Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi
Suriyada devrildikdən sonra Moskvaya qaçan Bəşər Əsəd Rusiyada yeni problemlə üzləşib. İddialara görə, Bəşər Əsədin 24 illik həyat yoldaşı Esma Əsəd ərindən boşanmaq üçün Moskvada məhkəməyə müraciət edib.
Esma Əsədin Moskvadakı yaşayış şəraitini bəyənmədiyi və Londona getmək istədiyi bildirilir.
Bu məqsədlə Rusiya məhkəməsinə müraciət edən Esma Əsəd Moskvanı tərk etmək üçün xüsusi icazə də istəyib. Onun müraciət hazırda Rusiya səlahiyyətliləri tərəfindən nəzərdən keçirilir.
2000-ci ildə Bəşər Əsədlə evləndikdən sonra Suriyaya köçən və bankçılıq karyerasını geridə qoyan Esma Əsad Londonda anadan olub və Britaniya vətəndaşıdır.
Onun boşanma tələbinin necə nəticələnəcəyi və Londona qayıtmaq cəhdinin uğurlu olub-olmayacağı isə qarşıdakı dövrdə bəlli olacaq.
Qeyd edək ki, Bəşər Əsədin aktivləri və pula çıxışı Rusiya hakimiyyəti tərəfindən dondurulub, ona Moskvanı tərk etmək qəti qadağan edilib.
TAHİR