ətrafında müzakirələr qızışır...

Image

Son günlərin xüsusi diqqət çəkən mövzularından biri də Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənə biləcəyidir. Qeyd edək ki, sözügedən məsələ Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə yol xəritəsində öz əksini tapıb. 

Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi də tövsiyə olunub. 

Digər məumata əsasən, ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır. Bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb. Qeyd edək ki, hazırda Azərbaycanda minimum əməkhaqqı ayda 345 manatdır.  Əmək Məcəlləsinə görə, işəgötürənlərin qanunla müəyyənləşdirilən minimum maaş məbləğindən az əməkhaqqı verməsi qanunsuzdur. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır və bu, inzibati məsuliyyət doğurur. İnzibati Xətalar Məcəlləsinə görə, minimum əməkhaqqı tələbinə riayət edilməsə, işəgötürən 1000 manatdan 1500 manatadək cərimə ödəməlidir. Bu baxımdan bəzən olur ki, şirkətlər minimum maaşdakı artımdan yayınmaq və sosial ödənişləri azaltmaq üçün işçi ilə əmək müqaviləsi bağlayarkən, natamam iş vaxtı seçməklə minimum əməkhaqqı tələbindən yan keçməyə çalışır. Bu isə qanunvericilikdəki boşluqların və monitorinqin düzgün aparılmamasının göstəricisi sayıla bilər. Bu fonda “Azadlıq” radiosunun məlumatına əsasən, hökumət minimum əməkhaqqı sistemi ilə bağlı aylıq mexanizmi saatlıq mexanizmlə dəyişərsə, minimum əməkhaqqından yayınmaq hallarının önü kəsilər. Məsələnin gündəmə gəlmə ehtimallarından biri, bəlkə də birincisi bu ola bilər. Azərbaycanda işəgötürənlərin minimum vergilərdən yayınması halları da var. Bəzi hallarda sahibkarlar işçilərə əmək haqlarının kiçik bir hissəsini rəsmi əməkhaqqı şəklində, qalanını da nağd şəkildə verir. Minimum əməkhaqqından daha az maaş verilməsi hallarına da rast gəlinir. Bu baxımdan, ölkədə minimum hədlərə əməl edilməməsinin əsas səbəblərindən biri sahibkarların vergi sistemini bəyənməməsidir. Bu hal davam etdikcə, mexanizm dəyişikliyinin əsaslı keyfiyyət dəyişikliyi doğurması ehtimalı aşağıdır. Belə problemin aradan qaldırılması üçün ölkədə biznesə təsir göstərən qərarların qəbulunda iştirakçılıq artırılmalı, biznes mühitində rəqabət imkanları genişləndirilməlidir. O da bəllidir ki, Azərbaycanda minimum maaşın müəyyənləşdirilməsində də iştirakçılıq təmin edilmir. Müxtəlif ölkələrin təcrübəsində minimum əməkhaqqı təyin edilərkən, komissiyalar yaradılır və onun tərkibinə həm hökumətin, həm sahibkarlar ittifaqlarının, həm də həmkarlar birliyinin təmsilçiləri daxil edilir. Bir qrup ölkələrdə isə minimum əməkhaqqı parlament müzakirələri nəticəsində müəyyənləşdirilir. Ancaq Azərbaycanda bu məbləğ yalnız prezidentin qərarı ilə təsdiqlənir. Azərbaycanda minimum əməkhaqqı sisteminin səmərə yetərsizliyinin əsas səbəblərindən biri onun aylıq olaraq müəyyənləşdirilməsi ilə deyil, minimum əməkhaqqının məbləği ilə bağlıdır. Müvafiq qanuna görə, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyənləşdirən sosial normativdir.

Minimum əməkhaqqının effektiv sosial siyasət aləti kimi çıxış edə bilməsinin başlıca şərtlərindən biri bu məbləğin əhalinin gerçək minimum ehtiyaclarına yetməsidir. 2012-ci ildə qəbul edilən və 2020-ci ilədək hökümətin sosial-iqtisadi hədəflərinin əks olunduğu “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası” adlı sənəddə bildirilirdi ki, hökumətin 2020-ci ildəki hədəflərindən biri Azərbaycanda minimum maaşı orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaqdır. Ancaq rəsmi rəqəmlər göstərir ki, hökümət  bu hədəfini gerçəkləşdirə bilməyib. Hazırda ölkədə orta aylıq əməkhaqqı 947 manat, minimum əməkhaqqı isə 345 manatdır. Başqa sözlə, ölkədə minimum maaş orta aylıq maaşın 36 faizidir. Amma vəziyyət dəyişə bilr. Minimum əməkhaqqı mexanizminin işləkliyi baxımından daha bir vacib amil bu mexanizmin nə qədər şəxsi əhatə etməsi ilə bağlıdır. Hazırda Azərbaycanda iqtisadi fəal əhalinin sayı təxminən 5.3 milyon nəfərə yaxındır. Minimum əməkhaqqı alanların sayı isə təxminən 600 min nəfərdir. Deməli, minimum maaşın artımı iqtisadi fəal əhalinin cəmi 11 faizinin gəlirinə təsir göstərə bilir. Bu göstəricinin aşağı olmasının əsas səbəbi Azərbaycanda muzdlu  işçilərin say azlığı ilə bağlıdır. İndi Azərbaycanda 1 milyon 700 min nəfər muzdlu işçi var. Başqa sözlə, rəsmi əmək müqaviləsi ilə çalışanlar iqtisadi fəal əhalinin cəmi üçdə biri qədərdir. Azərbaycanda muzdlu işçilərin say azlığının əsas iki səbəbi var. Bunlardan birincisi iş yeri sayının yetərsizliyi, ikincisi isə əmək müqaviləsi olmadan çalışanların say çoxluğu. Bu üzdən, ölkədə minimum əməkhaqqı mexanizminin effektivliyinin artması üçün yeni iş yerlərinin sayı artırılmalı və qeyri-rəsmi əmək münasibətləri aradan qaldırılmalıdır. Minimum əməkhaqqı mexanizminin saatlıq formada hesablanması burada rol oynaya bilər. Bu təcrübə bir çox Avropa ölkəsində geniş tətbiq olunur. Eyni zamanda, qanunvericilik sistemində bir çox məsələlər minimum əmək haqqına bağlıdır. Həmin qanunvericilik aktlarında da dəyişikliklər paket şəkilində hazırlanmalıdır. 

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031