Gürcüstandan ABŞ Konqresinin sanksiya hədələrinə sərt cavab - "...təsirlərinin şəffaf olmasını istəmirlər"
Gürcüstan parlamentin sədri Şalva Papuaşvili deyib ki, çox təəssüf ki, bu gün nə ABŞ, nə də bəzi Avropa ölkələri Gürcüstandakı təsirlərinin şəffaf olmasını istəmirlər.
O bildirib ki, xarici ölkələrin təsiri ilə bağlı şəffaflıq bəzi xarici ölkələrin maraqlarına uyğun deyil, bu təbiidir. Bu qanun gürcü xalqının maraqlarına uyğundur. Konqres şəffaflığın təmin edilməsi əvəzinə, Milli Demokratiyaya Dəstək Fondunu gizli şəkildə maliyyələşdirir. Bu zaman isə Gürcüstandakı siyasi partiyalar və radikal qruplar əksinə, gizli xərcləmələri təşviq edirlər.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Konqresi Gürcüstanın Baş nazirini hakimiyyət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini, gürcü xalqının hüquq və azadlıqlarını pozan digər təşəbbüsləri geri götürməyəcəyi təqdirdə, Belarus tipli sanksiyalarla hədələyib.
ZÜMRÜD