KÖHNƏ VERSİYA            

Böyük Heydər Əliyev və Qalib Xalq!

Image

Zaman bizi Ulu Öndər Heydər Əliyevdən fiziki olaraq nə qədər uzaqlaşdırırsa, sanki böyük Lider mənəvi olaraq bir o qədər də bizə yaxınlaşır. Onun böyüklüyü, əzəməti zaman keçdikcə daha dəqiq görünür. Azərbaycan xalqının Böyük oğlu, milli-dövlətçilik və Azərbaycançılıq məfkurəsinin banisi Heydər Əliyev haqqında fikir bildirmək, Onun haqqında düşüncələri bölüşmək çətin və məsuliyyətli bir işdir. Belə ki, ömrünü siyasi fəaliyyətə, dövlət maraqlarına, xalqına həsr edən böyük şəxsiyyət Heydər Əliyev dünyanın nüfuzlu siyasətçiləri fonunda daim zirvələrdə yer alıb. Məhz bu baxımdan, Heydər Əliyev deyərkən, ilk olaraq gözümüz önündə bir xarizmatik Lider, Böyük Azərbaycanlı canlanır. Və bu gün Onun böyüklüyü, əbədiliyi özünü daha qabarıq, daha geniş fonda əks etdirməkdədir.

Bu gün Azərbaycan xalqının xoşbəxtlik meyarlarından biri də Heydər Əliyev kimi Liderə, xilaskara malik olmaq amili ilə ölçülməkdədir. Belə bir meyar isə hər xalqa, hər millətə nəsib olmur. Və əgər bu gün xalqımızın Ümummilli Lideri, Ulu Öndəri Heydər Əliyev barədə fikirlərimizi bölüşürüksə, ilk növbədə Onun Böyük Azərbaycanlı olduğunu məxsusi olaraq vurğulamalıyıq. Əbəs deyil ki, Heydər Əliyev deyərkən Azərbaycan, Azərbaycan deyərkən isə Heydər Əliyev gerçəkliyi parlaq günəştək aydın səmalarımızdan üzərimizə nur yağdırır - O, yaşayır, yaşadılır və öz əbədiliyi ilə, atalıq nuru ilə gələcək yollarımıza işıq saçır. Bu yolu müəyyən etmək üçün, bu gələcəyi təmin etmək üçün Heydər Əliyev bütün mənalı həyatı boyunca sözün əsl mənasında çarpışdı, mübarizə apardı, dünyaya qətiyyətin, fədakarlığın nə olduğunu sübuta yetirdi. Bizlər - Vətən sevdalısı olaraq Heydər Əliyevin bizlərə miras qoyduğu Azərbaycançılığı, milli-mənəviyyatın qorunub-saxlanılması ideologiyasını, dövlətçilik ənənəsini yaşatmaqdayıq.

Azərbaycançılıq məfkurəsi...

Fakt budur ki, Ulu Öndərimizin uzaqgörənliyi, xalqına və dövlətinə verdiyi sonsuz dəyəri nəticəsində təlatümlər içində boğulan, parçalanma təhlükəsi ilə üz-üzə qalan Azərbaycanımızda möhkəm xalq-iqtidar birliyi formalaşdırılmağa başlandı və qüdrətli, güclü dövlətin təməli qoyuldu. Bu tarixi gerçəklik özünü ən yüksək səviyyədə tərənnüm etdirməkdədir. Ötən əsrin 90-cı illərinin əvvəllərində - ağır dövrlərdə məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı yeganə çıxış yolunu Heydər Əliyevdə gördü və əminliklə öz Liderinə etimad göstərdi. İlk növbədə, bu sonsuz etimad hər bir azərbaycanlının gələcəyə ümidini itirməməsinə, daha dəqiq desək, inamlı baxışında öz təşəkkülünü tapmış oldu. Bu təşəkkül və təcəssüm hələ ilkin kövrək addımların başlanğıcı idi, qarşıda isə həmin addımları möhkəmləndirmək məsuliyyəti dayanırdı. Ancaq ən əsası, Heydər Əliyev faktoru Azərbaycançlıq məfkurəsinin təməlini qoymuşdu, dövlətimizin, xalqımızın xilasının da kökündə həmin reallıq ali mücəssəmə mənzərəsində xarakterizə edilə bilər. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsindəki təməl prinsiplərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qurduğu siyasi konsepsiyası oldu.

Yazımda kiçik olsa belə, mühüm bir ştrixə toxunaraq qeyd etmək istərdim ki, əgər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, ideyası əsaslı şəkildə dərk olunmasaydı, bu gün biz Zəfər və Qələbə əzmimizdən danışa bilməzdik. Qarabağımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən 44 günlük Zəfər yolumuzun da təməlində məhz bu tarixi məfkurə, ideyaya sadiqlik, layiqli varislik dayanır.

