Xankəndi Şəhər Prokurorluğu yaradılır - Prezident Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
Nazirlər Kabineti, eyni zamanda, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Mətləb