KÖHNƏ VERSİYA            

“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

Image

Azərbaycan dekabrın 19-da növbəti diplomatik uğura imza atdı. Belə ki, Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində ölkəmiz yekdilliklə D-8 təşkilatının üzvü seçildi. Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir. 

Azərbaycanın quruma üzvlüyü uğurlu siyasətinin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, söz sahibliyinin nəticəsidir. Azərbaycanın bu quruma üzvlüyünün məhz dünyanı Bakıya toplayan COP29 tədbirindən sonrakı dövrə təsadüf etməsi özündə bütün məqamları ehtiva edir. COP29 uğurlu nəticələri ilə dünyaya səs saldı.

Azərbaycanın dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi ölkəmizin həm iqtisadi, həm də siyasi müstəqilliyinin təmin edilməsində əhmiyyətli rol oynayır. Daim malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycanın bu ehtiyatlardan səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrini uğurla həyata keçirməsi ölkələr arasında yeni etimad körpülərinin qurulmasında, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində öz sözünü deyir. Ümummilli Lider Heydər Əliyevin  iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən mühüm addımlardan oldu. Öncə regional çərçivədə qurulan əməkdaşlıq zaman keçdikdə coğrafiyasını genişləndirdi, beynəlxalq miqyas aldı. Hazırda Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan, dünyanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi, onun əsas tərkib hissəsi olan TANAP-ın və TAP-ın genişləndirilməsi Azərbaycanın qlobal miqyasda nüfuzunu və rolunu getdikcə artırır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi” davamı olaraq “Yeni əsrin müqaviləsi”nin Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırır. Son 21 ilin  iqtisadi uğurları məhz neft gəlirlərindən səmərəli istifadəyə əsaslanır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi qeyri-neft sektorunun uğurlu inkişafına yol açır. Artıq bugünün çağırışı yaşıl enerjiyə keçiddir. COP29 tədbiri Azərbaycanın bütün imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Qeyd etdiklərimizin fonunda Azərbaycanın D-8 təşkilatına üzvlüyünü şərtləndirən amillər özünü aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır. Ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirakı ilə  2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. 

Millət vəkili qeyd edib ki, Azərbaycanın bu təşkilata üzvlüyü digər üzv ölkələrlə ticarət əlaqələrini genişləndirməyə, xüsusilə enerji, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində daha çox imkan əldə etməyə kömək edəcək. Azərbaycanın böyük investisiyalar məkanı kimi mövqeyini daha da möhkəmləndirəcək. Yaxın gələcəkdə Qarabağın və Şərqi Zəngəzurun iqtisadi resurslarından səmərəli istifadə ölkəmizin dayanıqlı inkişafına töhfələr verməklə yanaşı, iqtisadi əlaqələrinin coğrafiyasını genişləndirəcək. Azərbaycanın hazırkı dövrdə əsas hədəflərindən biri ixrac imkanlarını genişləndirməkdir. D-8 təşkilatına üzvlük bu sahədə də imkanlar yaradacaq. Ölkəmiz texnoloji inkişafı, müasir çağırışları yüksək səviyyədə yerinə yetirməsi, daim yeniliyə, təkmilləşməyə meyilli olması ilə dünyanın diqqətindədir. Bu baxımdan digər üzv ölkələrlə texnologiya və innovasiya sahəsində əlaqələrin gücləndirilməsi, sosial-mədəni layihələrin icrası da Azərbaycanın təşkilat daxilində mövqelərini möhkəmləndirməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan texnoloji yenilikləri ilə daim dünyanın diqqətindədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, müasir idarəçilik sisteminin tətbiqi də bunu bir daha təsdiqləyir. Azərbaycan bütün bu imkanlardan səmərəli istifadə edərək həm quruma üzv dövlətlərə, həm də onlarla əməkdaşlığın genişləndirilməsinə böyük töhfələr verə bilər. Əlverişli geosiyasi mövqedə yerləşən, geniş iqtisadi potensiala və müasir nəqliyyat infrastrukturuna malik olan Azərbaycan artıq özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiqləyib. Avropa ilə Asiyanın qovuşağında yerləşən ölkəmiz həyata keçirdiyi enerji və nəqliyyat layihələri ilə ölkələri, xalqları bir araya gətirir, onlar arasında körpü rolunu oynayır. Azərbaycan, eyni zamanda, müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikultural dəyərlərə davamlı töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Məhz bu amillər ölkəmizin D-8 təşkilatına üzvlüyünü şərtləndirdi. Azərbaycanın diplomatik təcrübəsi hədəfələrinə doğru inamla irəliləməsində, beynəlxalq nüfuzunun artmasında  əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycanın D-8-ə üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atıldı. 1997-ci ildə İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olundu. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.

Milli Məclisin deputatı diqqəti dövlət başçısı İlham Əliyevin Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşımına yönəldib. Vurğulayıb ki, paylaşımda  İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısında Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürünü bildirən ölkə Prezidenti bu mühüm addımı, diplomatik uğuru, Azərbaycanın namizədliyinə dəstəyi üzv ölkələr ilə səmimi dostluğun və əməkdaşlığın göstəricisi kimi qeyd edir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddətdə ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunub. Bu, bizim üçün qürur mənbəyidir. Dövlətimizin başçısı belə bir əminliyi ifadə edir ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcək.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizin D-8-ə üzvlüyü bir daha sübut edib ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir. Təşkilatın yeni hədəfləri “2020-2030-cu illər yol xəritəsi” sənədində əks olunub. D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq.







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

20.12.2024 | 16:38
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:36
Lukaşenko Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 16:35
Si Cinpin Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:33
Yaşar Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıldı, Çexiyaya səfir təyin edildi

20.12.2024 | 16:25
Azərbaycanın Niderland Krallığında yeni səfiri təyin edildi

20.12.2024 | 16:24
Ramil Rzayev Azərbaycanın İndoneziyada səfiri təyin edildi

20.12.2024 | 16:23
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırıldı

20.12.2024 | 16:20
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edildi

20.12.2024 | 16:14
Adış Məmmədov Azərbaycanın Qətərdəki səfiri təyin edildi

20.12.2024 | 16:13
Azərbaycanın Çex Respublikasında səfiri geri çağırıldı

20.12.2024 | 16:12
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü veriləcək

20.12.2024 | 16:11
Azərbaycanın Qətərdəki səfiri geri çağırıldı

20.12.2024 | 16:07
Mayıl Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

20.12.2024 | 16:05
Dövlət İnvestisiya Proqramının tərtibi və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi

20.12.2024 | 15:55
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

20.12.2024 | 15:44
Yerli avtomobil sənayesinin canlanması üçün vergi güzəştləri tətbiq olunacaq

20.12.2024 | 15:32
Putindən Əsədə sərt qadağalar - pulları və aktivləri donduruldu, Moskvadan çıxışı qadağan edildi

20.12.2024 | 14:50
Prokurorluğun müdaxiləsilə 41,3 milyon dollar ixrac pulu ölkəyə qaytarıldı...

20.12.2024 | 14:26
Qiyabi təhsil alan tələbələr təhsil krediti ala bilərmi? - Sədr açıqladı...

20.12.2024 | 14:01
Türkiyənin qış möcüzələrini kəşf edin

20.12.2024 | 13:56
Oğuzda pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şəxs saxlandı

20.12.2024 | 13:53
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində növbəti görüş oldu

20.12.2024 | 13:43
Bu şəxslərin hərbi xidmətdən azad edilməsi təklif edilir

20.12.2024 | 13:30
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

20.12.2024 | 13:17
ABŞ Colani ilə görüşmək üçün Dəməşqə heyət göndərdi...

20.12.2024 | 13:02
"Təəssüf ki, BQXK Ermənistanda saxlanılan azərbaycanlıları müdafiə edə bilmir" - Aydın Səfixanlı

20.12.2024 | 12:48
Azərbaycan və Türkiyə arasında regional təhlükəsizlik məsələləri Bakıda müzakirə edildi

20.12.2024 | 12:33
"Ermənistan İkinci Qarabağ müharibəsi dövründə ölkəmizə qarşı beynəlxalq humanitar hüququ pozub" - MN rəsmisi

20.12.2024 | 12:18
İsrail Səfirliyi görmə qabiliyyətini itirmiş dörd Azərbaycan vətəndaşına "OrCam MyEye" cihazlarını hədiyyə etdi

20.12.2024 | 12:05
Bu aktyor "Bir zamanlar İstanbul"da rol alacaq

20.12.2024 | 12:00
"Yeni il şənlikləri zamanı..." - FHN əhaliyə müraciət etdi

20.12.2024 | 11:30
Bir gündə 1,6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - DİN məlumat yaydı

20.12.2024 | 11:20
Adil Kərimli Romada italiyalı həmkarı ilə görüşüb

20.12.2024 | 11:10
39 yaşı var, NBA-da rekord qırır...

20.12.2024 | 11:07
Milli Məclis iclas keçirir - 11 məsələ müzakirə olunur

20.12.2024 | 11:05
"Ermənistan Beynəlxalq hüququn bütün norma və prinsiplərini pozub"

20.12.2024 | 11:00
İranda 10 nəfər etirazçı edam olunacaq

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031