"Aİ və ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarışmağa başlayıb" - Lavrov
Avropa İttifaqı (Aİ) və ABŞ nəticələri özününküləşdirmək üçün Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarışmağa başlayıb. Trend xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.
"2020-ci il noyabr ayından sonra imzalanmış və [Azərbaycan və Ermənistan arasında] münasibətlərin balanslaşdırılmış şəkildə normallaşmasını təmin edən 3 üçtərəfli sənəd imzalandıqdan sonra Aİ və ABŞ Rusiyanın nəticələrini özününküləşdirmək və əldə edilmiş razılaşmaları həyata keçirməsinə imkan verməmək üçün prosesə qarışmağa başladı", - deyə o qeyd edib.
"Demək olmaz ki, ermənilər Qarabağdan sülhməramlıların fəaliyyətsizliyinə görə getdilər". Bunu da Lavrov yerli KİV-ə müsahibəsində deyib.
"Qarabağın Azərbaycan olduğunu bəyan edən sənəd imzalandıqda bu bəyanatda ərazidəki erməni azlığın hər hansı xüsusi hüquqlarının təmin olunması ilə bağlı heç nə deyilməyib. Bu səbəbdən ermənilərin Qarabağdan sülhməramlıların fəaliyyətsizliyinə görə getdiyini demək düzgün deyil", - o deyib.