KÖHNƏ VERSİYA            

Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

Image

Hafiz Cabbarov: “Həm Türkiyənin, həm də Azərbaycanın Mədəniyyət nazirlikləri, Xarici İşlər nazirlikləri və digər aidiyyəti dövlət qurumları birgə UNESCO-ya müraciət edib...”

Azərbaycan torpaqlarında yaradılan Ermənistan adlı dövlət, bütövlükdə ermənilərin özlərini “qədim sivlizasiyalara” yamaq etmək üçün etmədikləri saxtakarlıq qalmayıb. Bütün dünya bilir ki, real tarixdə “erməni sivlizasiyası” deyilən bir nəsnə olmayıb, amma di gəl, bunlar özlərindən qondarma tarix düzəltdikləri kimi saxta sivilizasiya da “icad edirlər”.   

Ermənistanın paytaxtı İrəvanda “Qədim Sivilizasiyalar” Forumunun iclası keçirilib. 

İclasda “Qədim Sivilizasiyalar” Forumuna üzv dövlətlərin - Ermənistanın, Boliviyanın, Çinin, Misirin, Yunanıstanın, İranın, İraqın, İtaliyanın, Perunun rəsmi şəxsləri, Xarici İşlər nazirliklərinin vəzifəli şəxsləri iştirak edib. Forumun iclasıına Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sədrlik edib.

Görüşün sonunda qəbul olunan bəyannamədə üzv dövlətlər nəsli kəsilməkdə olan mədəni irsin monitorinqi, əldə edilməsi və mühafizəsi sahəsində UNESCO-nu əməkdaşlığa çağırıblar. Bu quruma etdikləri  müraciətdə qondarma “məcburi köçkünlərin qeyri-maddi mədəni irsinin qorunub saxlanılması üçün proqram fəaliyyətlərindən” də danışılıb. Ermənistan yenə də öz qondarma iddiasını irəli sürüb və dəxilsiz məsələləri ortaya atıb. 

Bəyannaməyə yerini dəyişmiş xalqların qədim sivlizasiyasının müdafiəsi ilə bağlı maddəni də salıblar. Bu maddənin salınmasına gəlincə, burada adı çəkilən ölkələrin heç birinin Ermənistan kimi dərdi yoxdur. Yəni qondarma da olsa, Ermənistan iddia edir ki, onun “qaçqın xalqı” var, Qarabağdan köçüb getmiş erməniləri nəzərdə tutur. O maddəni Ermənistan birbaşa Qarabağa aid edib və öz çirkin oyununa UNESCO-nu da, o dövlətləri də qatmaq yolunu tutub.    

Görün, qədim sivilizasiyalar deyəndə hansı ölkələri nəzərdə tuturlar? Bunlar Azərbaycanı, Türkiyəni qeyd etmirlər, türk sivlizasiyasını görməzdən gəlirlər. Ermənistan hardan qədim oldu?

Bəyannamədə elə sözlər yazıblar ki, adam məəttəl qalır. “Yerindən köçürülmüş xalqların sivilizasiyasını öyrənmək” məsələsini bəyanata salan  Ermənistan tərəfi rəsmən yenə də Azərbaycan ərazilərindən gözünü çəkmədiyini göstərir və “yerindən köçürülümüş xalq” deyəndə  Qarabağdan köçüb getmiş  erməniləri ortaya atırlar. 

Bəyannamədə yer alan məsələlərdən biri kimi “xalqlarının tarixi və mədəni irsinin bütün bəşəriyyətin ümumi irsi kimi qorunması və təbliği istiqamətində əməkdaşlığın gücləndirilməsinin zəruriliyinin” vurğulanmasıdır. Bəşəriyyətin mədəni irsinə ən böyük zərbəni Azərbaycan torpaqlarını işğalda saxladığı dövrdə elə Ermənistan özü vurub, Qərbi Azərbaycanda qədim türk sivlizasiyasının bütün elementlərinə qarşı soyqırım siyasəti aparıb.  Özü mədəni irs cinayətləri törədən, Azərbaycanın mədəni sərvətlərinin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ölkə indi özünü “humanist”, “bəşəriyyətin mədəni irsinin təəssübkeşi” kimi qələmə verməyə çalışır, bu da bəyanatda əks etdirir. Əslində, qarınlarının ağrısı Qarabağda “qədim erməni sivlizasiyası” olduğunu dilə gətirmək, bu saxtakarlığa başqa dövlətləri də, UNESCO-nu da alət etməkdir. 

