KÖHNƏ VERSİYA            

Ermənilər Bakıya qarşı "irqçilik ittihamına" yeni saxta "əsas" gətirdilər...

Image

Xəyal Bəşirov: “Azərbaycanı “etnik təmizləmə”, “irqi ayrıseçkilik”də və sairdə ittiham edib bu barədə “araşdırma” aparmaları görüntü xarakteri daşıyır”

İrqi ayrıseçkilik, başqa millətlərə və dinlərə qarşı ögey münasibət formasının təzahürlərü özünü Ermənistanın siyasətində hər zaman göstərib. Bu birmənalı olaraq belədir. Amma təəssüflər olsun ki, Ermənistan və onun ideoloqları bu yoldan çəkinmək əvəzinə Azərbaycanı şərləməkdə davam edir.    

Bildiyiniz kimi, aprelin 15-də Beynəlxalq Ədalət Məhkəməsində İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistanın Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr keçirilib. Azərbaycanın rəsmi təmsilçiləri də Ermənistanın bu əsassız iddiaları ilə bağlı məhkəmə qarşısında tutarlı arqumentlərlə çıxış edib. 

Lakin Ermənistan yenə də dayanmaq, durmaq bilmir.   

Belə ki, “Armenpress”in mətbuat zalında keçirilən mətbuat konfransında qondarma Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru Edita Qzoyan bir sıra əsassız ittihamlar səsləndirib. Azərbaycanı irqi ayrı-seçkilikdə itiham edən institut rəhbəri deyib ki, guya Azərbaycan son illərdə  “Qarabağın dinc sakinlərinə qarşı düşmənçilik ritorikası” yürüdüb, Qarabağda “etnik təmizləmə” aparıb, erməniləri “məcburi köçkünə” çevirib, onları tam şəkildə  deportasiya edib, institut da bu “məsələləri” tədqiq edəcək (?).

Qondarma Erməni Soyqırımı Muzeyinin elmi işçilərinin diqqətinin “Azərbaycan tərəfindən həyata keçirilən mədəni soyqırıma və erməni mədəni sərvətlərinin məhv edilməsi məsələlərinə” yönəldiyini deyən E.Qzoyan bildirib ki, institut əməkdaşları 2023-cü ildə Qarabağdan guya “məcburi köçkün” düşmüş ermənilər arasında “faktların” toplanması missiyasına cəlb olunublar. Ermənilərin guya “deportasiyası”, onlara qarşı “zorakılıq, nifrətin qızışdırılması və digər təzahürlər” barədə  materialların toplanması və  arxivləşdirilməsi işləri aparılır. Guya Azərbaycanda “ermənifobiya” var. 

Ermənistanın saxta genosid İnstitutunun direktorunun  "Qarabağ əhalisinə qarşı Azərbaycanın irqi ayrıseçkilik, etnik təmizləmə siyasəti" ilə bağlı tədqiqatlar aparıldığını deməsinin özü gülünc bir haldır. Bunların bu cür "müzakirələrinin" ,  "təhlillərinin", "tədqiqatlarlarının" əslində bir məqsədi var. Guya Avropa məhkəməsində Ermənistanın Azərbaycana qarşı qaldırdığı irqi ayrıseçkiliyin nəticələrinin aradan qaldırılması konvensiyasına uyğun iddianı gücləndirmək istəyirlər. Axı hələ orada proses gedir, Azərbaycan XİN rəhbərinin müavini Elnur Məmmədov bu iddialara   qarşı əsaslı arqumentlər gətirib, dünyanın diqqətinə çatdırıb ki, irqi ayrıseçkiliklə biz yox, Ermənistan məşğul olub. Ermənilər isə vəziyyəti öz xeyirlərinə dəyişmək üçün içəridə belə "təhlillər" aparmağa başlayıblar. Bəlkə sabah Ermənistan Milli Elmlər Akademiyasını da bu şərləmə kampaniyasına qoşacaqlar, onlar da hansısa uydurma “tədiqiqatlar” aparacaqlar. Dünyada erməni yalanı, erməni saxtakarlığı heç zaman bitməz. 

Təbii, məqsədləri Qarabağda həqiqəti ortaya çıxarmaq yox, Avropa məhkəməsində öz vəziyyətlərini yüngülləşdirmək, iddialarını gücləndirməkdir. 

