"Gələcəkdə Rusiya ciddi uğurlar əldə edə bilər” - ABŞ İnstitutu
ABŞ Ukrayna qüvvələrinin effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırır. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.
Qeyd olunub ki, buna əsas səbəb Vaşinqtonun Kiyevə yardımı ilə bağlı dava edən gecikmələrdir: “Bu, həmçinin Rusiyaya çevik hücum əməliyyatlara aparmağa kömək edir. Gələcəkdə Rusiya ciddi uğurlar əldə edə bilər”.
Hesabatda, həmçinin bildirilib ki, ABŞ-nin hərbi yardımında gecikmələr Ukraynanın texnika ehtiyatında da ciddi çatışmazlıq yaradıb: “Ukrayna məhdud hava hücumundan müdafiə sistemlərinə malikdir”.