“Bəyanata “yerindən köçürülmüş xalqların sivilizasiyasını öyrənmək” məsələsinin salınması  tamamilə absurddur, Qarabağda heç zaman erməni irsi, erməni sivilizasiyası olmayıb”

Tarixçi Hafiz Cabbarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, burda tarixilikdən uzaq bir sıra subyektiv amillər var. “Dünyanın qədim sivlizasiyaları dedikdə  əsasən çay sivilizasiyaları nəzərdə tutulur. Bunlar hansılardır? Dünyanın mədəniyyət beşiklərinin yarandığı ərazilər əkinçilik və maldarlığın, yəni ilk istehsal təsərrüfatının yaranması ilə bağlı olaraq çay kənarlarında yaranıblar. Onları çay sivilizasiyası adlandırırlar. Dünya tarixində ilk sivilzasiya Şumer sivilizasiyasıdır ki, o Mesopotamiyada - Dəclə və Fərat çayları sahillərində yaranıb. Nil çayı hövzəsində isə qədim Misir sivilizasiyası, Hind və Qanq çayları ətrafında qədim Hindistan sivilizasiyası, həmçinin Yantszı və Xuanxe çayları sahillərində qədim Çin svilizasiyası, sonra isə Boliviya və başqa Cənubi Amerika sivlizasiyası yaranıb.  Sonuncular yəqin ki, qədim mayyalıların sivilizasiyasına varislik baxımından burda təmsil olunublar. Ancaq məsələni subyektivlışdirən nədir? Biz “hay sivilizasiyası” deyə bilmərik. Çünki haylar gəlib Anadoluda məskunlaşana qədər Ərəməniyyədə-Armeniada qədim sivilizasiyalar var idi. Sadəcə, burada bir sıra xalqlar var ki, qədim sivilizasiya ilə eyni coğrafinı paylaşıblar. Yəni qədim sivilizasiyanı burada yaradan xalq başqa idi, amma sonradan burda məskunlaşan xalqlar başqadır. Məsələn, çox uzağa getməyək, Ermənistanın özünü götürək. İndiki Ermənistan ərazisinə haylar çox sonradan gəliblər. Ancaq bu ərazidəki sivilizasiyanı yaradanlar müxtəlif xalqlar olub ki, bu xalqlar içərisində də ən başlıcası türk xalqıdır. Haylar isə burda heç bir sivilizasiya yaratmayıb, əksinə, gəlib burda məskunlaşaraq mədəniyyət öyrəniblər. Təsadüfi deyil ki, erməni müəlliflərinin özlərinin də etiraf etdiyi kimi, ermənilərin   dilində istifadə olunan söz ehtiyatının böyük əksəriyyəti türk, parfiya, fars, ərəb və digər mənşəlidir. Bu bölgədəki sivilizasiyanın yaradılması ilə hayların yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. 

Eləcə də buna bir nümunə də gətirək. Baxıram, o forumda Misir Ərəb Respublikası da təmsil olunub. Adından da göründüyü kimi, ərəb respublikasıdır, ancaq Misir sivilizasiyanın yaradıcıları tamamilə başqa xalqlardır. Qədim Misir sivilizasiyası yaranarkən orada ərəblər yaşamayıb, onlar orda islam dini qəbul edildildən sonra yaşamağa başladılar, ölkə də Misir adlandırılmağa başladı. Çünki qədim dövrdə adı Misir deyildi. Misir ərəb dilində sərhəd deməkdir. Bu foruma eləcə də İraq üzvdür. İraq da ərəblərin və digər xalqların kompakt yaşadığı bir ərazidir. Ancaq buradakı ən qədim sivilzasiyanı şumerlər yaradıb. Dünya tarixçiləri tərəfindən mübahisəsiz olaraq qəbul olunub ki, bu sivilizasiyanın sami dilli xalqla, yəni indiki ərəblərlə heç bir əlaqəsi yoxdur. Bir çox tarixçilər şumerlərin prototürk olması ilə də fikir yürüdür, bunu təkzib edən fikirlər də var. Hesab edirəm ki, bu təkzib siyasi baxımdan edilir. Çünki Avropa – Ari irqçilik nəzəriyyəsinə görə, qədim sivilizasiyaları yaradanlar ari dil qrupuna mənsub olan xalqlar sayılır. Ona görə də, türklərin yaratdığı sivilizasiyanı siyasi məqsədlərlə elmilikdən uzaq olaraq inkar edirlər. Bunların keçirdiyi forumda bu məntiqlə Türkiyə də, Azərbayan da  iştirak etməli idi. Çünki Türkiyə ərazisində dünyanın ən qədim sivilizasiyalarından biri olan, hətta regionda Misirlə rəqabət aparan het sivilizasiyası yaradılıb. Hetlərin indiki türklərlə əlaqəsinin olduğunu dünya tarixşünaslığında qəbul edən də, etməyən də var. Eyni zamanda mübahisəsiz olaraq, indiki İraq xalqı ilə şumer xalqının heç bir əlaqəsi yoxdur. O məntiqlə bəs niyə İraq var? Eləcə də, dediyim kimi, Misirdəki indiki ərəb xalqı ilə qədim Misir sivilizasiyanın heç bir əlaqəsi mövcud deyil. Ona görə də, burda bir qədər ikili standart, qeyri-müəyyənlik və yarımçıqılıq var. 

Ermənistan burada necə təmsil olunur? Mənə elə gəlir ki, indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan torpağının eramızdan əvvəl sivilizasiya mərkəzi olması ilə bağlı elə də faktlar yoxdur. Bura coğrafi baxımdan dağlıq bölgə idi və ən qədim sivilizasiyalar çay kənarlarında yaranmışdı. Buradakı subyektivlik və qeyri-elmilik nədir? Türkiyənin təmsil olunmalı olduğu sivilizasiyaya, yəni het və Urartu sivilizasiyasına ermənilər sahiblənmək, onu oğurlamaq istəyirlər. Ona görə burda təmsil olunurlar”.

H.Cabbarov qeyd etdi ki,  Ermənistanın bəyannaməyə saldığı məsələlərin hamısı saxtadır və Qarabağda ermənilər tarixən yaşamayıb və orda onların heç bir sivilzasiyası olmayıb. O qeyd etdi ki, Ermənistan Xarici İşlər Nazirliyi bir-birinə uyğun gəlməyən qeyri-elmi, qeyri-dəqiq məsələri bir araya gətirməklə əslində Qarabağdan köçüb getmiş ermənilərin guya “mədəni irsinin təhlükə altında olduğunu” dünyaya çatdırmaq istəyir.   Tarixçi vurğuladı ki, Cənubi Qafqaz ərazisində, Qarabağda, Qərbi Azərbaycanda heç bir erməni sivilizasiyası olmayıb. Ermənilərin bütün qədim sivilizasiyalara az qala özlərini yamaq etmək istədiyini deyən ekspert hesab edir ki, Azərbaycan və Türkiyə tərəfi bu forumla, orada qəbul olunan qərarla, bəyanatda əks olunan absurd fikirlərlə bağlı addım atmalıdır. “Bəyanata “yerindən köçürülmüş xalqların sivilizasiyasını öyrənmək” məsələsinin salınması  tamamilə absurddur, Qarabağda heç zaman erməni irsi, erməni sivilizasiyası olmayıb. Bunu iddia etməyin özü yanlışdır. Hesab edirəm ki, həm Türkiyənin, həm də Azərbaycanın Mədəniyyət Nazirlikləri, Xarici İşlər Nazirlikləri və digər aidiyyəti dövlət qurumları birgə UNESCO-ya müraciət edib elmilikdən, tarixlikdən uzaq olan, tarixi gerçəkliyi təhrif edən formla bağlı mövqe bildirməlidirlər. Hər iki ölkənin müraciəti əsasında bu forumun təkmilləşdirilməsinə və Azərbayanla Türkiyənin də orada iştirakının təmin edilməsinə nail olunmalıdır. Çünki qədim sivilizasiyalardan söhbət gedirsə, ona haqqı çatan Azərbaycan və Türkiyə diqqətdən kənarda qalmamalıdır. 

Yəni het və Urartu sivilizasiyasının, hetlərin və urartuların müasir dövrdə davamçıları kimlərdir?     

Dünya tarixşünaslığında dominant bir fikir var ki, indiki çeçenlər Urartu mədəniyyətin davaçılarıdır. Ancaq coğrafi baxımdan Urartu bölgəsi indiki Anadolu ərazisini, yəni Türkiyəni və Qərbi Azərbaycanı əhatə etmişdi. 

Yeri gəlmişkən, Almaniyada  mötəbər muzeylərdən birində Urartudan tapılmış mədəniyyət abidələri Urartu-Azərbaycan adı (coğrafi məkan olaraq) ilə təqdim olunur. Dediyimiz kimi, bu forumda qeyri-elmi, obyektlikdən, reallıqdan uzaq məsələlər çoxdur. Qərbi Azərbaycanda, indiki Ermənistanda məskunlaşan hayların qədim sivlizasiyalarla heç bir əlaqəsi yoxdur. Bunlar köçəri xalqlardan biri olublar, daim əsarət altında yaşayıblar. Ümumiyyətlə, sivilizasiyanın yaradıcıları həm də qədim dövlətçilik ənənələrinə malik olmalıdır. Halbuki, hayların belə dövlətçilik ənənəsi yoxdur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında-Qərbi Azərbaycanda yaranana qədər Cənubi Qafqazda heç bir erməni siyasi qurumundan söhbət gedə bilməz. Eləcə də Anadoluda”. 

Ermənilərin heç bir sivilizasiya yaratmadığını, əksinə, başqa xalqların sivilizasiyandan bəhrələndiyini deyən tarixçi Ermənistanın bu istiqamətdə son davranışını absurd hesab edir.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031