Paşinyan: "Rusiya sərhədçiləri Tavuşdan çıxacaq"
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasından sonra Rusiyanın sərhəd zastavaları Tavuş rayonundan çıxarılacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Hazırda baş verənlər vəziyyətin ciddi şəkildə dəyişməsidir. Bu o deməkdir ki, artıq bizim təmas xəttimiz yox, sərhədimiz var və sərhəd sülhün əlamətidir. Azərbaycan və Ermənistan sərhədçiləri bir-biri ilə əməkdaşlıq şəraitində sərhədi müstəqil şəkildə qoruyacaqlar”, - deyə Ermənistan hökumətinin başçısı bildirib.
ZÜMRÜD