KÖHNƏ VERSİYA            

Azərbaycanın sülhməramlılarla bağlı siyasəti dünyada böyük maraq oyatdı...

Image

Ukraynada savaş başlayandan sonra Azərbaycan istər enerji ixracı, istərsə də nəqliyyat dəhlizi baxımından Avrasiyada daha çox əhəmiyyət kəsb edən önəmli dövlətə çevrilib. Bunlar fonunda Azərbaycan digər mühüm nailiyyətləri ilə də gündəmdədir. 

Məsələn, Azərbaycan postsovet məkanında mümkünsüz kimi düşünülən bir şeyə - Rusiya sülhməramlılarının vaxtından əvvəl ərazini tərk etməsinə nail olmağı bacarıb. Üstəlik, Moskvanı qəzəbləndirmədən buna nail ola bilib. 

“Kommersant” qəzetinin eksperti Kirill Krivoşeyevin Karneqi Rusiya Avrasiya Mərkəzi üçün yazdığı məqalədə deyilir ki, sülhməramlılar Azərbaycanın Ermənistanla birgünlük müharibədə azad etdiyi Qarabağdan çıxarkən, prezident İlham Əliyev Moskvada səfərdə idi. Nə Rusiya rəsmiləri, nə də Rusiyanın təbliğat mediası Rusiyanı Cənubi Qafqazdan çıxarmaqda Bakını suçlamayıb. Əvəzində Azərbaycanın 1991-ci ildəki sərhədlərini tanıdığı və Brüssellə Vaşinqtona həddindən artıq güvəndiyi üçün Ermənistanın baş naziri Nikol Paşinyanı qınadılar: “Böyük ehtimalla bu, o deməkdir ki, Kreml Qarabağ məsələsinin çözüldüyünü anlayır və Azərbaycanla münasibətlərini korlamaq istəmir. Azərbaycan göstərdi ki, hərbi və diplomatik səylərin müəyyən kombinasiyası sayəsində həm Moskvanın iradəsinin ziddinə ərazi münaqişəsini həll etmək, həm də Rusiya ordusunu ərazidən çıxarmaq mümkündür. Uzun müddət ortaq anlayış bundan ibarət olub ki, Rusiya sülhməramlılarını yerləşdirdiyi yerdən çıxmaz. Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində də, Moldovanın rusiyayönlü bölücü Dnestryanı bölgəsində də belə olub. Ancaq Qarabağ münaqişəsi bu trendə meydan oxudu. Hətta Rusiya öz sülhməramlılarını illərlə burada saxlamaq istəsəydi belə, son nəticədə onlar çox az şey qazanaraq buranı tərk etməli olacaqdı. Sülhməramlıların çıxarılması Qarabağ məsələsinə çözümün Rusiya modelinin tam çöküşü deməkdir. Bu çözüm yolu sülhməramlıların burada, aşağı-yuxarı, daim qalmasını nəzərdə tuturdu. Azərbaycan bölgəyə nəzarəti ələ keçirəndə və Qarabağ erməniləri kütləvi şəkildə Ermənistana qaçanda Moskva öncə öz sülhməramlılarına yeni rol tapmağa çalışdı. Bir variant onların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının bir hissəsi kimi Ermənistanda qalması idi. Di gəl, Ermənistanda Azərbaycanın Qarabağdakı qələbəsinə görə çoxlarının Moskvanı günahlandırması fonunda Paşinyan açıq şəkildə Rusiya sülhməramlılarını qəbul etməkdən boyun qaçırdı. Ardınca Rusiya hətta sülhməramlıların minadan təmizləmə işinə yardım göstərməsi üçün Qarabağda qalmalı olduğunu iddia etməyə də cəhd göstərdi. Ancaq aydındır ki, minalardan təmizləməyə 2 min əsgər və 400 maşın tələb edilmir. Sülhməramlıların aid olduğu Rusiyanın 15-ci keşikçi motorlu atıcı “Aleksandriya” briqadası artıq Ukraynada döyüşür. Bu vaxtadək Qarabağda olan digərləri də, böyük ehtimalla, onlara qoşulacaq. Hətta əvəzində Bakıdan heç bir güzəşt qoparmadan sülhməramlılarını çıxarmış olsa belə, Moskva Ermənistan-Azərbaycan danışıqlarından kənarda qalıb. Moskva və Bakı İrəvanı Qərblə çox yaxınlaşmaq cəhdlərinə görə tənqid etsə də, Rusiya diplomatiyasının Cənubi Qafqazda intensivləşməsi, yaxud Moskvanın Bakı ilə yaxın əməkdaşlığının əlamətləri gözə dəymir. Əvəzində İrəvanla Bakı bu yaxınlarda birbaşa dialoqa başlayıb və, hələlik, dialoq uğurlu alınır.

