Bazar günü, 1 iyun 2025
     

Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

Image

İbrahim Rüstəmli: "Bu gün Ermənistanın orduya yararsızları əsgəri xidmətə cəlb etməsi, sıraya düzməsi orda yaşanan çox ciddi insan resursları ilə bağlı problemlərdəndir"

44 günlük Vətən müharibəsindən sonra Ermənistan ordusunun vəziyyətinin olduqca kritik olduğu deyilir. Bir tərəfdən də çağırışçıların müxtəlif bəhanələrlə əsgəri xidmətdən boyun qaçırması, fərarilik kimi hallar Ermənistan ordusuna xasdır.  

Bu gün Ermənistanda həqiqi hərbi xidmətlə bağlı yeni qaydalar təsdiqlənib. Belə ki, yeni qaydalara görə, erməni ordusuna "neqodnıları" rəsmən çağıracaqlar. Açıq görsənir ki, bu ölkənin mobilizasiya resursları tükənib. 

Erməni mediasının yazdığına görə, Ermənistan  hökumətinin dekabrın 19-da keçirilən iclasında müəyyən xəstəlikləri olan çağırışçıların hərbi xidmətə qismən yararlı kimi tanınmasına dair qərar təsdiq edilib. Dəyişikliklər ruhi, endokrin və ya tənəffüs yolları xəstəliklərinin orta ağır forması olan çağırışçılara aiddir. Əvvəllər belə hallarda bir illik möhlət verilirdi, lazım gələrsə, uzadılırdı. İndi sağlamlıq imkanları məhdud olan çağırışçılar yüksək fiziki hazırlıq tələb olunmayan hissələrə xidmətə göndəriləcək.

"Bu gün Ermənistan ordusu əsgərliyə yararsızların ümidinə qalıb"

Hərbi ekspert İbrahim Rüstəmli "Bakı-Xəbər"ə bildirdi ki, Ermənistan bu problemi təkcə indi yaşamır,  keçən əsrin 90-cı illərindən üzü bu yana Ermənistanda bu, ciddi bir problem olaraq daim aktual fazada dayanıb. "Bütün məsuliyyətimlə deyə bilərəm ki, 44 günlük Vətən savaşına qədərki dövr ərzində də Ermənistan ordusunda hərbi mükəlləfiyyətlilərin hərbi xidmətə çağırılması ilə bağlı o qədər ciddi problemlər yaşanıb ki, bu, dövlət səviyyəsində "narıncı təhlükə" elan olunub. Yəni elə çağırış dövrləri olub ki, Ermənistanda bir nəfər də olsun erməni gənci hərbi xidmətə yollanılması məqsədilə  hərbi komissarlığa müraciət etməyib. Bütün hüquq-mühafizə orqanları, dövlət təhlükəsizliyi qurumları, Baş prokurorluq, polis, Müdafiə Nazirliyi bu məsələyə səfərbər olunub. Yəni bu zaman-zaman Ermənistanda yaşanan və çox ciddi problemlərlə izlənilən bir məsələdir. Bu məsələdə Ermənistan hələ də heç bir irəliləyişə nail olmayıb. Xüsusilə də 44 günlük Vətən savaşından sonra erməni gənclərinin böyük əksəriyyəti çörək dalınca başqa ölkələrə üz tutublar. Vətən savaşında uğradıqları ağır məğlubiyyət, yaşadıqları şok və sair kimi halların fonunda da belə bir problemin qlobal şəkil alacağı gözlənilən idi və baş verdi də. Yəni bu gün Ermənistanın orduya yararsızları əsgəri xidmətə cəlb etməsi, sıraya düzməsi orda yaşanan çox ciddi insan resursları ilə bağlı problemlərdəndir. Bu problem getdikcə daha kəskin xarakter alacaq. Görün, orada çağrışdan yayınanların, ölkəni tərk edən gənclərin sayı nə qədər çoxdur ki, əsgərliyə yararsızların əsgərliyə çağırılması rəsmən təsdiqlənib.  Bu gün Ermənistan ordusu əsgərliyə yararsızların ümidinə qalıb.  

Konkret demək istəyirəm ki, keçən əsrin 90-cı illərində ermənilər bizim torpaqlarımızı öz havadarlarının dəstəyi ilə işğal etmişdilər. Sonradan bir eyforiyaya da uydular və bunun nəticəsində özlərini sabun köpüyü kimi  o qədər şişirtdilər ki, 44 günlük Vətən savaşında biz ildırım sürətilə onların havasını aldıqdan bəri şok yaşayırlar. Yəni Ermənistan heç vaxt öz ordusunu yaratmaq və onu nizami bir quruma çevirmək iqtidarında olmayıb. Onun insan resursları son dərəcə məhduddur". 