Bu gün cənab İlham Əliyev bütün çıxışlarında bu məfkurənin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlərini ifadə edir, qərarlı addımlar atır, bunu millətin, dövlətin, xalqın iradəsinə xas olduğunu vurğulayır.

Heç kimə sirr deyil ki, hər bir xalqın özünəməxsus milli-ideoloji baxışı var və Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı bilavasitə dövlətçilik, Azərbaycançılıq siyasəti ilə sintezləşdirərək, möhkəm təməlləri qoymuş oldu. O, yaxşı bilirdi ki, başa çatdıra bilməyəcəyi işlərini Onun layiqli varisi davam etdirəcək, başa çatdıracaq və yeni məqsədlərə doğru irəliləyəcək. Bu baxımdan, Heydər Əliyev həyatının bütün incəliklərinə real baxış prizmasından yanaşırdı və bilirdi ki, qarşıda görüləcək çox çətin işlər var və bu işlərin realizə olunmasını yalnız İlham Əliyev həyata keçirmək gücündə, qüdrətindədir. Bu təməl dövlətimizin ideoloji prinsipidir və bu prinsip ölkəmizin daha da qüdrətli, güclü olması maraqlarına dayanır. Tarix də bu gerçəkliyi sübut etməkdədir. Əbəs deyil ki, müxtəlif siyasi-ictimai hadisələr baş verərkən, Heydər Əliyevin bir çağırışı ilə yüzminlərlə insan Onun səsinə-səs verir, Liderinin ətrafında birləşirdi. Bax, bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, Azərbaycançılıq ruhunun, ideologiyasının bariz təcəssümü olaraq şanlı tariximizə fəxarət hissi ilə yazılıb.

Güclü Sovet Azərbaycanı dövrü

1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyllərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. 1969-cu ilin iyulu güclü Azərbaycanın əsasının qoyulduğu tarixi əhəmiyyətli gün kimi də qiymətləndirə bilərik. Belə ki, Ulu Öndər Heydər Əliyev fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi, kənd təsərrüfatı və s. sahələrdə yüksəlişlər meydana gəldi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.

Bütün bunlarla yanaşı, təhsil sahəsində də ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə təməlli töhfələr bəxş etmiş oldu. Məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Habelə, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Ümummilli Liderimiz həmin anları bu cür xatırlayıb: "O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və Ana Vətənini unutmayasan".

Heydər Əliyevin qətiyyəti sayəsində milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Mədəniyyətimiz, incəsənətimiz inkişaf etdi, dünya Azərbaycanı daha yaxından tanımağa başladı. 1978-ci ildə isə, Heydər Əliyevin təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi hadisə idi. Bunun ardınca "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Nəticədə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə görülən strateji tədbirləri fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan və liderə çevrilən respublika adını qazandı.

Naxçıvandan dünyaya ucalan Ulu səs!

Tarix sübut edir ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya mövcud idi. Əslində mürəkkəb situasiya bütün postsovet məkanını əhatə etsə də, ölkələrdə çox mürəkkəb kataklizmlər cərəyan etsə də, bu olaylar daha çox Azərbaycana və onun ayrılmaz hissəsi olan Naxçıvana öz təsirlərini göstərirdi. Muxtar Respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi.

Ardıcıl davam edən olaylar isə, 1991-ci ilin sentyabr ayında Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə daha da kəskinləşdi. Belə bir çətin zamanda Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Faktlar da bu reallığı kifayət qədər əks etdirməkdədir:

17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar iki bəndlik qərar qəbul edildi. Naxçıvan MSSR adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

Həmin vaxtlar Azərbaycanda hakimiyyətdə olan səriştəsiz qüvvələr korporativ maraqlar əsasında çıxış edərək sabitliyə və inkişafa mane olmaq yönündə xüsusi fəallıq göstərirdilər ki, bu da Naxçıvanın durumuna mənfi təsir edən destruktiv faktor qismində çıxış edirdi. Hətta iş o həddə çatmışdı ki, xarici güc mərkəzlərinin marionetəri və vassalları qismində çıxış edən hakimiyyətdəki "peşkalar" Naxçıvanda bir neçə dəfə dövlət çevrilişinə cəhd etdilər.

Bunlardan birincisi Xalq Cəbhəsinin (AXC) Naxçıvandakı 24 oktyabr 1992-ci ildə silahlı dəstələrinin Muxtar Respublikada etdiyi çevriliş cəhdi oldu. Lakin Ulu Öndər Heydər Əliyevin siyasi məharəti və əzmkar naxçıvanlıların Onun ətrafında sıx birləşməsi sayəsində mənfur çevriliş cəhdləri baş tutmadı.