İrəvanla Bakı arasında dörd sərhəd kəndinin Azərbaycana qaytarılması haqda son razılaşma və iki ölkə arasında ilk sərhəd nişanlarının quraşdırılması Rusiyanın hər hansı iştirakı olmadan baş verib. Ermənistan-Azərbaycan münasibətlərində ötən il qəbul edilən “nə Rusiya, nə Qərb” yanaşması artıq işlək yanaşma kimi görünür.  Özəlliklə iki tərəfin 1991-ci ildə imzalanan və SSRİ-nin dağılmasını nizamlayan Alma-Ata protokollarında təsbit olunan ortaq sərhədlərlə bağlı razılıq istiqamətində konsensus əldə etməyə çalışması çox ümidvericidir. Bu, Azərbaycanı 1940-cı, 1950-ci və 1960-cı illərdəki xəritələr əsasında yeni sərhədlər tələb etmək istəyindən çəkindirməlidir, axı göstərilən illərdə Azərbaycanın ərazisi daha böyük olub. Digər tərəfdən, Ermənistan ordusunu gücləndirməyə çalışdığı üçün Azərbaycan onu tənqid etməyə davam edir. Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirməli olan Zəngəzur dəhlizi mövzusu da hələ gündəmdə qalır. Başqa sözlə, İrəvanla Bakı bəlli məsələlərdə xarici vasitəçilik olmadan razılığa gələ bilibsə də, bu, ötəri dekorasiya da ola bilər. Ancaq istənilən halda Rusiyanın əvvəlki nüfuzlu vasitəçi roluna qayıtması ehtimalı yoxdur. Müharibəni dəstəkləyən Rusiya “Telegram” kanalları vaxtaşırı Bakını Kiyevə rəğbət bəslədiyi üçün tənqid edir. Azərbaycanda hətta iqtidarı dəstəkləyən media da Ukraynada Rusiyaya qarşı vuruşan azərbaycanlı könüllülər haqqında materiallar dərc edib. Rusiyada Azərbaycanın Ukraynaya silah satması ilə bağlı şayiələrin doğurduğu qəzəb də var. Ancaq Moskva Azərbaycanla hər hansı gərginlikdən yayınmağa çalışır. Sülhməramlılarını çıxarması müqabilində Moskvanın Bakıdan heç bir şey qopara bilməməsi, yaxud qoparmaq istəməməsinin əsas səbəblərindən biri Ukraynaya tammiqyaslı müdaxilə və Rusiyanın beynəlxalq təcridi nəticəsində Moskvanın rıçaqlarının önəmli dərəcədə azalmasıdır. İndi Moskva qonşuları ilə münasibətlərini riskə atmaq istəmir. Ukraynaya müdaxiləsinin ardınca Avropa bazarının çoxuna çıxışını itirən Rusiya neft və qazını Azərbaycan vasitəsilə ixracını kəskin artırıb.  Azərbaycan İran və onun İran körfəzindəki limanlarına və əks istiqamətdə malların daşınması məsələsində də Rusiya üçün əvəzedilməz tərəfdaşa çevrilib. “Şimal-Cənub” dəhlizi ilə daşımaların Putin ilə Əliyev arasında 22 aprel müzakirələrinin əsas mövzularından biri olması təsadüfi deyil. Moskva üçün Bakı ilə münaqişəyə girib bütün bunları itirmək məntiqsiz olardı. Özəlliklə mövzu Qarabağdakı sülhməramlılar olsaydı. Rusiya əsgərləri bölgədə 2025-ci, hətta 2030-cu ilədək qalsaydı da, ərazidəki real faktları dəyişə bilməyəcəkdilər. Əksinə, onlar Moskvanın İrəvanla Bakı arasındakı danışıqlardan necə kənarlaşdırılmasını yada salacaqdılar”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031