KÖHNƏ VERSİYA            

İran-İsrail gərginliyində ən doğru mövqeni Azərbaycan tutur...

Image

İsrail Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ABŞ-dan əlavə silah istəyib. “Bloomberg” agentliyi bildirir ki, İsrail Vaşinqtondan daha çox tank mərmisi və hərbi maşın verməsini xahiş edib. Agentlik qeyd edib ki, yəhudi dövləti Qəzza zolağında müharibə və İranla artan gərginlik fonunda ehtiyatlarını artırmağa ümid edir.

Xatırladaq ki, bu günlərdə Dəməşqdə iranlı generalların öldürülməsinə cavab olaraq Tehran 365 raket və dronla İsraili vurdu. Əvəzində İsrail İran ərazisində yerləşən obyektlərə məhdud cavab hücumu həyata keçirib. İsrail rəsmi olaraq hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda, “The Washington Post” qəzetinə müsahibəsində yəhudi dövlətinin adı açıqlanmayan nümayəndəsi İsrailin İrandakı hədəflərə zərbə endirmək qabiliyyətini göstərmək üçün bu hücumu həyata keçirdiyini təsdiqləyib. Bu fonda İranın dövlət telekanalı “Press TV” hərbi ekspertlərə istinadən məlumat yayıb ki, İran İsrailin hücumu halında Dimonadakı nüvə tədqiqat mərkəzini vura bilər. Bunlar fonunda təhlilçilər narahatdır ki, İran-İsrail münaqişəsi qızışsa, miqyası böyüsə, region ölkələri, o cümlədən də Azərbaycan bu qarşıdurmanın bir hissəsinə çevrilə bilər. Ölkəmiz üçün bir tərəfdə uzaq dost ölkə İsrail, bir tərəfdə də yaxın qonşu İran var. İsrail kəşfiyyatı olan “Mossad”ın keçmiş direktoru Efraim Halevi bu fonda qeyd edir: “Düşünmürəm ki, İsrail, İranla aramızda müharibə olarsa, buna Azərbaycanın qoşulmasını istəyəcək. Biz Azərbaycanı hərbi əməliyyatlara cəlb edib çətin vəziyyətə salmaq istəmirik. Bizim istədiyimiz Bakıdan mənəvi dəstək almaqdır. Azərbaycandan istədiyimiz odur ki, İranın davranışları ilə bağlı, İranla bağlı baxışlarını ifadə etsin. İstəyirik, Azərbaycan aydın şəkildə bildirsin ki, İranın yalnız İsraillə bağlı yox, bütün qonşuları ilə bağlı yürütdüyü siyasət haqda nə düşünür. Məncə, Azərbaycanın da marağındadır ki, bunu qəbul etsin”. Xatırladaq ki, İranın aprelin 13-də İsrailə dron hücumundan sonra bir çox Qərb dövlətləri Tehranı pisləyən, İsraili açıq dəstəkləyən bəyanatlar versələr də, Azərbaycan Xarici İşlər Nazirliyi hər iki tərəfi təmkinli olmağa çağıran bəyanat verib: “Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”. Efraim Halevi “Azadlıq” radiosuna deyib ki, Azərbaycanın özünün nəzərə aldığı məqamlar var və bir israilli kimi Azərbaycanın xarici siyasətinə qarışmaq istəməzdi.