Bunun ardınca, Ulu Öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə "1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" elan edilməsi barədə də tarixi qərar qəbul edildi.

Digər tərəfdən blokada şəraitində iqtisadiyyatını inkişaf etdirən Naxçıvanın sabitliyinin davamlılığını təmin etmək üçün regional miqyasda münbit strateji münasibətlər sistemi formalaşdırıldı, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. Nəticədə siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, atdığı rasional, praqmatik addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Bəli, bütün bunlar blokada şəraitində həyata keçirildi və belə bir işin öhdəsindən yalnız və yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət gələ bilərdi. Əbəs deyil ki, Ulu Öndərin Naxçıvan fəaliyyəti haqqında dünyanın bir çox nüfuzlu siyasi xadimləri, mətbuat səhifələri geniş fikirlərini heyranlıqla şərh ediblər.

Xilaskarlıq missiyası...

Ölkəmizin o zamankı iqtidarının müstəqillik ideyalarına etinasız yanaşmalarının nəticəsi idi ki, şəraitdən istifadə edən təcavüzkar Ermənistan strateji baxımdan ən əlverişli ərazilərimizi işğal etdi. Hələ bu da son deyildi..!
Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların zaman-zaman daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını, yenicə əldə etdiyi müstəqilliyini böyük sual altında qoymuşdu. Həmin ərəfələrdə ağır vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Ayaz Mütəllibov iqtidarı məhz AXC-nin təzyiqləri, avantüraçı fəaliyyəti fonunda çıxış yolunu istefa verməkdə gördü. Hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici xüsusi xidmət orqanlarının mübarizə meydanına çevirmişdi. Ölkədə tam bir anarxiya yaşanır, daxili çəkişmələrin ardı-arası kəsilmirdi. Hətta əlinə silah alan hər kəs dərhal hakimiyyəti ələ keçirməyə çalışırdı və eyni zamanda, çox təhlükəli separatçılıq amilləri meydana çıxmışdı. Belə bir acınnacaqlı vəziyyət 1993-cü ilə, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Heydər Əliyevin Liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. O, qısa müddətdə ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, müstəqilliyin əsaslarını möhkəmləndirmək istiqamətində addımlar atdı.

Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri də ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Bu o vaxta təsadüf edirdi ki, o zaman xalqın bir siyasi təşkilat ətrafında birləşərək Azərbaycanı düşdüyü mürəkkəb vəziyyətdən çıxartmağa ehtiyacı vardı. Məhz bu zərurəti hiss edən ölkə ziyalıları Azərbaycan xalqının adından 1992-ci ilin 16 oktyabrında bir araya gəlib Ulu Öndər Heydər Əliyevə "SƏS" qəzeti vasitəsilə "Azərbaycan sizin sözünüzü gözləyir" adlı müraciət ünvanladılar. Sözsüz ki, Heydər Əliyev kimi xalqını, dövlətini sevən bir Lider bu müraciətə biganə qalmadı və 1992-ci il 24 oktyabrında "SƏS" qəzeti vasitəsilə "Yeni, müstəqil Azərbaycan uğrunda" adı ilə müraciətə cavab ünvanladı. Bu cavab həm də ölkəni düşdüyü vəziyyətdən çıxarmaq üçün yol xəritəsi, proqram tipli konsepsiya idi. Və beləliklə bir neçə gün sonra, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində Liderin ətrafında birləşməklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Heydər Əliyevin yüksək nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad partiyanın qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına şərait yaratdı. Fakt budur ki, YAP siyasi təşkilat olaraq, yarandığı müddətdən cəmi 6 ay sonra siyasi hakimiyyətə gəldi və bu, bilavasitə xalqın dəstəyinin, Ulu Öndər Heydər Əliyevə olan məhəbbətinin, inam və etibarının bariz göstəricisi, təntənəsiidir. Tarixdə isə yarandığı vaxtdan cəmi altı ay sonra iqtidara gəlmiş bu kimi siyasi təşklatlar demək olar ki yoxdur, yaxud barmaqla sayılacaq qədərdir...

O cümlədən, YAP-ın uğurlarının davamlılığını şərtləndirən daha bir mühüm amil partiyada Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada xüsusilə qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən YAP-ın I Qurultayında o zaman ARDNŞ-in birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Əgər nəzərə alsaq ki, cənab İlham Əliyev həmin dövrdə həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri idi, onda bu, partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi.