“Bu, beynəlxalq ictimaiyyətin aldadılmasına, Azərbaycanı qabaqlamağa xidmət edir” 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə “Ermənistanın bu addımı növbəti dəfə “oğru elə bağırdı ki, doğrunun bağrı çatladı” məsəlinə bənzəyir. Qeyd etdiyiniz kimi, bu onların Azərbaycanı bu prosesdə qabaqlamaq məqsədinə xidmət edir. Ermənistan onilliklər boyudur ki, saxta erməni “soyqırımı” uydurmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa, qəbul olunmasına, Türkiyəyə qarşı ərazi və kompensasiya iddiaları irəli sürməyə cəhd göstərir. Amma bugünə qədər bununla bağlı uğur əldə etməyib. Təbii ki, bəzi dövlətlər Türkiyəyə qarşı təzyiq siyasətini ortaya qoyarkən bu “soyqırım” faktorundan istifadə etməyə cəhd göstərir. Bu da əslində ermənilər və onların havadarları tərəfindən uydurulan “soyqırım” məsələsinə inamdan irəli gəlmir, bundan öz niyyətlərini gerçəkləşdirmək üçün istifadə edirlər.

Ermənistan indi də Azərbaycana qarşı bu əsassız ittihamları ortaya qoyub. Halbuki, Ermənistan daim Azərbaycana qarşı bu cinayətləri törədib, ötən əsrdə dəfələrlə azərbaycanlıları deportasiya edib, soydaşlarımızı etnik təmizləməyə məruz qoyub. 1905, 1918, 1948-ci illərdə, ondan əvvəl və sonra bu cinayətləri törədib. İndiki Ermənistan ərazisində öz tarixi dədə-baba yurdlarında yaşayan azərbaycanlılara qarşı soyqırım cinayətləri, etnik təmizləmə, təcavüz cinayətləri törədib. Bu proses keçən əsrin 80-ci illərinin sonlarından Ermənistan tərəfindən artıq real müstəviyə və konkret olaraq mütəşəkkil səvəiyyəyə keçirildi. Bu da Azərbaycan ərazisinin işğal edilməsi ilə nəticələnib. Söhbət 1987-1988-ci illərdə başlayan və Azərbaycanın 20 faiz ərazisinin işğalı ilə bitən prosesdən gedir ki, Azərbaycan xalqına qarşı bu cinayətləri törədən tərəf Ermənistan, Ermənistanın rəhbərliyində təmsil olunan  cinayətkar ünsürlər olub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, işğaldan   azad edilən ərazilərimizdə mötəbər sübutlara və dəlillərə əsasən deyə bilərik ki, onlar Azərbaycan dövlətinə və xalqına qarşı genosid, ekologiyamıza qarşı ekosid, mədəniyyətimizə, tarixi abidələrimizə qarşı kultsid, şəhərlərmizə və kəndlərimizə qarşı urbasid cinayətləri törədiblər. Bütün bu cinayətləri törədən tərəfin 19-20 sentyabr tarixində terrorçuların zərərsizləşdirilməsi ilə bağlı antiterror tədbirlərinin keçirilməsi prosesinə münasibətdə hay-küy qaldırmaları, Azərbaycanı “etnik təmizləmə”, “irqi ayrıseçkilik”də və sairdə ittiham edib bu barədə “araşdırma” aparmaları görüntü xarakteri daşıyır. Bu, beynəlxalq ictimaiyyətin aldadılmasına, Azərbaycanı qabaqlamağa xidmət edir. Bu, Ermənistan təmsilçilərinin beynəlxalq hüquqi müstəvilərdə Azərbaycanın Ermənistana qarşı qaldırdığı və bundan sonra qaldıracağı iddialarla bağlı prosesdə çaşqınlıq yaratmaq, eyni zamanda özlərini “zərərçəkmiş” tərəf kimi qələmə vermək məqsədlərini ortaya qoymaqdan ibarətdir.    Bunlar hamısı əsassız və absurddur”-deyə X.Bəşirov vurğuladı. 

