Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...
Moldova hakimiyyəti separatçı Dnestryanı bölgəsi ilə bağlı hərbi əməliyyat planı hazırlamaq niyyətindədir. Bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.
SVR-nin məlumatına görə, bununla bağlı təklif ölkə prezidenti Maia Sandu tərəfindən qaz təchizatı ilə bağlı keçirilən müşavirədə səsləndirilib.
İddialara görə, Moldovanın baş naziri Dorin Recean iclasda xəbərdarlıq edib ki, Ukrayna ərazisindən qaz tədarükünə dair Rusiya ilə müqavilənin müddəti başa çatdıqdan sonra elektrik enerjisi təchizatında problemlər yarana bilər.
TAHİR