Şimali Makedoniyada seçkilər keçirilir
Şimali Makedoniyada parlament seçkiləri, həmçinin prezident seçkilərinin ikinci turu keçirilir. TASS agentliyinin yaydığı xəbərdə deyilir ki, gün ərzində respublikanın 1,81 milyona yaxın vətəndaşı səsvermə hüquqlarından istifadə edə biləcək. Bildirilib ki, ölkədə 3480 seçki məntəqəsi fəaliyyət göstərir, səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatacaq.
Prezident seçkilərinin ikinci turunda iki namizəd mübarizə aparır: Qordana Siljanovska-Davkova və SDSM tərəfindən dəstəklənən respublikanın hazırkı prezidenti Stevo Pendarovski.
Mətləb