Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətindəki keçid məntəqələrini bağlamağa başlayıblar.
Trend bu barədə Ermənistan KİV-nə istinadən xəbər verir.
Qeyd edək ki, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar.
Xatırladaq ki, bir neçə gün öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb.