TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu
"TƏBİB tabeli tibb müəssisələrində keçirilən plastik cərrahiyyə əməliyyatları ilə bağlı problem olmayıb”. Baki-xeber.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, həkimlərin ixtisas, sertifikasiya dərəcələri və əvvəlki əmək fəaliyyətinə fikir veririk: “Orada çalışan plastik cərrahlar qanunvericilik qaydaları ilə işə götürülür. Ən birinci məqsədimiz xəstələrə ehtiyac olan tibbi xidmətləri düzgün həyata keçirməkdir. Bizim həkimlərin işinə nəzarət edən deportamentimiz var”.
Günel CƏLİLOVA