"Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi hava hücumu edib" -ukraynalı nazirdən AÇIQLAMA
"Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna növbəti kütləvi hava hücum həyata keçirib. Hücum Ukraynanın 6 regionunda qeydə alınıb." Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko məlumat verib.
“Qarşı tərəf ukraynalıları işıqdan məhrum etmək planlarından əl çəkmir, yenə bizim enerji sektorumuza kütləvi hücum olub”, deyə o, Teleqram səhifəsində yazıb.
Qaluşenkonun sözlərinə görə, Poltava, Kirovoqrad, Zaporojye, Lvov, İvano-Frankosk və Vinnitsa vilayətlərində elektrik enerjisinin istehsalı və ötürülməsi obyektlərinə hücum edilib. Nəticələri aydınlaşdırılır. Artıq energetiklər onların aradan qaldırılması üçün çalışırlar.
Mətləb