İsraildən ABŞ-a ağır ittiham - həm orduya, həm də ölkəyə xəyanət etdilər...
ABŞ prezidenti Bayden, İsrailin Qəzzada Rəfaha hərtərəfli hücum üçün istifadə edə biləcəyi ağır silahları göndərməyəcəklərini, çünki şəhərə sığınan bir milyon insanın "gələcəyindən narahat olduqlarını" söyləyib.
Bayden, məsələnin İsrailin müdafiəsi ilə bağlı olmadığını deyib: "İsrailin təhlükəsizliyindən uzaqlaşmırıq. İsrailin bu bölgələrdə müharibə aparma qabiliyyətindən uzaqlaşırıq".
Bayden, həmçinin İsraillə birgə istehsal edilən Dəmir Qübbə hava hücumundan müdafiə sistemi və digər müdafiə sistemlərinin göndərilməsinin davam ediləcəyini bildirib: "Lakin İsrailin Rəfaha girəcəyi təqdirdə istifadə oluna biləcək silah və artilleriya mərmiləri verməyəcəyik".
Bu bombalar səbəbiylə Qəzzada mülki vətəndaşların öldürüldüyünü bildirən Bayden CNN televiziyasına "Mən açıq şəkildə bildirdim ki, Rəfaha daxil olsalar, bu silahları tədarük etməyəcəyəm" deyib.
İsrail mətbuatı isə həm orduya, həm də ölkəyə Vaşinqton tərəfindən xəyanət edildiyi və müharibədə tək qaldıqlarnı bildirilib. “Müttəfiqlərin böhran zamanı ardıcıl və etibarlı dəstəyə ehtiyacı var, lakin ABŞ-ın bu qərarı tərəddüd əzmindən xəbər verir və onun strateji tərəfdaş kimi etibarlılığına dair suallar doğurur”, - “Jerusalem Post” qəzeti yazır.
"Wall Street Journal" isə ABŞ-ın HƏMAS-a atəşkəs üçün vaxt verdiyi və bu vəziyyətin müharibənin uzanması ilə nəticələnəcəyini qeyd edil. Qəzet ABŞ-ın etik baxımdan İsrailin yanında olması gərəkdiyini iddia edib və bəyan edib ki, Vaşinqton İsraili təkcə hərbi deyil, həm də siyasi cəhətdən dəstəkləməlidir. Vaşinqtonun qərarının İsrailin bölgədəki digər düşmənlərini də ruhlandırdığını iddia edən qəzet, İsrailin Yaxın Şərqdə təhlükəsizlik problemlərinin artdığını bildirib. Qeyd edilib ki, ABŞ aydın qəti mövqe seçməsə, regionda vəziyyət daha da pisləşəcək.
TAHİR