Paşinyanın Putindən Türkiyə və İran xahişi - rus əsgərləri Azərbaycanla sərhəddən çəkildi...
Xəbər verildiyi ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Görüş barədə açıqlama verən Kremlin sözçüsü Peskov bildirib ki, Putin və Paşinyan Rusiya əsgərləri və sərhədçilərinin Ermənistanın bəzi bölgələrindən çıxarılması ilə bağlı razılığa gəliblər.
Bildirilib ki, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanla təmas xəttinə dislokasiya olunmuş rus əsgərlərinin geri çəkilməsi başa çatıb, Zvartnots beynəlxalq hava limanından da Rusiya hərbçilərinin çıxarılması barədə qərar qəbul edilib.
Peskov əlavə edib ki, İrəvanın xahişi ilə Türkiyə və İran sərhədindəki Rusiya hərbçiləri bölgədə qalmağa davam edəcək.
TAHİR