Bəzi İran media orqanları, məsələn, mühafizəkarlara yaxın “khabarlar.online” iddia edir ki, İsrail Azərbaycan ərazisindəki hərbi bazasından İrana dron göndərib. Halbuki, bunun heç bir əsası yoxdur. “Mossad”ın keçmiş direktoru bu barədə belə deyir: “Düşünmürəm ki, Azərbaycan ərazisi İsrailə xidmət edir. Azərbaycanla münasibətimiz var, turist səfərləri edirik, gedib-gəlirik, bizim İranı daha yaxından izləmək kimi imkanımız yaranır. Məncə, bu bir üstünlükdür. Biz bundan hərbi mənada istifadə etmirik, bizim İran-Azərbaycan sərhədində İranla münaqişəyə girmək kimi niyyətimiz yoxdur. Odur ki, Azərbaycan bizimlə münasibətdə tam rahat ola bilər”. Qeyd edək ki, ötən dövrdə Azərbaycan-İsrail münasibətləri bir az da sıxlaşıb. Bakı uzun illərdən sonra, 2023-cü ildə bu ölkədə səfirliyini açıb. İsrail Azərbaycanın əsas silah təchizatçılarındandır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun – SIPRI-nin məlumatına görə, 2016-2020-ci illərdə İsrail Bakının silah idxalının 70 faizə qədərini verib. Bu, həmin dönəmdə İsrailin silah ixracının 17 faizi demək idi. Keçən ilin payızında “Forbes” jurnalı yazırdı ki, hazırda Azərbaycan İsrailin neft tələbatının təqribən 40 faizini təmin edir, avtomobil və təyyarələri enerji ilə təmin edən mühüm ölkədir. Beynəlxalq Böhran Qrupunun İran layihəsinin baş məsləhətçisi Əli Vaezi hesab edir ki, bütün bu tarixçəni, coğrafi amilləri nəzərə alanda Azərbaycanın durumu doğrudan da risqlidir: “Yaxın Şərqdəki gərginlik qızışarsa, bu asanlıqla Azərbaycana da keçə bilər. Münaqişə Azərbaycana keçsə, İrana rəğbəti olan şiə qruplar radikallaşa bilər. Bu isə, hətta İran və Türkiyə arasında inamsızlığı və gərginliyi artıra bilər”. Əli Vaezi deyir ki, Azərbaycan və İran gərək bir-birindən sui-istifadə edilməsinə heç bir halda imkan verməsinlər. İran mətbuatını izləyən Yaxın Şərq İnstitutunun şərhçisi Ümid Şükrü deyir ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə, yəni İranın İsrailə hücumu ərəfəsində İran mətbuatında Azərbaycanın israilyönümlü olması ilə bağlı ittihamlara rast gəlinmir. Bununla belə, məsələn, İran parlamentinin deputatı Raşidi Koçi X hesabında İsrailin Bakıdakı səfirliyini vurmağı təklif edib.  Bir çox İran mediası bu tviti tirajlayıb. İsrailin İranın Dəməşqdəki konsulluğunu vurması barədə xəbər yayılanda İranda bir qrup insan İsrailin Bakıdakı səfirliyinin vurulması barədə çağırış etdi. Bu da onu göstərir ki, İran daxilində Azərbaycanın münaqişənin parçası olmasını istəyənlər var. Odur ki, Azərbaycan üçün ən mühüm olan neytral qalmaq və İsraillə münasibətlərini genişləndirməkdir. Əslində, bənzər cəhdlər əvvəllər də olub. Məsələn, keçən ilin iyulunda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Bakıda üçüncü ölkənin səfirliyinə hücum planlaşdırmaq şübhəsi ilə 23 yaşlı Əfqanıstan vətəndaşı saxlanıb. Bəyanatda şübhəlinin İsrail səfirliyini hədəf aldığı yazılmayıb. Amma İsrailin Xarici İşlər naziri Eli Koen deyib ki, Azərbaycandakı İsrail səfirliyinə baş tutmayan hücuma görə İran məsuliyyət daşıyır. Bakıda da bu mövzunu həssas mövzu hesab edirlər. Xüsusilə İran azərbaycanlılarına görə bu həssas mövzudur. Bu mövzu Azərbaycanın xarici siyasətinin də əsas məsələlərindən biridir. İran çox yaxın qonşu ölkədir, həm də orada 40 milyondan çox soydaşımız yaşayır. Bundan əlavə, qonşu ölkədə bəzi dairələr, orada nə baş verirsə-versin, Azərbaycanı bununla əlaqələndirməyə çalışır və təəssüf ki, İran ictimai rəyini manipulyasiya etmək istəyirlər. Amma Azərbaycanın İsraillə münasibətləri onun suveren haqqıdır. Ekspertlər hesab edir ki, Azərbaycanın indiki neytral mövqeyi ən yaxşı mövqedir.

Nahid SALAYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031