Yasamalda oğurladıqları “Mersedes”i satmaq istəyənlər ələ keçdi
Yasamal rayonunda vətəndaşlardan birinə məxsus “Mersedes” markalı avtomobil qaçırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən paytaxt sakinləri Nurlan Cəlilov, Vüsal Dadaşov və Emil Əliyev saxlanılıblar. Onların oğurladıqları avtomobili satmaq istədikləri müəyyən olunub.
Nəqliyyat vasitəsi saxlanılanların gizlətdikləri ünvandan tapılaraq sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD