Bayden Qəzzada atəşkəs üçün yeganə şərti açıqladı - onlar istəyirlərsə...
ABŞ prezidenti Co Bayden bildirib ki, “HƏMAS” girovları azad etsə, növbəti gün atəşkəs razılaşması əldə olunacaq.
"Artıq qeyd etdiyim kimi, bu, “HƏMAS”dan asılıdır”. Əgər onlar istəyirlərsə, bu sabah başa çatacaq”, – deyə “CNN” Baydenin sözlərindən sitat gətirib.
Xatırladaq ki, İsrail və “HƏMAS”ın nümayəndə heyəti Qahirəni bir neçə gün əvvəl tərk edib. Onlar arasında atəşkəs razılaşması yenə baş tutmayıb, çünki İsrailin dediyinə görə, “HƏMAS” İsraildə müzakirə belə olunmayan Misirin təklif etdiyi atəşkəs təklifi ilə razılaşıb. “HƏMAS” danışıqları dayandırmaqda İsrailin baş naziri Benyamin Netanyahunu günahlandırır.
TAHİR