Belqorodda Ukraynanın vurduğu çoxmərtəbəli yaşayış binası çökdü - xilasedicilər dağıntılar altında qaldı...
Rusiyanın Ukrayna sərhədinə yaxın Belqorod şəhərində artilleriya mərmisi nəticəsində ağır zədə alan çoxmərtəbəli yaşayış binası çöküb. Qeyd edilir ki, binanın damı xilasetmə qruplarının üzərinə çöküb.
Agentliklərin məlumatına görə, çoxlu sayda insan xəsarət alıb və dağıntılar altında qalanların olduğu ehtimal edilir. Telegram kanalları azı 3 nəfərin yaralandığını, ən azı 15 nəfərin dağıntılar altında qala biləcəyini yazıb.
Rusiya mediası çoxmərtəbəli yaşayış binasının uçması nəticəsində ən azı 7 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirib. Region qubernatoru Vyaçeslav Qladkovun hadisə yerindən yayımladığı görüntülərdə binanın ən azı 10 mərtəbəsinin uçduğu görünür.
TAHİR