Ulu Öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. Artıq bu gün həm ölkə daxilində, həm də beynəlxalq siyasi arenada böyük nüfuza, əlaqələrə malik olan YAP ən güclü təşkilat qismində öz sözünü deməkdədir. Partiya dünyada fəaliyyət göstərən aparıcı partiyalarla paralel şəkildəki siyasi təşkilatlanma prosesində öncül mövqeyini tutur, habelə önəmli birliklərdə təmsil olunmaqla Azərbaycan dövlətinin maraqlarını ifadə edir.

Neft strategiyası: iqtisadi konsepsiya

Sirr deyil ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf və tərəqqi strategiyasının mühüm istiqamətlərindən birini də müstəqil enerji siyasəti təşkil edirdi. Ümummilli Liderin gərgin əməyi və qətiyyəti sayəsində neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu məqsədlə müəyyənləşdirilən ən uğurlu marşrut Bakı, Tbilisi və Ceyhanı birləşdirən boru kəmərinin çəkilməsi idi. Həmin dövrdə müxtəlif xarici qüvvələrin təxribatlarına və təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, ən əsası isə Ulu Öndərin qəti əzmkarlığı sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə reallığa çevrildi.

O da sirr deyil ki, bu gün Azərbaycanın bənzəri görülməyən sürətlə inkişafı, dünyada nüfuz sahibi olması, müxtəlif məsələlərə münasibətdə öz mövqeyini ortaya qoyması, heç bir dövlətdən və qurumdan asılı olmayan həqiqi müstəqilliyə malik olması məhz Ulu Öndər Heydər Əliyevin düşünlümüş enerji siyasətinin uğurla davam etdirilməsi sayəsində mümkün olmuşdur. Bir sözlə, düşnülmüş siyasət, iqtisadi proqram və layiqli varis bu gün Azərbaycanı həm bölgədə, həm dünyada söz sahibinə çevirdi.

Ata vəsiyyətinə sadiq oğul, Fateh Sərkərdə - İlham Əliyev

Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə inkişaf etməsi ata vəsiyyətinə sadiqliyin tərənnümüdür. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və səmərəli xarici siyasət kursunun həyata keçirilməsi müasir Azərbaycan dövlətinin gücünü artıran fundamental faktor kimi çıxış edir. 44 günlük Vətən müharibəsi və Zəfər reallığı isə bu fundamental faktorlara əlavə əhəmiyyətləri daxil etdi.

Söz yox ki, bu missiyanın təməlini Ulu Öndər Heydər Əliyev "Mən ona özüm qədər inanıram" deyərək öz tarixi müraciətində qoymuşdu. lham Əliyevin hələ 2003-cü ildə ölkə başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi xalqına, dövlətinə bağlılığının göstəricisi idi.

Hələ illər öncə İlham Əliyev dövlət xadimi olaraq Azərbaycanın Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını bəyan edir, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmayacağını vurğulayır, haqq və ədalət səsimizi çoxsaylı beynəlxalq sammit və konfranslarda bəyanatlarla ucaldırdı. Əgər bu gün beynəlxalq aləmin mühüm hissəsi özünü Azərbaycanın yanında gördüyünü qeyd edirsə, bunun kökündə düzgün xarici siyasət reallığının dayanması şəksizdir. Daha dəqiq desək, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilib. Ancaq qarşıda Azərbaycan xalqının, dövlətinin bir nömrəli problemi qalmaqdaydı və bu problemin kökündən həll olunması vacibliyi özünü daha çox göstərməyə başlamışdı.

Şuşamızın işğaldan azad olunduqdan sonra Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı. Bu, həm də belə bir qənaətdir ki, Heydər Əliyev zamanında işğal altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü. Uzaqgörən və əbədi liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı. Həqiqətən də bu böyük, nəhəng bir tarixi hadisə oldu və bu hadisənin canlı şahidləri olaraq bizlər nə qədər şərəfli tarixi dövrü yaşamağımızdan hədsiz qürur hissi duymaqdayıq. Ən əsası, Fateh Sərkərdə İlham Əliyevin cəsarəti, uzaqgörənliyi sayəsində uzun illərdən sonra Xalqımız "Qalib" statusuna yüksəldi və torpaqlarımız işğaldan tam azad olundu. İndi fəxarətlə deyirik: "Biz Azərbaycanlıyıq". Bu hiss ölçüyəgəlməz dərəcədə nəhəngdir!

Bu, Ulu Öndər Heydər Əliyev yolunun davamı, xalqın birmənalı dəstək verdiyi siyasətin məntiqi nəticəsidir. Azərbaycan xalqını qarşıda hələ çox təntənəli, möhtəşəm və nəhəng zəfərlər, qələbələr gözləyir!

Bəhruz Quliyev
"SƏS" qəzetinin baş redaktoru







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031