"Azərbaycan və Ermənistan sərhədin delimitasiyası üzrə bəzi məsələləri razılaşdırıb" - Peskov
Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar gedir, bəziləri artıq razılaşdırılıb. Trend xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Birinci kanal"a müsahibəsində bildirib.
“İki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar gedir, bəziləri artıq razılaşdırılıb. İki ölkə arasında iş gedir. Sülh müqaviləsi üzrə hələ də razılaşdırılmamış maddələr var", - o əlavə edib.