İ.Rüstəmli qeyd etdi ki, insan resurslarını məhdudlaşdıran əsas amillərdən biri də Ermənistanda yaşanan ictimai-siyasi, sosial vəziyyətdir. O bildirdi ki, xüsusilə insanların bir tikə çörək dalınca müxtəlif ölkələrə getməsi Ermənistanda əhalinin sayına da ciddi təsir göstərir: "Yəni zamanında Suriya, Livan, İran, Rusiya, Fransa və digər ölkələrdən gələn muzdluların və erməni lobbisinin dəstəyi ilə göndərilən o quldur dəstələrinin köməyi ilə onlar bizim torpaqlarımızı işğal etdilər. Bəzi məsələləri də qeyd etməliyik. Məsələn, o dövrdə Azərbaycanın daxilində çox ciddi siyasi xaos yaradıldı və bunun nəticəsində eyni problem Azərbaycan ordusunda da yaşandı. 1993-cü ilin ikinci yarısından isə Ulu Öndər hakimiyyətə gələndən sonra ordu quruculuğu ilə bağlı konkret addımlar atıldı, maddi-texniki baza formalaşdırıldı, azərbaycanlı kadrların Vətənə qayıtması və orduda xidmət etməsi üçün şərait yaradıldı və sair. Ancaq Ermənistanda bu proses getmədi. Çünki ermənilərin belə bir lideri yox idi. Burada digər faktı da xüsusi vurğulamaq istəyirəm. Erməni gənclər bu gün niyə orduda xidmət etmək istəmir, xəstəliklər bəhanəsilə xidmətdən yayınırlar? Çünki onlar və valideynləri istəmirlər ki, hökumət onları daha dərin facilərə sürükləsin. 

O vaxt Ermənistanda fəaliyyət göstərən mülki insan hüquqları təşkilatları vardı, o indi də var. O zaman mülki əhali bar-bar bağırırdı ki, bizim üçün Qarabağ problemi yoxdur, Qarabağ bizim deyil, Azərbaycan torpaqlarıdır, biz öz övladlarımızın Qarabağ torpaqlarında döyüşməyə göndərilməsinə, orda ölməsinə razı deyilik. 44 günlük Vətən savaşından sonra isə bu proses çox ciddi bir şəkildə daha real və praktik şəkildə özünü göstərməyə başladı". 

İ.Rüstəmli hesab edir ki, gələcəkdə Ermənistanda bu problem daha da dərinləşəcək. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

01.06.2025 / 14:16
Kremlin ideoloqu: “Türk xalqı artıq gələcəyini Ərdoğanda görmür”

01.06.2025 / 12:41
Makronun daxili işlər naziri öz xalqını "barbar" adlandırdı…

01.06.2025 / 12:38
Rusiya İstintaq Komitəsi Bryanskdə çökən körpünün partladıldığını açıqladı...

01.06.2025 / 11:56
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir

01.06.2025 / 10:18
Rusiyada körpü qatarın üstünə uçdu - yeddi ölü, çox sayda yaralı var...

01.06.2025 / 09:35
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO

01.06.2025 / 00:07
İlham Əliyev 2004-cü ildəki referenduma uyğun kursu davam etdirir, yunan deputatın əsəbi yersizdir...

31.05.2025 / 22:23
Prezident İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO/VİDEO

31.05.2025 / 22:06
Səudiyyədən İrana xəbərdarlıq - Ya ABŞ-la razılaşın, ya da İsrailin hücumuna hazır olun...

31.05.2025 / 20:33
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regional məsələləri müzakirə edib

31.05.2025 / 19:04
ABŞ Cənubi Qafqazda yenidən fəallaşır - Tramp siyasəti dəyişir...

31.05.2025 / 18:41
Xorvatiya lideri Aİ-ni yıxıb sürüdü - ölkələrə yalandan üzvlük sözü verib onlardan müəyyən güzəştlər qoparmağa çalışırlar...

31.05.2025 / 18:30
Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa və Ağdamda olublar

31.05.2025 / 18:18
Bakı-İrəvan sazişinin yeri və zamanı hələ müzakirə edilmir - Qriqoryan məqsədli təhrifə yol verdi... 2 şərt icra olunub ki?...

31.05.2025 / 17:52
İmamoğlu: “16 milyon istanbullunu bir-bir həbsəmi atacaqsan?”

31.05.2025 / 17:35
"Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 397 nəfər həlak olub və yaralanıb" - XİN

31.05.2025 / 17:20
Ermənistanda kilsə-hakimiyyət qarşıdurması kəskinləşir...

31.05.2025 / 17:07
Elon Maskın niyə gözü göyərib?

31.05.2025 / 16:44
Tramp Ukrayna danışıqlarında Medinskini bu səbəbdən Kremlin adamı kimi görmək istəmir...

31.05.2025 / 16:03
“Belə çıxır ki, bu küfr edənlər heç oruc tutmurlar”: Nikol Paşinyan ruhanilərdən əl çəkmir

31.05.2025 / 16:01
Rusiya Ukraynanın sülh danışıqlarına gəlməməsindən qorxuya düşüb

31.05.2025 / 15:42
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb...

31.05.2025 / 15:06
Goranboyda mülki şəxs minaya düşdü, sol ayağı amputasiya edildi

31.05.2025 / 14:48
Polis əməliyyat keçirdi, 9 kiloqram narkotik aşkarlandı

31.05.2025 / 14:23
Sərhəddə mobil telefon əməliyyatı - təhqiqatçı islah işlərinə məhkum edildi

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456