Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...
Ukraynanın Baş naziri Denis Şmıqal Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin 2025-ci il yanvarın 1-də səhər saat 7-də başa çatacağını açıqlayıb.
O, bu qərarın 2019-cu ildə imzalanmış 5 illik qaz tranziti müqaviləsinin müddəti başa çatdıqdan sonra qəbul edildiyini deyib.
Şmıqal, müqavilə müddəti bitdiyi üçün qaz tranzitini fiziki olaraq dayandıracaqlarını bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Zelenski də müqaviləni yeniləməmək qərarına gəldiyini açıqlamışdı. Rusiya prezidenti Putin isə bildirib ki, bu qərar “Qazprom”un bir yükündən azad olması deməkdir, lakin əsl zərbə Avropaya dəyəcək.
TAHİR