Ermənistanın heç cür bununla beynəlxalq məhkəməyə təsir etmək etmək gücündə olmadığını deyən X.Bəşirov qeyd etdi ki, əvvəlcə Ermənistan Türkiyənin tələbinə uyğun olaraq arxivləri açsın və qondarma 24 aprel iddiaları ilə bağlı arxiv materiallarını ortaya qoysun. O hesab edir ki, o arxivlərdə qondarma erməni “soyqırımı” haqda heç bir məlumat yoxdur, burada onların azərbaycanlılara, türk xalqına qarşı törətdikləri soyqırım cinayətlərinin izləri ortaya çıxacaq. Müsahibimiz vurğuladı ki, N.Paşinyan bu barədə araşdırma aparılcağını bəyan etsə də, ona bununla bağlı imkan veriləcəyi inandırıcı görsənmir. “Bu aradırmaların aparılması Ermənistanın bir cinayətkar dövlət kimi məsuliyyətə cəlb edilməsinə gətirib çıxaraq. Ona görə də inanmıram ki, erməni diasporu, lobbi təşkilatları, Ermənistan dövlətinə təsir edən dövlətlər buna imkan versinlər. Bu, gözdən pərdə asmaq üçün növbəti dəfə Ermənistanın ortaya atdığı bir oyundur. Bilirik ki, Azərbaycan Ermənistana qarşı irqi ayrıseçkiliyin bütün nəticələrinin aradan qaldırılması konvensiyasına uyğun olaraq proses başladıb, həmin o proseslə bağlı Ermənistan öz xeyrinə “sübutlar” toplamaq yönündə addımlar atır. Yaxud da ən azı həmin proseslərin getdiyi dövrdə yeni “proseslərin” baş verdiyindən dəm vura bilərlər ki, bu da hər bir halda, onların düşüncəsinə görə, prosesdə xeyirlərinə dönüş yarada bilər.  Amma düşünürəm ki, bu absurddur. Əskinə, Ermənistan hər bir cəhdində uğursuzluğa düçardır. Bu uğursuzluğa düçar olma əksinə, gələcəkdə bizim Ermənistana qarşı  arqumntlərimizin güclənməsinə gətirib çıxaracaq. Ona görə də biz, Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi olaraq, Ermənistanın Azərbaycana qarşı əsassız ittihamlarını, eyni zamanda Azərbaycanın Ermənistana qarşı beynəlxalq hüquq müstəvilərində - Beynəlxalq Ədalət Məhkəməsində, Beynəlxalq Cinayət Məhkəməsində, İnsan Haqları Məhkəməsində qaldırdığı iddilarla bağlı araşdırmalar aparırıq. Həmin araşdırmaları aparan mərkəzin rəhbəri kimi sizin diqqətinizə çatdıra bilərəm ki, artıq Ermənistan tərəf hüquqi müstəvidə də Azərbaycana məğlub olacaqlarını çox gözəl anlayır. Böyük hesabla, Ermənistan Azərbaycanın ona qarşı qaldıracağı böyük miqyaslı, yüz milyardlarla dollar həcmində təzminatın qarşısını almaq deyil, prosesi uzatmaq üçün bu addımı atır. Onlar çox gözəl anlayırlar ki, bu prosesin qarşsısını ala bilməzlər. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, biz prosesi də yarımçıq qoymayacağıq. Azərbaycan dövlətinə qarşı törədilmiş bütün addımların məsuliyyəti olmalıdır, biz döyüş meydanında onların məsuliyyət məsələsini həll etdik, onları kapitulyasiyaya uğratdıq və 6 milyard dollar həcmində Ermənistandan hərbi qənimətlər əldə etdik, orduları darmadağın edildi, işğala son qoyuldu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, suverenliyimiz bərpa olundu. Daha sonra siyasi və diplomatik müstəvidə də biz həm Ermənistana, həm də onun havadarlarına böyük hesabla qalib gəlmişik. Bu proses bu gün də davam edir. Düşünürəm ki, bu prosesin davamı kimi, hüquqi müstəvidə də Azərbaycan Ermənistana qarşı uğurlu addımlarını atacaq, Ermənistanın Azərbaycan dövlətinə ilk gündən bugünə qədər vurduğu bütün zərər təzminatlaşdırılacaq və bu ölkə tərəfindən ödənilməsinə nail olunacaq”-deyə X.Bəşirov əlavə etdi.

İradə SARIYEVA







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031