Fransaya daha bir ŞOK: Bu ölkə frankdan imtina edir
Mali Respublikası hazırda öz valyutasını hazırlamağı planlaşdırır. Bu barədə jurnalistlərə Malinin Dövlət xidmətlərinin baş nəzarətçisi Badra Ali Kulibali bildirib. O qeyd edib ki, məsələ hazırda müzakirə mərhələsindədir. Ölkə Mərkəzi Afrika frankından (CFA) imtina etmək istəyir.
Qeyd edək ki, son aylarda Afrikanın bir çox ölkəsi vahid valyuta olan Mərkəzi Afrika frankından imtina etməyi planlaşdırır. Emissiyası Fransa Bankına aid olan bu valyuta müstəmləkəçiliyin qalığı hesab edilir.
Mətləb